Uefa Avro 1976 - Wikipedia
Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı.
UEFA Avro 1976 | |
---|---|
44°49′11″ şm. e. 20°27′57″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | Yuqoslaviya |
Tarix | 16-20 iyun 1976 |
Başlama tarixi | 16 iyun 1976 |
Bitmə tarixi | 20 iyun 1976 |
Komanda sayı | 4 |
Yekun nəticəsi | |
Çempion | Çexoslovakiya |
İkinci | Almaniya |
Üçüncü yer | Niderland |
Dördüncü yer | Yuqoslaviya |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 19 (matç başına: 4.75) |
Tamaşaçı sayı | 106087 (matç başına: 26522) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Diter Müller (4 qol) |
← 1972 1980 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi.
Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, Polşa və SSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.
İştirakçılar
redaktəŞəhərlər və stadionlar
redaktəBelqrad | Zaqreb | ||||
---|---|---|---|---|---|
Srvena Zvezda | Maksimir | ||||
Tutumu: 54 000 | Tutumu: 45 000 | ||||
Seçmə mərhələsi oyunları
redaktəKomandaların heyətləri
redaktəFinal turniri
redaktəYarımfinal | Final | ||||||
16 iyun. Zaqreb | |||||||
Çexoslovakiya | 3 | ||||||
Niderland | 1 | ||||||
20 iyun. Belqrad | |||||||
Çexoslovakiya | 2 (5) | ||||||
Almaniya | 2 (3) | ||||||
Üçüncü yer uğrunda oyun | |||||||
17 iyun. Belqrad | 19 iyun. Zaqreb | ||||||
Yuqoslaviya | 2 | Niderland | 3 | ||||
Almaniya | 4 | Yuqoslaviya | 2 |
1/2 final
redaktə16 iyun 1976 20:15 |
|
Maksimir, Zaqreb Tamaşaçı: 17 969 Hakim: Klayv Tomas |
||||||
Heyətlər: Çexoslovakiya: Viktor, Pivarnik, Y.Çapkoviç (Yurkemik, 106), Ondruş, Göq, Moder (F.Vesyolı, 91), Panenka, Dobiaş, M.Masnı, Pollak, Neqoda Niderland: P.Şriyvers, Suurbyer, Riysbergen (Van Hanegem, 37), Van Kraay, Krol, Yansen, Neskens, V.Van de Kerkhof, Rep (Heels, 67), Kroyf, Rensenbrink |
17 iyun 1976 20:15 |
|
Srvena Zvezda, Belqrad Tamaşaçı: 50 562 Hakim: Alfred Delkur |
||||||
Heyətlər: Yuqoslaviya: O.Petroviç, Mujiniç, Katalinski, Oblak (Vladiç, 106), Bulyan, Şuryak, Junqul, Açimoviç (Peruzoviç, 106), Y.Yerkoviç, Popivoda, Caiç AFR: Z.Mayer, Foqts, Şvartsenbekk, Bekkenbauer, Dits, Vimmer (D.Müller, 80), Danner (Floe, 46), Bonhof, Beer, Heness, Heltsenbayn |
3-cü yer uğrunda oyun
redaktə19 iyun 1976 20:15 |
|
Maksimir, Zaqreb Tamaşaçı: 6 766 Hakim: Valter Hungerbüler |
||||||
Heyətlər: Niderland: P.Şriyvers, Suurbyer, Van Kraay, Krol, Peters, Yansen (Metstege, 46), R.Van дde Kerkhof, V.Van de Kerkhof, Gels, Arnts (Kist, 71), Rensenbrink Yuqoslaviya: O.Petroviç, Mujiniç, Katalinski, Oblak, Bulyan, Şuryak, Junqul (Vladiç, 46), Açimoviç (Xəlilxociç, 46), Y.Yerkoviç, Popivoda, Caiç |
Final
redaktə20 iyun 1976 20:15 |
|
Srvena Zvezda, Belqrad Tamaşaçı: 30 790 Hakim: Serco Qonella |
||||||
Heyətlər: Çexoslovakiya: Viktor, Pivarnik, Ondruş (k), Y.Çapkoviç, K.Göq, Dobiaş (F.Vesyolı, 94), Moder, Panenka, M.Masnı, Şveqlik (Yurkemik, 80), Neqoda AFR: Mayer, Foqts, Bekkenbauer (k), Şvartsenbek, Dits, Bonhof, Beer (Bonqarts, 80), Vimmer (Floe, 46), U.Heness, D.Müller, Heltsenbayn |
1976 Avropa çempionu |
---|
Çexoslovakiya Birinci titul |
Bombardirlər
redaktə4 top
2 top
Simvolik yığma komanda
redaktə- Q İvo Viktor
- M Yan Pivarnik
- M Rud Krol
- M Yaroslav Pollak
- M Anton Ondruş
- M Frants Bekkenbauer
- Ym Rayner Bonhof
- Ym Antonin Panenka
- Ym Draqan Caiç
- H Zdenek Neqoda
- H Diter Müller
Mənbə: UEFA[1]