Varazabun - Wikipedia
Aranzəmin (Varazabun, Vardaşın) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Aranzəmin | |
---|---|
39°53′40″ şm. e. 46°53′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 843 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aranzəmin kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Tarixi
redaktəQarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, Mirzəbuyi (Mirzənin yurdu), Mirzəboyun adları bu kəndin keçmiş adları olmuşdur. Tədqiqatçıların fikrincə, alban hökmdarı I Varazın (VI əsr) burada iqamətgahı olduğuna görə kənd Varazabun adlanmışdır. Bəzi mənbələrdə bu kəndin adı Vartaşen kimi də qeyd olunmuşdur. Nizami Gəncəvinin Xosrov və Şirinində Şirinin Aranzəminə gəldiyi yazılır.[mənbə göstərin] Oykonim aran və zəmin (far. "yer, məkan") sözlərindən düzəlib, "isti və mulayim iqlimə malik düzənlik yer" mənasındadır. Mənbələrin məlumatına görə, XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş bəzi ailələr Şuşa qəzasındakı Aranzəmin adlı sahədə məskunlaşmışlar[2].
Aranzəmin kəndi bir müddət Mirzəbəyli (Mirzənin yurdu) adlanmışdır. Burada XIX əsrdə İranın Qarabağ mahalından köçürülmüş ermənilər yaşamışlar. Aranzəmin sözü türk dilində "aran yeri" mənasını verir.[3]
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aranzəmin kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 2023-cü ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponomik izahı
redaktəVardaşın orta əsrlərdə həm Varazabun, həm də Aranzəmin adlanmışdır. Varazabun VII əsrdə Alban hökmdarı Varaz Qriqorun (Cavanşirin atasının) adını əks etdirir. Hazırda kənd Aranzəmin adında mövcuddur.
Bəzi erməni tədqiqatçılarına görə Vardaşin kəndinin adı qədim sami (akkad dilində) birtu “şah qarnizonunun yerləşdiyi qala“ və ermənicə şen “kənd“ sözlərindən ibarətdir. Qədim türk dillərində şen “tikilmiş“, “qaynar həyat“, “becərilən yer“, “çiçəklənən yer“ mənasındadır. Gürcüstanda orta əsrlərdə əhalisi azərbaycanlılardan ibarət bir sıra kəndlərin adlarında da “şen“ sözü vardır. Sami dillərindən birtu sözü qədim erməni dillərində bert “qala“ mənasındadır. Lakin bizcə, toponim fars dilində varde “qala“,“bürc“ və türk dillərində şin “oturaq məskən“ abad “yer“ sözlərindən ibarətdir. Qədim erməni dilində kənd mənasında “şen“ sözü yoxdur. Onun qədim fars dilində şauana “yer“ sözündən olması fikri də uydurmadır. Qədim türk dillərində şin, sin, çin formalarında bu söz vardır və Azərbaycan dilində şenlik sözündə qalmışdır. Şenlik dedikdə keçmişdə oturaq kənddən yaranan məntəqə nəzərdə tutulurdu. Erməni dilinə də bu söz Azərbaycan dilindən eramızın II minilliyində keçmişdir. Ona görə Q. Kapansyanın şen sözünü ermənicə söyləməsi yanlışdır. Vardeşin kəndinin ilk əhalisi xristian dinli, lakin erməni qriqoryan kilsəsinə tabe albanların yaşayış məntəqəsi kimi təşəkkül tapmışdır. XVIII əsrdə bu bir neçə Yuxari Qarabağ kəndini Şirvli xanı Mustafa xan öz xanlığına köçürmüş və indiki Oğuz rayonu (keçmiş Vartaşen) ərazisində Vartaşın kəndini salmışlar.[4]
Mədəniyyəti
redaktəAranzəmin kəndində 1987-ci ildə qazıntı işləri aparılmışdır və buradan qədimi saxsı qablar tapılmışdır.
Coğrafiyası və iqlimi
redaktəİqlimi mülayim istidir. Əsasən aran zonada olduğuna görə burada havalar isti keçir. Aranzəmin kəndinin dörd bir tərəfi meşəlik və əkin yerlərindən ibarətdir. Meşəliyin sahəsi isə 0.12 kv km-dir. Bu meşədə nadir ağaclar var.
Əhalisi
redaktə2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Aranzəmin kəndinin əhalisinin sayı 25 nəfər təşkil edirdi[5].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Arxivlənmiş surət". 2008-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-28.
- ↑ B.Budaqov, Q.Qeybullayev, Yuxarı Qarabağın Toponimləri 2005-ci il.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |