Vallabi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi.
Kenquru | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Kenquru |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kenqurular arxaya tullana bilmir.
Kenqurunun çantası
redaktəTəzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar.
Kenqurunun südü
redaktəYeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənində hazırlanmış tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər vardır. Ana kenquru suya girdiyi zaman da bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısı alınır. Kenquruların südü balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir. İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə fərqli tərkibə malik üç süd növü istehsal edilir. Hər bala onun üçün hazırlanan südü asanlıqla tapır.
Kenqurunun növləri
redaktəKenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zelandiyada onların hamısına rast gəlmək olar. Kenquru növlərinin ən böyüyü Kürən (sarı) kenqurudur. Onun kütləsi 90 kiloqrama yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kiloqramdır.
Kenqurunun qidalanması
redaktəMarallar və qəzəllər kimi, Cənub yarımkürəsində yaşayan kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar.
Etimologiyası
redaktəKenquru Avstraliya qitəsinin bəzəyi sayılır. Avstraliyaya ilk dəfə gələn ingilislər hələ o vaxta qədər dünyanın heç bir yerində bu cür qəribə heyvan görməmişdilər. Onlar bu qəribə heyvanı göstərib yerli sakinlərdən onun adını soruşmuşlar. Yerlilər də ingilislərin nə dediyini anlamırlar və Avstraliya dilində "Kenquru" sözünü eşidən ingilislər elə bilirlər ki, bu söz elə həmin heyvanın adıdır. Onlar bu heyvanı da Avropaya "Kenquru" adı ilə tanıdırlar. Beləcə, Avstraliyanın aborogenlərinin dilində "mən sizi anlamıram" sözü bu qəribə heyvanın adına çevrilmişdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0