Usaga Doyusu - Wikipedia
II Rusiya-İran müharibəsinin xronologiyası |
---|
Şamxor döyüşü (1826) |
Uşağa və ya Uşaqan döyüşü yaxud Əştərək döyüşü[1] — 1826–1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsi zamanı 17 (yeni təqvimlə 29) avqust tarixində vaş vermiş döyüş. Qacar ordusu ilə Rus ordusu arasında baş vermiş döyüşdə qızılbaş ordusuna Şahzadə Abbas Mirzə, qarşı tərəfə isə general-leytenant Afanasi Krasovski rəhbərlik edirdi.[2]
Uşağa və ya Uşaqan döyüşü | |||
---|---|---|---|
Rusiya-İran müharibəsi (1826–1828) | |||
Rusca:Ошаканская битва; Farsca:نبرد اوشاکان | |||
| |||
Tarix | 17 (29) avqust 1928 | ||
Yeri | Əştərək, İrəvan xanlığı | ||
Səbəbi | Rusların Qacar ordusunun Üçmüəzzin monastırını mühasirəsini ləğv etmə istəyi; Abbas Mirzənin Gürcüstana daxil olmasının qarşısını almaq | ||
Nəticəsi |
Rusların qələbəsi Bəziləri rusların qələbə qazanmadığını iddia edir |
||
Ərazi dəyişikliyi | Qacar ordusunun Arazın şimalındakı mövqeyi xeyli zəiflədi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1827-ci ilin avqust ayının əvvəllərində Qacar ordusu İrəvan xanlığı ərazisinin şərq torpaqlarını ələ keçirdi və burada İrəvan sərdarı Hüseynqulu xan Qacarın ordusu ilə birləşdi. Birləşmiş qüvvələr Üçmüəzzin monastrını mühasirəyə aldılar. Üçmüəzzindən 35 verst kənarda yerləşən general Krasovski bu hadisədən xəbər tutduqdan sonra təcili oraya doğru irəliləməyə başladı. Onun ordusuna erməni və gürcü könüllülər də qatıldılar.[3][4] Monastrı mühasirəyə alan Qacar ordusundan say etibarilə dəfələrlə az döyüşçüyə sahib olsa da, Krasovski onları məğlub etməyi bacardı və elə həmin gecə mühasirə ləğv edildi.[5] Döyüş zamanı rus ordusu ağır itki ilə üzləşdi. Bu itki onun İran ilə müharibələrində aldığı ən ağır zərbə hesab edilir.[6][7].
Bu döyüşün baş verməsi və gedişatı barədə ən dəyərli məlumatlar orada birbaşa iştirak etmiş komandan A. Krasovski,[8][9] kapitan M. Sobolev[10] və dekabrist E. Laçınov[a] tərəfindən verilmişdir.[11][12]
Döyüşün gedişatı həmin gün çox yüksək olan istilik tərəfindən çox təsirlənmişdir.[13] Çünki rus ordusunun irəliləyişi istiqamətində yetərli qədər su ehtiyatı yox idi. Həmçinin ordunun maddi-texniki təchizat yollarında da problemlər yaşanmaqda idi.[14] Ordu ağır düşmən artilleriya və tüfəng atışları altında irəliləməyə məcbur idi. Rus ordusunun irəli bölmələri "süngülər ilə" döyüşərək yolu açarkən, arxa bölmələr Qacar ordusu bölmələrinin inadkar hücumlarını dəf etməli idi. Əlverişli mövqeləri ələ keçirən Qacarlar rus cinahlarına hücum etməyə də müyəssər olmuşdu. Onu da qeyd etmək lazımdır ki, Krasovski dəstəsinin uğurla keçməsinə ən əlverişli yüksəklikləri tutan rus artilleriyasının bacarıqlı hərəkətləri kömək etdi və tüfəngçilərin qoruması altında olan silahlılar Qacar ordusunun hücumlarını bacardıqca dəf etdi. Bir müddət keçdikdən sonra Qacar ordusu elə bir ağır vəziyyətə düşdü ki, ağır artilleriya və tüfəng atəşi altında olsalar da, düşməni süngü ilə geri atan rus piyadalarının sıralarına düşdülər.[15][16][17].
Döyüş zamanı erməni könüllü dəstələri rus ordusuna önəmli yardımlar da etmişdilər.[18]
1833–1834-cü ildə Bütün Ermənilərin Katalikosu I Yeprem Zoragextsi və Arxiyepiskop Nerses Aştaraketsinin təşkilatçılığı ilə, monastırın və yerli sakinlərin yardımı ilə döyüşün xatirəsi üçün onnu baş verdiyi yerdə abidə ucaldıldı.[19][20]
19 aprel 2011-ci ildə burada Oşakan memorial kompleksinin açılışı həyata keçirildi. Kompleksdə "1827-ci il Uşaqan döyüşündə vəfat edən Müqəddəs Ana Üçmüədzin Məqamının rus xilasçı-döyüşçülərinə" adı daşımaqda idi.[21]
Zəmin
redaktəKrasovski tərəfindən İrəvanın mühasirəsinin qaldırılması
redaktəII Rusiya-İran müharibəsinin gedişində İrəvan qalasını mühasirəyə alan general-adyutant K. X. Benkendorfa dəstəyə gələn Qafqazın baş komandanı general-adyutant İvan Paskeviç, qalanın yaxşı müdafiəsi və istilər səbəbindən İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi.[22] Qalanın mühasirəsini isə Krasovskiyə tapşırdı. Krasovskinin başçılığı altında 20-ci piyada diviziyası, Sevastapol, Krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində idi.[23]
15 (27) iyun tarixində XX piyada diviziyasının komandanı general Krasovski İrəvanı mühasirəyə almaq üçün gəldi. Rus qoşunları Naxçıvandakı döyüşlərdə qalib gəlsə də, İrəvandakı rus ordusunun vəziyyəti getdikcə pisləşirdi.[24][25]1827-ci ilin yayı xüsusilə quraqlıq və isti keçməkdə idi. İstilik günəş altında 53.7 kölgədə 41.2 dərəcəyə çatmaqda idi.[26] Bu və yerli şərait Rusiyadan yeni gəlmiş olan əsgərlər arasında müxtəlif xəstəliklərin yayılmasına yol açdı.[27][28] Xəstəliklər və fərqli səbəblərdən ortaya çıxan qızmalar nəticəsində XX diviziyada döyüşə hazır cəmi 4 min əsgər qalmışdı.[6] Bu şəraiti nəzərə alan Rusiya İmperator Ordusunun Qafqaz Korpusunun komandanı general-adyutant İvan Paskeviç imperator I Nikolaya etdiyi məruzədə istiliyin davam etdiyini, ot olmadığını, atlara veriləcək yemin olmadığını, ordunun 1/3 hissəsinin xəstəxanalarda olduğunu bildirmişdi. Dövlətin verdiyi məlumata görə, 1800 nəfərlik alayda 1000 nəfər döyüşə biləcək şəxs qalmışdı.[29] Buraya cəmi 200 nəfəri xəstəxanalarda, 900 nəfəri isə silahlı olan qarovul bölüyü daxil deyildi.[30] Belə bir şərait altında mühasirənin dayandırılması və payızın gəlişin başlamasından əvvəl müvəqqəti olaraq dağlara geri çəkilməsi qərara alındı.
Mühasirənin qaldırılma səbəblərindən biri də rusların maddi-texniki təminatında yaranmış çətinlik idi. Avqustun sonuna qədər yetərli qədər mühasirə silah-sursatının gətirilməyəcəyi bəlli idi.[24].
21 (3 iyul) iyunda rus ordusu mühasirə mövqelərindən geri çəkildilər və Üçmüəzzinə irəlilədilər. Xəstə əsgərlər üçün səhra xəstəxanaı monastırın içərisində təşkil edildi. Monastırın 3 üç qülləsində meydan topu quraşdırıldı. 24 iyun (6 iyul) 2 min nəfərlik rus ordusuna təminat göndərilməyə başladı.[b]
Monastırı və orada yerləşdirilən rus bölmələri lazımı ləvazimatlarla təmin edildikdən sonra Krasovski 30 (12 iyul) iyunda öz korpusu ilə birlikdə Baş-Aparan yüksəkliyinə doğru irəliləməyə başladı və Çınqıllıda düşərgə saldı.[32] Monastırda saxlanılan rus ordusunun sayı 500 nəfərlik Sevastopol piyada taboru, 5 top və 100 nəfərlik süvari erməni könüllüsündən ibarət idi.[33] Erməni könüllülər Krasovskidən monastırda qalmaqlarına və oranı qorumaqlarına icazə almışdılar. Bundan başqa orada 700 nəfərlik xəstə rus əsgərləri də var idi.[34][35]
Üşmüəzzin monastırının Hüseynqulu xan Qacar tərəfindən mühasirəyə alınması
redaktəİrəvan xanı Sərdar Hüseyn xan Üçmüəzzin monastırında yalnız cəmi bir taborun olduğu xəbərini eşitdikdən sonra oranı ələ keçirmək üçün cəhd etmək qərarına gəldi. O, Abbas Mirzəyə məktub yazaraq ondan yardım istədi. Beləliklə o, 3 (15) iyul tarixində 4 min və ya başqa qaynaqlara görə 500 süvari, 2 min nəfərlik Qacar ordusu və iki top ilə birlikdə İrəvanı tərk etdi. Növbəti gün İrəvan və Qacar ordusu artıq monastırı mühasirəyə almış vəziyyətdə idi. Alagöz dağının ətəklərində də Nağı xanın komandanlığı altında 1000 nəfərlik qarapapaq dəstəsi yerləşdirilmişdi. Bu dəstənin məqsədi Krasovskinin korpusunun hərəkətlərini izləmək idi.[36][37][38][39]
Üçmüəzzindəki rus ordusunun komandanı o zaman XX artilleriya briqadasının yaşlı qərərgah rəisi polkovnik-leytenant Lindenfeld idi. Hüseyn xan ona məktub göndərdi və onu əmin etdi ki, Qafqazdakı rus ordusunun komandanı olan Paskeviç Naxçıvandan Gürcüstana doğru geri çəkilmişdir. Beləliklə də o, Lindenfeldi əmin etmək istəyirdi ki, kömək gələcək yer yoxdur. O, rusları monastırı tərk etməyə dəvət edirdi. Ruslara belə edəcəkləri halda Hüseyn xan tərəfindən sərbəst və təhlükəsiz keçid hüququ alacaqları barədə təminat veriləcəkdi. Bunun əksi olacağı halda monastır hücumla ələ keçiriləcəkdi və heç kimə aman verilməyəcəkdi.[37]
Məktuba cavab olaraq isə ruslar monastır qülləsindən top atəşi etməklə cavab verdilər. Hüseyn xan öz ordusunu top mərmilərindən uzağa çəkməyə məcbur oldu və monastırı çevrəyə alaraq ona doğru gedən bütün yolları mühasirəyə aldı. Lakin mühasirədəki bəzi ermənilər 5 iyul (17) tarixində mühasirədən qaçmağı bacardılar və Çınqıllıya gedərək Krasovskiyə hadisələr barədə məlumat verdilər. Krasovski dərhal 2 taboru 4 topla təchiz edərək monastıra doğru yürüşə çıxdı.[40] Onları müşahidə edən qarapapaq dəstəsi bu hərəkətlənmə barədə dərhal Hüseyn xana məlumat verdilər. Hüseyn xan blokadanı aradan qaldıraraq ilk növbədə Sərdarabada, daha sonra isə İrəvana geri çəkildi.[37]
Abbas Mirzənin ordusunun hücumu
redaktəKəşfiyyat məlumatları
redaktəQacar ordusu casuslardan və içəriyə sızmış şəxslərdən geniş şəkildə istifadə edirdi. Belə şəxslər ermənilər, Azərbaycan türkləri və farslar arasından seçilməkdə idi. Belə şəxslər çox zaman rus düşərgəsi ilə ticarət əlaqələri quran şəxslər içərisindən seçilirdi. Krasovski, düşmən haqqında məlumat əldə etmək üçün daha tez-tez kəşfiyyat və süvari kəşfiyyatı aparmalı idi. Rus komandanlığının daha zəif kəşfiyyatının səbəbi, iranlılar tərəfindən rus casuslarının və ya sızanların edam edilməsi və amansız işgəncələrə məruz qalması idi. Rus ordusu isə Qacar ordusu casuslarını yaxaladığı zaman onları müəyyən müddət həbsdə saxlayır, şallaqladır və yenidən sərbəst buraxırdı.[41]
Nerses Aştaraketsinin təşkilatçılığı ilə Üçmüəzzində casuslar şəbəkəsi qurulmuşdu ki, ruslar üçün məlumatlar toplansın. O, İrəvana və Sərdarabada casuslar göndərirdi. Erməni Kaziar Arutyunov Qacar ordusunun və İrəvan xanlığı bölmələrinin hərəkətini izləyirdi,[42] Nersesin qohumu Pedros Markarov isə Krasovskiyə dəyərli məlumatları çatdırmaq ilə məşğul idi. Pedros 6 (18) avqustda Qacar ordusunun irəliləyişi barədə məlumat vermişdi.[43] Eyni xəbər erməni usta Sahak Ağamalıyan tərəfindən də təstiqlənmişdi. Ağamalıyan İrəvan xanı Hüseyn xan Qacarın ordusunda piyada kimi xidmət etmiş və yenicə Qacar ordusu düşərgəsindən gəlmişdi. Rus ordugahında rəqib ordu barədə məlumatlar bəzən bir-biri ilə ziddiyyət təşkil edirdi. Krasovski Paskeviçə məktub yazıb bildirmişdi ki, Qacar ordusunun əsas düşərgəsi olan Qarababada düşmənin əsas ordusu cəmləşmişdir və bura onların ordugahına yaxın yerdədir. Paskeçiv isə cavablamışdı ki, onda olan məlumata görə Qacar ordusu daxilində qarşıdurma başlamış, Abbas Mirzə özü isə həbs edilmişdir.[41][44][45][46] Krasovski sonradan yazırdı:[47]
Bütün nüansları ilə həqiqəti əks etdirməyən belə bir məlumat onu göstərirdi ki, onlar bilmirlər ki, Abbas Mirzə özünün əsas qüvvələri ilə birlikdə İrəvan vilayətində mənim qarşımda idi. Buna görə də, niyə heç bir vəziyyətdə əlavə qüvvə gözləyə bilməyəcəyimə inandırılmağım lazım idi.
Abbas Mirzənin gəlişi
redaktəRuslar barədə bütün lazımı materialları toplayan Hüseyn xan Abbas Mirzəyə məktub yazdı. Məktubda İrəvanın mühasirədən qurtulduğu, rusların Üçmüəzzin monastırında çoxlu sayda xəstə əsgər və kiçik qarnizon buraxdığını, dağlara doğru geri çəkildiklərini, Krasovskinin alayının kiçik, gənc və təcrübəsiz döyüşçülərdən təşkil edildiyini yazılmışdı.[c] Eyni zamanda Hüseyn xan indi Eçmiədzini tutmaqdan, hələ də Bezobdal dağlarında hərəkət edən mühasirə artilleriyasını dəf etməkdən və Krasovskini məhv edərək Gürcüstana yol açmaqdan asan heç nə olmadığını da bildirirdi.[39][48]
4 (16) avqust tarixində Abbas Mirzənin 15 min süvaridən, 10 min poyadadan və 22 topdan ibarət ordusu[49] Sərdarabad yaxınlığında Araz çayını keçdi və İrəvan xanlığına daxil oldu. Qacar ordusu 8 (20) avqust tarixində Üçmüəzzin və rusların düşərgə saldığı Çınqıllı dağı arasında yerləşən Əştərək kəndini ələ keçirdi. Baş-Aparan dağlarında olan rus mövqelərinin əlçatmaz olduğuna inandırıldıqdan sonra Abbas Mirzə ordusunu Oşakana doğru geri çəkdi və burada düşərgə saldı.[50]
Məqsədləri
redaktəHücumun məqsədi Üçmüəzzin monastırını ələ keçirmiş, oradan Gümrü vasitəsilə Gürcüstana keçmə və Tiflisi yandırmaq planlanmışdı.[24] Tiflis yandırıldıqdan sonra Gəncə vasitəsilə geri dönüləcək, Qarabağdan Xudafərin körpüsü və ya Aslandüz qalası istiqamətindən Araz keçiləcəkdi.[51].
Paskeviçin əsas qüvvələrinin qarşısına Abbas Mirzənin əsas ordusunun çıxması halında ruslar Təbrizə hazırladıqları yürüşü ertələməli olacaqdılar. Krasovski Abbas Mirzənin fəaliyyətini bu cür dəyərləndirirdi:[52]
O [Abbas Mirzə], 10–15 gün ərzində istənilən yerdə planını bir və ya iki tabordan çox döyüşçü ilə qarşılaşmadan rahatlıqla həyata keçirə bilərdi. Çünki bizim əsas ordularımı Qarababa, Çınqıllıda və ümumiyyətlə İrəvan və Naxçıvan əyalətlərində idilər. Ərzaqsız fəalkət yaşamadan Gürcüstana dönmək və xilas üçün axtarış etmək əhəmiyyətli idi.
Lakin Abbas Mirzənin planı Tiflisdəki rus hərbi dairələrinə məlum idi. Buna görə də, general-adyutant N. M. Sipyagin 41-ci diviziyadan iki bölməni dərhal Tsalkadan Başkeçid istiqamətinə sürüşdürdü. Həmçinin Tiflis piyada diviziyası iki top və Sevastopol alayından bir tabor ilə birlikdə buraya göndərildi. General Krasovski də burada idi.[53]
İlk toqquşmalar
redaktə10 (22) avqust tarixində Abarani çayını keçən 2 min nəfərlik Qacar ordusu rus düşərgəsinin qarşısında peydə oldu.[54] Kazaklar yardım gələnə qədər manevralar edərək vaxt qazanmağa çalışdı. 200 yüz Kazak və iki piyada taboru iki top ilə birlikdə rus ordusuna yardım üçün göndərildi. Yardımların gəlməsi ilə birlikdə piyadalar tərəfindən dəstəklənən kazaklar əks hücuma keçərək Qacar ordusunun geri çəkilməsinə səbəb oldular. Döyüş zamanı kornet Kryukov qılınc zərbəsi ilə ayağından yaralandı.[44]
13 (25 avqust) tarixində Qacar süvariləri müxtəlif istiqamətlərdən yenidən rus düşərgəsinə yaxınlaşdılar və qəflətən kazaklara hücum etdilər.[54] Lakin kazaklar piyadaların yardıma gəlişinə qədər mövqeləri qoruyub saxlamağı bacardılar və nəticədə rəqibi bütün istiqamətlərdə geri çəkilməyə məcbur etdilər. O zaman Krasovski general P. X. Truzson və 50 kazak Eçmiədzin yolu boyunca kəşfiyyat aparırdılar. Əsas düşərgədəki komandan bu dəstənin pusquya məruz qala biləcəyindən şübhələnib oraya piyada taboru göndərmişdi. Qarnıyarıq dağının dərəsində kəşfiyyat dəstəsinin qabağında gedən Truzson və beş kazak uzaqdan pusqu görüb dayandılar. Həmin yoldan hər gün kazak patrulu göndərilirdi ki, Üçmüəzzindəki vəziyyət barədə xəbərləri əldə etsin. Pusquda yatan Qacar döyüşçüləri görüldüklərinin fərqinə vardıqdan sonra yerlərindən çıxdılar. 500 nəfərlik süvaridən ibarət bu dəstə dərhal generalların dəstəsinə hücuma keçdi, lakin bir neçə kilometr kənardan rus piyadalarının gəldiyini gördükdən sonra geri çəkilməyə məcbur oldular.[55]
Eyni hün Krasovski öz düşərgəsindən Qacar ordusunun böyük bir hisəsinin hərəkətləndiyini gördü. Bu ordu Qarababada, yəni Paskeviçin əsas ordugahının olduğu yerdən gəlməsi gözlənilən Tiflis hərbi hakimi Sipyaginin gəlməsi gözlənilən yol istiqamətində hərəkət edirdi. Krasovski dərhal bu istiqamətdə iki tabor və 4 top göndərdi ki, Sipyaginə yardım etsinlər. Sipyaginə həqiqətən də Qacar ordusunun hücumu təşkil edildi, lakin bir gün pncədən göndərilmi. Sevastopol diviziyasından olan bir taborun yardımı ilə hücum dəf edildi.[56].
Təxminən 4 min nəfərlik Qacar süvarisi Alagöz dağı ilə rus düşərgəsi arasında peydə oldu. Krasovski iki piyada taboru ilə birlikdə onlara qarşı çıxdı. Ona 50 nəfərlik Borçalıdan olan qüvvələr də yardım edirdi.[57] Krasovskinin ordusunda 2 top ilə birlikdə, kongreve roketi də var idi. Krasovski döyüş barədə öz məruzəsində bu raketlərdən uğurla istifadə edildiyini, düşmənin dağıdıldığını qeyd etmişdi. Sevastopol diviziyası tərəfindən gücləndirilmiş 40-cı diviziya gecədən səhərə qədər bu raketlərdən istifadə etdi.[35][56].
Üçmüədzin monastırının mühasirəsi
redaktəRus qoşununun dağlara sığınaraq əlverişli müdafiə mövqeyini tutduğunu görən Abbas Mirzə zərbəni birbaşa Üçmüəzzin kilsəsinə vurmağa qərara aldı. O, bununla rus qoşununu açıq döyüşə cəlb etmək istəyirdi. Abbas Mirzə kilsəyə yaxın olmaq üçün oraya gedən yoldan yarım verst aralıda yerləşən Uşaqan kəndində düşərgə salmışdı. Onun göstərişi ilə sərkərdə Yusif xanın başçılığı ilə böyük bir dəstə Üçmüəzzinə göndərildi. Kilsə ətrafında 4 min nəfərdən ibarət mühasirə zolağı yaradıldı və burada artilleriya quraşdırıldı. Kilsə ilə əlaqəsi olan yollar nəzarətə götürüldü. Şah qoşunu və İrəvan sərdarının dəstələri bütün şübhəli adamları tutaraq, rus qoşunun kilsə ilə əlaqəsini tamam kəsmişdi.[58]
15 (27) avqustda Yusif xan, Zöhrab xan[59] və Topçu xanın rəhbərliyində Üçmüədzini mühasirəyə aldılar.[35]
Yusif xanın monastırdakılara etdiyi təslim ola təklifi rədd edildi.[60] Daha sonra Yusif xan monastırdakı rus komandanı Lindenfeldi şaha xidmət etməyə dəvət etdi. O, bunun qarşılığında ona hər cür imtiyazların veriləcəyini bildirirdi. Lindenfeld buna verdiyi cavabında rusların düşmənlərinə təslim olmadıqlarını, əgər iranlıların qalanı ələ keçirmək istəyirlərsə bunun üçün şərəfləri ilə əllərində silah oraya daxil olmalı olduqlarını bildirdi.[60] Bundan sonra Yusif xan Nersesə məktub yazdı. O, Nersesi əgər onastırın qapısını açıq təslim etmədikləri halda oranı yerlə-yeksan etməklə hədələyirdi və bunun günahının Nersesin üzərində olacağını bildirirdi. Nerses isə cavabında monastırın Allah tərəfində qorunduğunu, əgər onu ələ keçirmək istəyirsə, cəhd etməli olduğunu bildirdi.[60]
16 (28) avqustda Qacar artilleriyası intensiv şəkildə monastırı bombardman etməyə başladı. Çınqıllıdakı rus düşərgəsində belə bombardmanın səsi eşidilməkdə idi[61] və Krasovskinin çox narahat olmasına səbəb olurdu.[62] İki rus ordu bölməsi arasında əlaqə kəsilmişdi. Üçmüədzindən düşərgəyə və ya əksi istiqamətində hərəkət etməyə çalışan erməni və ya Azərbaycan türkü sakin ələ keçirilmişdi. Onların bəzilərinin qulaqları və burunları kəsilmiş, gözləri oyulmuşdu. Çoxunun taleyi isə bəlli deyildi. Lakin Krasovski Qacar ordusundan qaçan 4 nəfərdən məlumat ala bildi. Qacar ordusundan qaçan döyüşçü Krasovskiyə bildirdi ki, İrəvan sərdarı Hüseyn xan Abbas Mirzəyə iki günə monastırın açarını ona göndərəcəyi ilə bağlı söz verib. Abbas Mirzə də bunun qarşılığında ələ keçirilən bütün rus artilleriyasını ona bağışlayıb, İrəvan qalasına yerləşdirəcəyi ilə bağlı söz vermişdi. Bu məlumat qısa zaman sonra ruslara çalışan Sahak Ağamalıyan tərəfindən də təstiqləndi. O, ruslara göndərdiyi məruzədə Qacar ordusunun hərəkətlərinin ətraflı hesabatını qələmə almışdı.[63].
Bu zaman monastırda olan ərzağın da azalması barədə məlumatlar gəlməyə başladı.[64] Krasovski dərhal öküz arabalarında on günlük ehtiyatı olan bir nəqliyyatın yaradılmasını əmr etdi. Sonradan məlum oldu ki, anbardakı mallar siyahısında dənli bitkilərin göstərildiyi sütunu dənli bitkilər və ya unun qeyd olunduğu sütunla səhv salan adyutant səhv etmişdir. Əslində, Eçmiədzində çoxlu yemək var idi.[65]
Krasovskinin Üçmüədzinə hücumu
redaktəQacar ordusunun hücumlarının artdığı bir dövrdə Əlahiddə Qafqaz Korpusunun komandanı Paskeviç Krasovskiyə təlimat verərək bütün qüvvəsi ilə (6 min nəfərdən ibarət) onlara hücum etmək əmrini verdi. Lakin Krasovski özünə tabe qüvvələrdən yalnız 2 min nəfər götürməklə monastırda mühasirədə olanlara yardıma getmək qərarına gəldi.[66]
Azərbaycanlı tarixçi Fuad Qarayev Krasovskinin Üçmüəzzinə hərəkət etmə barədə qərar qəbul etməsini belə təsvir etməkdədir:[67]
Vəziyyətin qorxulu olduğunu görən ermənilər yenə də yalan məlumatla general-leytenant Krasovskini qeyri-bərabər döyüşə cəlb edə bildilər. Şah qoşununun sayıqlığına baxmayaraq, arxiyepiskop Nerses bir neçə ermənini general-leytenant Krasovskinin yanına göndərməyə nail olmuşdu. Onlar adyutantı ələ almış, o isə generala ərzaq cədvəlini göstərərək, çoxsaylı müxtəlif ərzaq anbarlarının qeyd edildiyi səhifədə Üçmüəzzin anbarında avqustun 1-ə qədər cəmi 40 çertvert ərzaq olduğunu və bu ərzağın artıq tükəndiyini bildirmişdi (212, 29). Hətta Nerses generalı qorxudaraq, xəbər göndərmişdi ki, guya Abbas Mirzənin məqsədi üç gün ərzində Üçmüəzzini ələ keçirərək onu tamamilə dağıtmaq və sonra əsas qüvvələrlə Gümrü tərəfdən Tiflisə hərəkət etməkdir. Bu xəbəri eşidən general-leytenant Üçmüəzzinə hərəkət etməyi qərara aldı. Lakin bu addım onun ətrafı tərəfindən birmənalı qarşılanmadı. Onlar əks tərəfin qüvvəsinin çoxluğunu, rus qoşununun vəziyyətinin acınacaqlı olduğunu, digər tərəfdən ərzaq çatışmazlığını dəlil gətirərək onu bu qorxulu addımdan çəkindirməyə çalışdılar. Lakin general-leyteant Krasovski inadından dönmədi və bununla da qoşunu təhlükəyə saldı (374, 466). Sonralar Paskeviç rus qoşununun biabırçı məğlubiyyətində arxiyepiskop Nersesi günahlandırmışdı. Baş komandan yazdığı məktubda Nersesi yalan məlumat verməkdə, kilsədə lazımi qədər ərzağın olduğu halda, ərzaq çatışmazlığını bəhanə gətirərək Krasovskini qeyri-bərabər döyüşə cəlb etdiyini bildirmişdi.
General Krasovskinin 40 nömrəli 16 avqust 1827-ci il tarixli əmri. Oğlanlar! Mən sizin cəsarətinizə güvənirəm, sizin düşməni əzməyə hazır olduğunuzu bilirəm. |
— Sürgündəki yaşamı təsvir edən naməlum Krım tatarı qadın. Biz hansı güclə də qarşılaşsaq ondan qorxmayacağıq. Biz onun qarşısında hisslərimizin birliyi ilə güclüyük: vətənə məhəbbət, anda sədaqət, suverenimizin müqəddəs iradəsini yerinə yetirmək. Unutmayın ki, ciddi nizam və quruluş sizi həmişə qələbəyə aparacaq. Əgər düşmən qaçsa, onu qərarlı bir şəkildə təqib edin, lakin icazə verməyin ki hissləriniz sizə hakim olsun. İranlılar çoxlu süvariyə malikdirlər, buna görə də, atıcılar uzaq məsafələrə çəkilməməli və təhlükəli hallarda tez qruplara toplaşmalıdırlar. Cənab zabitlər, sizdən xahiş edirəm, buna ən ciddi şəkildə nəzarət edin. Ümid edirəm ki, uşaqlar, mənim arzularım dəqiqliklə yerinə yetiriləcək, əmr, sükut və qeyd-şərtsiz itaət sizin hər biriniz üçün müqəddəs və əsas vəzifə olacaq.[68] |
16 (28) avqustda çadırlar toplanaraq formalaşn bu dəstəyə Krasovski tərəfindən baxış keçirildi.[53]
General-mayor E. A. Berxmanın komandanlığı altında Krım piyada alayının bir taboru, hərbi mühəndis bölüyünün bir hissəsi və 10 top Çınqıllı düşərgəsində saxlanıldı.[68][63]
Tərəflərin qüvvələri
redaktəRus qüvvələri
redaktəBirləşdirilərək yürüşə daxil edilən bölmələr ibarət idi:[54][64]
Piyada:
- Krım piyada diviziyasının taboru
- 39-cu Jaeger diviziyasının taboru
- Birləşmiş tabor ibarət idi: 40-cı Jaeger diviziyasının iki bölməsi, mühəndis bölməsi, Sevastopol taboundan 80 hərbçi, gürcü-erməni dəstəsindən 60 nəfər, 40-cı Jaeger diviziyası (hər tabor 3 bölmədən ibarət idi)
Süvari:
- Don Kazak Andreyev Diviziyası
- Don Kazak Sergeyev Diviziyası (bu iki kazak dəstəsinin döyüşçülərinin sayı təxminən 500 nəfər idi. Lakin başqa qaynaqlara görə bu say 300-ü keçməməkdə idi)[69][64]
- 100 nəfərlik erməni könüllü süvari dəstəsi[28]
Artilleriya
- 4 batareya topu
- 20-ci artilleriya briqadasının 6 yüngül topu
- 2 yeniləşdirilmiş kazak topu
Rus ordusunun yekun sayı barədə rəqəmlər fərqlənməkdədir. Bu qayanqlarda ordudakı döyüşçülərin sayı 2300–3000 arasında dəyişməkdədir:
Qaynaq | İl | Say |
---|---|---|
İ. Q. Quryanov | 1831 | 3000[70] |
Platon Zubov | 1837 | до 2500[71] |
Uilyam Monteith | 1856 | до 3000[72] |
Q. Kazbek | 1865 | 3000[73] |
V. А. Andreyev | 1876 | 2500 или 3000[74] |
Vasili Potto | 1888 | до 2800[75] |
А. S. Laçınski | 1891 | до 2500[69] |
Pavel Bobrovski | 1895 | до 2000[76] |
D. V. Rakoviç | 1900 | до 2500[77] |
J. F. Baddeley | 1908 | 2300[78] |
M. Alaverdiyan | 1912 | 2400[79] |
Z. T. Qriqoryan | 1959 | 2500[80] |
L. Q. Beskrovniy | 1974 | 2500[81] |
M. Q. Nersesyan | 1975 | до 2800[28] |
A. V. Şişov | 2007 | ок. 2500[82] |
A. Q. Tunyan | 2007 | 3000[35] |
А. E. Xaçikyan | 2009 | 3000[5] |
Çox geniş yayılmamış iddiaya görə, Krasovskinin dəstəsində əlavə qüvvə olaraq 5 min nəfər azərbaycanlı qüvvə də iştirak etmişdir. Bu iddia ilk dəfə 1969-cu ildə hərbi tarixçi Hacımurad İbrahimbəyli tərəfindən ortaya atılmışdır. Öz iddiasını gücləndirmək üçün İbrahimbəyli əlavə edir ki, 2800 nəfərlik qüvvə ilə 22 topla gücləndirilmiş30 min nəfərdən ibarət ordu korpusuna qarşı bütün şərtlər daxilində müdafiə olunmaq qeyri-mümkün idi. O, o dövrün qaynaqlarında azərbaycanlı, erməni və gürcü süvari dəstələrin iştirak etməməsini rus əsilzadə tarixçilərin ikili standardları ilə əlaqələndirirdi. Lakin onun iddiasının əksinə olaraq qaynaqlar Krasovskinin Üçmüəzzinə yürüşündə azərbaycanlılardan fərqli olaraq erməni və gürcü könüllü dəstələrin rus ordusunda iştirak etdiyini göstərməkdədirlər. Həmçinin Alagöz döyüşündə də rus ordusunun tabeliyində Borçalı mahalından olan azərbaycanlı süvarilərin iştirak etdiyi bildirilməkdədir. Bundan başqa, Paskeviçin Krasovskini ittiham etdiyi və ittihamda adı keçən Üçmüəzzin monastırında4 taborun olması barədə məlumatın keçməsi də bunu təstiqləməkdədir. Farsdilli qaynaqlarda da bildirilir ki, Abbas Mirzənin əldə etdiyi məlumatda Çınqıllıdakı rus ordusunun 5 min nəfərlik piyada və 1000 nəfərlik süvaridən ibarət olduğu bildirilir. Eyni rəqəmlər döyüşdə iştirak edən rus ordusunun miqdarını göstərmək üçün də qeyd edilməkdədir. Percy Sykes də döyüşən tərəflərin sayını göstərərkən eyni rəqəmləri verməkdədir.[83][84][85]
Qacar ordusu
redaktəİngilisdilli,[86][72] rusdilli[6][7][33] və ermənidilli[87][88][40] (eləcə də Sovet[89][80]) qaynaqlara görə, Abbas Mirzə ilə Sərdar Hüseyn xanın ordusu ümumilikdə 30 min nəfərdən ibarət olmuşdur. Həmçinin bu ordu 24 topla da təchiz edilmişdi.[d]
- İrəvan xanlığına daxil olan Qacar ordusunun sayı 25 min nəfər idi. Bunlardan 15 min nəfəri süvari, 10 min nəfəri piyada idi və ordu 22 topa malik idi.[50][91][49] Bu orduya 13 mini süvari və 7 mini piyada olan Abbas Mirzənin öz ordusu (bu orduya rus fərarilərdən ibarət olan və Samson xanın rəhbərlik etdiyi rus taboru[e] da daxil idi), Fətəli şah Qacarın oğlunun rəhbərlik etdiyi qrup və gürcü çarı II İraklinin oğlu Aleksandırın rəhbərlik etdiyi dəstə daxil idi.[45] Qacar ordusunun artilleriya qüvvələrinə Yusif xan komandanlıq edirdi[93] və bütün sərbazlar Məhəmməd xana tabe etdirilmişdi.[94].
- Qaynaqlarda İrəvan xanı Hüseyn xanın ordusunun miqdarı göstərilməməkdədir. Lakin rus ordusuna qarşı döyüşən ordudakə ümumi döyüşçü sayının 30 min olduğunu nəzərə aldıqda İrəvan qüvvələrinin sayı olaraq həm piyada, həm də süvari olmaqla birlikdə 5 min rəqəmi önə çıxmaqdadır. Təxminən eyni rəqəm iyul ayında Hüseyn xanın Üçmüəzzin monastırını mühasirəyə aldığı zamanda qeyd edilməkdədir. Həmin zaman onun tabeliyindəki ordu 4 min süvari, 2 min piyada və 2–3 topdan ibarət olaraq qeyd edilmişdi. Həmçinin o da bilinməkdədir ki, Qacar ordusundakı İrəvan piyadaları əsasən ermənilərdən ibarət idilər və ruslar üçün kəşfiyyat materialları daşımaq ilə məşğul idilər.[95]
Döyüşün gedişatı
redaktəYevdokim Laçınovun gündəliyindən. …Düşmən artilleriyası güclü çıxış etdi, lakin bu döyüş hər cəhətdən, xüsusən də döyüşən qüvvələrin qeyri-mütənasibliyi və bizim mövqelərimiz nəzərə alınmaqla, şiddətli döyüş sayıla bilər. Bu gün mən döyüşlərin bütün dəhşətlərini görə bildim: bütün növ odlu silahlar, hətta Avropada istifadə edilməyən silahlar da bizim üzərimizə atıldı, lakin onların törətdiyi dağıntılar təzə atlıların çapmağa başladığı və yorğun döyüşçülərimiz ilə döyüşə girəndə və xəncərləri gözümüzdə parıldayanda, qılıncları başlarımızın üstündə fit çaldığı vaxtla müqayisə oluna bilməzdi.[96] |
— |
Avqustun 16-da (28) axşam saatlarında Krasovskinin dəstəsi təpələrdən birinə qalxdı və uzaqda rus dəstəsini görərək hərəkət etməyə başlayan Qacar ordusunu gördü. Süvari patrullar ordunun ədsas düşərgəsinə doğru irəliləyərək rus ordusunun yaxınlaşdığı xəbərini verdilər. Bu zaman Krasovskinin ordusu vadiyə endi və saat 9-dan etibarən döüş düzülüşü alaraq Saqnu-Savanqa kəndi yaxınlığında düşərgə saldı.[97]
17 (29) avqustun erkən saatlarında rus ordusu susuz və çətin dağ yolu boyunca irəliləməyə başladı. Səhər tezdən olmasına baxmayaraq, hava artıq qızmar idi. Hərəkət zamanı arabalar xarab olmağa başladı və əsgərlər özləri tez-tez yüklənmiş arabaları sürükləməyə kömək etməli oldular. Səhər saat 7-də bir neçə yüz nəfərlik kazak və iki atlı-topla birinci kolon Uşaqan (Oşakan) və Əştərək kəndləri arasındakı qayalıq təpəyə çıxdı və təchizat qatarı ilə arxa mühafizəni gözləyərək dincəlmək üçün dayandı. Təpəyə çıxan Krasovski qərərgah zabitləri ilə birlikdə ərazini incələməyə başlamışdı. Əştərəkdə Abaran çayını keçən Qacar ordusunun sayı 10 min nəfərdən ibarət idi[98] və 3 xətt boyunca düzülmüş, sol cinahda Abaraniyə birləşərək Üçmüəzzin yolunu qapatmışdı. Süvarilər və artilleriya bütün yaxın təpələri ələ keçirmişdi. Əsas artilleriya qüvvələri qarşı sahildəki Uşaqan təpələrinə yerləşdirilmişdi. Onlar buradan Üçmüəzzinə gedən təminat yollarını və bölgənin yeganə su qaynağı olan yeri mütəmadi olaraq atəşə tuturdular.[99]
Təxminən 3 yüz nəfərdən ibarət olan Qacar süvariləri yola bitişik qayalıq təpənin yanına gələrək atdan düşüb daşların arxasına keçdilər. Bundan sonra onlar konvoyun geridə qalmış hissələrinə atəş açmağa başladılar. Rus atıcıların cavab atışindən və təpəyə doğru irəliləməsindən sonra onlar geri çəkilməyə məcbur oldular.[100][98].
Bu zaman 5 min nəfərlik Qacar ordusu piyadası vadidən çıxaraq yolün üzərinə yerləşdilər və rus ordusuna atəş açmağa başladılar. Rus topları atəş açdıqdan sonra onlar yolun sol tərəfinə keçərək geri çəkildilər.[101][98]
Buna baxmayaraq, Krasovski arxadan gələn təminat yüklərinin onlara çatması üçün ordunu gözlətməkdə idi. Abbas Mirzə bunu rus ordusunun hücuma keçməyə qətiyyət göstərməməsi kimi anladı və ordusuna geri çəkilmək əmri verib, geniş dərədə gizlətdi. Abbas Mirzənin istəyi ruslara geri çəkildikləri təsüratını oyatmaq və onları tələyə salmaq idi. Krasovski onun belə davranmasının əsl səbəbini təxmin etmiş və ətrafındakılara bunu bildirmişdi.[98] Rus dəstəsinin yerləşdiyi təpədən Eçmüəzzinə gedən yol iki alçaq təpənin arasından keçən dərədən keçirdi, orada Abbas Mirzə Krasovskinin dəstəsini bağlayıb çarpaz atəşlə məhv etməyi planlaşdırırdı. Geri çəkilmə Eçmüəzzinin itirilməsi ilə nəticələnə bilərdi. Bu vəziyyətdə Krasovski çətin qərar qəbul etməli oldu və o, irəli getməyi əmr etdi.[102]
Möhkəmləndirilmiş cəbhə boyunca dərəni keçə bilməyən Krasovski bölmələrinin aşağıdakı kimi düzərək irəlilədi:[103][98][104]
- Avanqarda, yolun hər iki tərəfində 39-cu Jaeger alayının 3 bölüyü 4 top ilə (iki ağır top yolun sağında, iki yüngül top yolun solunda) irəlilədi. Bu birliyə polkovnik Y. G. Raenko komandanlıq edirdi.
- Eyni düzülüş ilə Krım taboru yolun hər iki tərəfi ilə irəlilədildi. Hər bir tərəfdə iki yüngül top var idi.
- Mərkəzdə general-mayor L. A. Tuxolmanın komandanlığı altında sağda birləşmiş batalyon, solda yüzlərlə kazak tərəfindən əhatə olunmuş konvoy uzanırdı.
- Arxa dəstədə iki batareya və iki yüngül topdan ibarət olan 40-cı Jaeger alayı irəliləməkdə idi. Bu dəstənin komandanı olaraq general-mayor P. H. Trusson təyin edilmişdi.
Dərədə döyüş
redaktəQısa istirahətdən sonra dəstələr dərəyə doğru yola çıxdılar və ora daxil oldular. Qacar ordusu döyüşçüləri onların daxil olmasına icazə verdikdən sonra rusların arxa cinahına hücuma keçdilər.[98]
Rusların dəstəsinin Uşaqan düzənliyinə çıxmasından sonra Qacar ordusunun ağır topu onlara atəş açmağa başladı. Onlarla eyni zamanda böyük Qacar qüvvələri rus ordusunun son cinahına da atəş açmağa başladı. Onların əsas məqsədi Abaranın sağ sahilindən edilən batareya atəşini önləmək idi. Rus ordusu da səssizcə irəliləyən Qacar ordusu bölmələrinə atəş açaraq cavab verdi. Krasovskinin dəstəsi onları 17 verstlik məsafədən atəşə tutan artilleriyadan uzaqlaşmağı bacardığı zaman iranlılar Abarandan keçib, altı silahı sürüyərək çayla çay arasındakı yamaclara yerləşdirə bilmişdilər.[105] Rus ordusu peydə olan zaman tez bir zamanda bu bölmələrdən atəş açıldı. Lakin yolun Qacar toplarının yerləşdiyi yerdən keçdiyi yerdə sonuncunun top güllələri rus dəstəsinin üzərindən uçdu və onların sol tərəfli yüksəkliklərdə yerləşən süvarilərinə ziyan vurdu. Həmin döyüş iştirakçısı, arxa cəbhədə olan kapitan Sobolevin dediyinə görə: "… görünür, bu toplar bizim birləşmənin sol cinahını müdafiə edirdi".[98]
Eyni zamanda 8 Qacar topu rusların arxa və sol cinahına hücum edərək onların artilleriya və yük arabalarına ziyan vurmağa çalışdı.[98][104]
Dərədən çıxış
redaktəDərədə gizlənən 10.000-ə qədər Qacar piyadası dərədən çıxışın qarşısında yerləşən yüksəkliklərə doğru hərəkət etdi. Dərənin sol tərəfindəki eyni hündürlüyə, mühasirə halqasını bağlamaq üçün piyada və 5000 Qacar süvarisinə qoşulmağa çalışırdılar.[98] Düşmənin birləşməsinin qarşısını almaq üçün 39-cu Yaeger alayının iki aparıcı bölməsi altı silahla komandanlıq hündürlüyünə tələsi və düşməndən əvvəl ona tərəf qaçmağı bacardı. Top və tüfəng atəşi ilə ruslar geri çəkilmək məcburiyyətində qalan Qacar süvarilərinin sıralarını pərən-pərən saldılar. Piyadalar özbaşına dayandılar, lakin bir müddət sonra rus kolonlarına hücumu bərpa etdilər.[104]
Qacar ordusunun rus arxa cəbhəsi ilə döyüşü
redaktəQacar ordusunun böyük bir hissəsi rus arxa cəbhəsinə edilən hücumları artırarkən, dərənin hər iki tərəf də onlar tərəfindən ələ keçirilmiş və buradan rus bölmələrinə davamlı atəş həyata keçirilirdi. Bu zaman Əştərəki keçən 3 min nəfərlik Qacar süvarisi daş körpü tərəfdən Abarana daxil oldular. Onlar rusların arxa cəbhəsinə hücum edən öz piyada qüvvələrini dəstəkləmək üçün buraya göndərilmişdilər.[98] 40-cı Jaeger alayından gətirilmiş iki rus topu hücum edən Qacar ordusuna ağır zərbələr endirməyi bacarsa da, onlar durmadan şiddətli hücumlarını davam etdirməkdə idilər.[104] Rus atıcıları çox zaman tüfənglə atəş açdıqdan sonra hücum edən Qacar döyüşçüləri ilə əlbəyaxa döyüşə girməyə məcbur olurdular. Sobolevin yazdığına görə rus ordusunun ":40-cı alayının döyüş cəsarəti bütün təsəvvürü aşmaqda idi".[98] Üçmüəzzinə qalan 4 millik yolu qət etmək rus ordusu üçün "həqiqətən dəhşətli" oldu. Bu döyüşdə iştirak etmiş M. Sobolev qeyd edirdi ki, bu rus bölməsi bütün əngəlləri çətinliklə keçməkdə idi.[98]
Krasovski Abbas Mirzənin əsas qüvvələrinin onun dəstəsini monastır qarşısında qarşılamalı olacağını güman edərək, qabaqcıl kolonnalardan arxa dəstəyə əlavə qüvvə ayıra bilmədi.
Arxa dəstədə yerləşən I taborun topçusu Osipovun ağır yaralanması rus ordusunun vəziyyətini pisləşdirdi. Osipov sağ qolunun dirsəkdən yuxarı sınmasına və o tərəfinin ağır yara almasına baxmayaraq evakuasiya edilməyi rədd etdi və sona qədər döyüşmək istədiyini bildirdi. Belliklə, o, monastıra qədər gedən yolda döyüşlərdə iştirak etdi.[106][f]
Saat 12-də, yəni 4 saatlıq döyüşdən sonra döyüşçülər susuzluqdan və qızmar döyüşün təsirindən taqətdən düşmü və yorulmuşdular. Süvarilərin bir yerə toplanaraq təşkil etdikləri hücum itki ilə nəticələndi. Eyni zamanda 40-cı alay da tədricən daha çox itki verməyə başlamışdı.[104][98]
40-cı Jaeger alayının ağır vəziyyətini görən Krasovski buna baxmayaraq, arxa mühafizəni Krım batalyonu ilə gücləndirmək qərarına gəldi və özü Mühəndis Qoşunlarının general-mayoru Truzson ilə birlikdə digərlərinə konvoylara getməyə vaxt vermək üçün süngü hücumuna keçdi. Truzsonun döyüş atı elə onun altındaca öldürüldü. Eyni zamanda rus ordusunun bu bölməsindəki toplar onlardan istifadə edən və "yarı ölü" vəziyyətə gəlmiş şəxslərdən alınaraq daha da irəli mövqeyə çəkdirildilər.[107]
Üzmüəzzin düzənliyinə doğru
redaktəRus dəstəsinin hərəkət qaydası
redaktəRus ordusu nəinki əsas üstün təpələri ələ keçirdi, eyni zamanda dərəni də tərk etməyi bacardı və düşmənə cavab atıəşi açmağa başladı. Rus ordusunun topları təpəyə çıxır, Qacar ordusuna atəş açır, onun yerinə aşağıdan biri gəlib çatdıqdan sonra isə o da irəliyə doğru yürüşünə davam edirdi. Ardınca silahlar yolun kənarındakı qayalı təpələrə doğru hərəkət etdirildi və ruslar iki-üç dəfə atəş açaraq daha da irəlilədilər. Bu qaydada Krasovskinin dəstəsi sonrakı yüksəklikləri aşdı.[98]
Eçmüəzzin düzünün başladığı dağın ətəyində qalan dörd mil daha qayalıq və yarğanlarla dolu idi. Qayaların üstündən tullandırılmaq məcburiyyətində qalan artilleriyanı hərəkət etdirmək çox çətin idi. Atlar da yorğunluqdan taqətdən düşmüşdülər. Bu yol boyunca at arabalarının bir çoxunun təkərləri xarab oldu. Bu da rus döyüşçülərini həm Qacar ordusu ilə döyüşməyə, həm də bu hissələri dəyişməyə və ya təmir etməyə vadar etdi. Əsgərlərin yorğunluğu sözün əsl mənasında tükənmək həddinə çatmışdı. Silah ekipajları itkilərə görə tam artilleriya əməliyyatları üçün kifayət qədər təchiz olunmamışdı.[104] Belə bir şəraitdə rus artilleriyaçılarının döyüşməsi və verilən əmrlərə reaksiya göstərməsi də getdikcə çətinləşməkdə idi. Çünki Qacar durmadan onların üzərinə tüfəng və topdan atəş açmaqda idilər.[98]
Sobolevin iki topunun fəaliyyəti (1)
redaktəÇətin enişlərdən birində batareya komandiri, kapitan Sobolevin komandanlığı altında sütunların hərəkətini əhatə edən 3-cü yüngül artilleriya rotasının iki silahı təhlükəli vəziyyətdə qaldı. Silahlar müxtəlif tərəfdən sıx qreypshot və tüfəng atəşi altında idi. Dəhşətli nəticələrdən qorxan Krasovski öz iştirakı ilə artilleriyaçıları ruhlandırmaq üçün həmin silahların yanına getdi, Krasovskinin heç bir halda geri çəkilməmə barədə əmrinə Sobolev elə bu tərzdə cavab verərək generaında əminlik formalaşdırdı. Nəticə etibarilə döyüşməyə davan edən Sobolevin birləşməsi Qacar ordusuna atəşlər açaraq ağır zərbələr endirməyi bacardı. Beləliklə, Sobolevin birləşməsi adamlarının çoxunu itirib, Qacar ordusuna ağır zərbələr endirib və öz ordusunun rahat keçidini təmin etdikdən sonra geri çəkilməyə başladı.[9][107]
Krasovski bu hadisə barədə bunları yazmışdı:[108]
…Çətin enişi iki top ilə təmin edən kapitan Sobolev təəccüblənməyə layiq cəsarət və qorxmazlıq əlamətləri göstərdi.
Zədələnmiş batareya topu uğrunda döyüş
redaktəTəpələrin birində, yolun sol tərəfində, rus ordusunun arxa dəstəsinin hərəkətini əhatə edən rus artilleriya silahının top gülləsi ilə oxu vurulmuşdu . Bunu görən iranlılar qapağı çıxarmaq və qiymətli silahı ələ keçirmək üçün böyük qüvvələrlə sıradan çıxmış və hərəkətsiz silaha tərəf qaçdılar, ağır toplardan və tüfəngdən atəş açdılar. Böyük qüvvələrlə hücuma keçən Qacar ordusu qarşısında rus atıçıları davam gətirə bilməmiş və onların sıraları aşılmışdı. Qacar döyüşçülərinin zədələnmiş bu silahdan cəmi 50 addımlıq məsafədə olduqlarını, onlara qarşı döyüşən rus ordusu mənsublarının isə yorulduqlarını və döyüş əzmlərini itirdiklərini görən Krasovski şəxsən özü döyüşə daxil oldu.[107] Bu anda mühafizə artilleriyasının komandiri və həmin silah heyətinin yanında olan polkovnik Hellenşmidt Krasovskiyə bunları demişdi:[109]
Zati-aliləri! Sizdən xahiş edirəm, silah üçün qurban olmağı mənə burax, amma özünüzü belə aşkar təhlükəyə məruz qoymayın. Əmin olun ki, silahı xilas etmək üçün əlimizdən gələni edəcəyik.
Krasovski bu sözlərə baxmayaraq, onlarla birlikdə qalacağını bildirdi və 40-cı Jaeger alayınnı iki bölüyünün komandanı mayor Şegolevə geriyə bir addım belə atmamaq əmrini verərək hücuma keçdi.[98] Krasovskinin birbaşa rəhbərliyi ilə hücuma keçən rus ordusu Qacar ordusunun zədələnmiş topa doğru olan hücumlarının qarşısını aldılar. Bu hadisə zamanı Krasovski az qalmışdıki öldürülsün. Onun altında bir at öldürüldü və general digərinə keçəndə Qacar ordusunun atdığı qumbaranın bir parçası onun sağ körpücük sümüyünü əzdi və demək olar ki, eyni anda Krasovskinin yaxınlığında ikinci bir at öldürüldü. Krasovskinin adyutantı kapitan Vrangel dərhal ona öz atını təklif etdi. Lakin Vrangelin də öz vəzifəsini icra edə bilmək üçün ata ehtiyacı olduğu üçün Krasovski onun təklifini rədd etdi və leytenant Pojidayevin atını minməyə başladı. Əlbəyaxa döyüş davam edərkən əsgərlər silahı daha təhlükəsiz yerə keçirə bildilər.[107] Aldığı yaraya görə Krasovski artıq tək başına ata qalxa bilmirdi və ona bunu etməkdə atıçılar kömək etdilər. Daha sonra Krasovski yazırdı:[107]
Əlimin vəziyyətini gizlətməyə çalışdım, böyük təhlükənin bizi təhdid etdiyi yerdə tam sakitlik nümayiş etdirməli və şəxsi iştirakımla onları təşviq etməli idim.
40-cı Jaeger alayının I taborunun döyüşü
redaktə40-cı Jaeger alayının I taborunda yerləşən III yüngü toplu artilleriya bölməsinin sursatı bitmək üzərə ikən Qacar ordusu hücumları artırmaqda idi. Bu əsnada taborun komandanı mayor Şegolev başı və ayağından güllə yarası aldı.[107] Taborun adyutantı leytenant Simanovski tez bir zamanda bunu Krasovskiyə məruzə etdi. Xəbəri eşidən Krasovski dərhal taborun yerləşdiyi yerə getdi və taborun döyüşçülərinin Qacar ordusunun ağır top və güllə zərbələri altında qalmış şəkildə tapdı. Qacarların yaxınlaşdığını görən Krasovski dərhal atəş açılmasını əmr etsə də, topçu Kovrigin bildirdi ki, çox az sursatı qalmışdır və qalan sursatı da çox ekstrim hallar üçün saxlamışdır.[109]
Qısa bir müddətə bölmənin yerinə sursatlar gətirildi və artilleriyadan açılan atəşlər nəticəsində hücum edən Qacarlar geri çəkilməyə məcbur edildilər. Bundan sonra artilleriya bölməsi həmin yeri tərk etmək barədə əmr aldı.[109]
Sobolevin iki topunun fəaliyyəti (2)
redaktəBu vaxt kapitan Sobolev iki yüngül top ilə yolun sol tərəfində əlverişli mövqe tutaraq yürüş sütunlarını əhatə edən sol tüfəng silsiləsini vurmağa çalışan düşmənə atəş açmaqda idi.[110]
Krasovski sağ tərəfdəki Qacar süvarilərinin bir hissəsinin yolu necə keçdiyini və yolun sol tərəfindəki silsilənin arxasında gözdən itdiyini gördü. General döyüş meydanını diqqətlə nəzərdən keçirdi və aşkar etdi ki, Qacar süvarilərinin qaçdığı istiqamətdə iki yüngül rus silahı güclü şəkildə irəli çıxır və 35 nəfərlik kiçik qüvvə ilə iranlıların hücumlarını dayandırır. Krasovski 30 gözətçi ilə bu silahlara tərəf qaçdı və yerə çataraq hər birinə daha bir atəş əmri verdi və geri çəkildi, lakin o vaxta qədər Qacar süvariləri artıq rus mövqeyinə yaxın idi. Süvarilərindən əhəmiyyətli dərəcədə qabaqda, qırmızı bayraqlı, qırmızı paltar geyinmiş müəyyən bir fars hərbi lideri təpədə dayandı. Atdan enən Krasovski mühafizəçiləri süngü ilə həmin təpəyə apardı. Hücum edənlərə bir neçə atəş açan Qacar süvariləri atlarını çevirərək rus cinahlarının sol cinahı boyunca yerləşən təpəlik silsiləsi ilə çaparaq getdilər. Sobolevin topları geri çəkilən süvarilərdən sonra bir yaylım atəşi açdı, bundan sonra onlar növbəti təpəyə irəlilədi.[98][109]
Akop Arutyunovun tərəf dəyişməsi
redaktəGeneral Mayor Çavçavadzenin General Paskeviçə 21 may 1828-ci il tarixli və 539 nömrəli müraciətindən. İrəvan quberniyasının kəndi olan Nurni sakini və Abbas Mirzənin ordusunda topçu kimi xidmət edən Akop Arutyunov 17 avqustdakı döyüş zamanı topların atış istiqamətini səhv tərəfə tuşladı və rusları yox, İran ordusunu vurdu. Arutyunovun bu hərəkət anlaşıldığı zaman o döyüş meydanından qaçsa da, bəxtsizlikdən Üçmüəzzin kilsəsindən çox da uzaq olmayan bir yerdə ələ keçirildi və İrəvan sərdarı Hüseyn xan onun gözlərini oyub, burnunu, dodaqlarını və dabanını kəsdi. Bu vəhşilik, Aryutunovu ömrünün sonuna qədər acınacaqlı bir əziyyət çəkməyə, bütün ailəsini isə həddindən artıq yoxsuzlluq içində qalmasına yol açdı. Aryutunovun mövqeyi və bu qədər əziyyət çəkdiyi əməl hökumətin mərhəmətinə xüsusilə layiqdir və mən ona ailəsini onların layiq olmadığı yoxsulluqdan qoruya biləcək bir təminat təyin edilməsi haqqında xahiş edirəm.[111] |
— |
Döyüşün ortasında Qacar ordusunda topçu kimi xidmət edən erməni Akop Arutyunov tərəf dəyişdirdi. İrəvan xanlığının Nurni kəndində sakin olan Akop döyüşün ortasında ruslar əvəzinə öz topunu ruslar üzərinə hücumda olan Qacar ordusu üzərinə çevirdi və atəş açmağa başladı.[59] Onun bu davranışı bir rus bölüyünü Qacar süvari hücumu qarşısında tamamilə darmadağın edilməkdən qurtardı. Akopun nə etdiyi bəlli olduqdan sonra o, Üçmüəzzin monastırına doğru qaçsa da, yolda Sərdar Hüseyn xanın qüvvələri tərəfindən ələ keçirildi. Hüseyn xanın əmri ilə Akopun gözləri oyuldu, dodaqları, burnu, qulaqları və dabanı kəsildi. O, digər satqınlar ilə birlikdə monastırın qarşısına atıldı. Onun ölməsi gözlənilsə də, ölmədi və sağ qalmağı bacardı.[112][113][106]
Son təpə
redaktəÜçmüəzzin düzənliyinə çıxan yolun üzərindəki son təpəyə gəldiyi zaman Krasovski irəlidə gələn bölmələrə cinahlara keçib mövqe tutmağı və təminat yüklərini daşıyan bölmələrin irəliləməsinə şərait yaratmağı əmr etdi. Eyni zamanda mərkəzdə yerləşdirilən qüvvələrə də cinahlarda gözləmək və arxa qüvvənin gəlib çatmasını ilə birlikdə dağa dırmaşmaq əmri edildi. Dəstənin qarşısındakı təpədən Eçmiədzin düzü açıldı, orada Qacarların əsas qüvvələri ilə toqquşma gözlənilirdi.[114] Düzənlik Qacar süvarilərinin geniş əməliyyatları üçün əla tramplin rolunu oynayırdı. Bütün dəstələrin gəlib çatmasını gözlədikdən sonra Krasovski topları mərkəzdə yerləşdirdi və sağ qalmış yük daşıyan bölmələri arxa dəstənin mühafizəsində buraxdı. həlledici döyüş gözləndildiyi üçün Krım alayının keşişi Fedotov ordunun qarşısına çıxaraq dini ayinlər həyata keçirdi.[115] Sağ cinahda Qacar ordusunun piyada bölməsi qayalıq təpənin arxasından peydə oldu. Onları gözən kazaklar iki yüngül topla onlara atəş açmağa başladılar və piyadalar təpənin gerisinə çəkildi.[98]
Son təpəyə çatan Qacar piyadaları dayandılar. Yorğunluq artıq Qacar ordusuna da təsir etməyə başlamışdı. Piyadalar və artilleriya artıq çox zəif hərəkət edirdi. Süvarilərin atları da artıq yorulmağa başlamışdılar.[98]
Buna baxmayaraq, Qacar ordusu inadlı hücumlarını davam etdirməkdə idilər. Süvarilər rusların sol cinahına və arxa bölməsinə aramsız hücumlar edirdilər. Bu dəstənin yerləşməsinə görə ruslar oraya top atəşi də aça bilmirdilər.[98] Kapitan Sobolevin yazdığına görə:[98]
Əsgərlərimiz tamamilə taqətdən düşmüşdü, bəziləri arabir atəş açır, bəziləri silahlarını güclə gəzdirir, bəziləri isə huşunu itirərək yerə yıxılırdılar.
Bu vəziyyəti dəyərləndirən Qacar süvariləri rus sıralarına çırpıldı, lakin sonuncunun yorğun vəziyyətinə baxmayaraq, ağır itki verərək geri çəkildi və qısa müddətdən sonra yeni hücumlar etməyə davam etdi.[98]
Üçmüəzzin monastırında
redaktəBu döyüşlər baş verən zaman monastırda olan rus ordusu mənsubları çətin anlar yaşamaqda idilər. Monastırın zəng qülləsindən döyüşü izləyən erməni keşiş Yusif iki min rusun onları əhatəyə alan və şəxsən Abbas Mirzə tərəfindən komandanlıq edilən 30 minlik ordu ilə döyüşünü dəhşətlə izlədiyini bildirmişdi. Döyüş zamanı Üçmüəzzin monastırının arxibişopu Nerses Aştaraketsi (gələcəkdə Bütün Ermənilərin Katalikosu olacaq) rus ordusunun qələbəsinə dua etmək üçün mərasimlər təşkil etmək və təbliğat aparmaqla məşğul idi.[86][113][116]
Bir şahid olanları belə təsvir edirdi:[116]
Bu mənzərə təsirli idi; təkcə bütün insanlar və əsgərlər deyil, xəstələr və yaralılar da monastır kilsəsinə sürünərək dua edirdilər.
Eçmiədzin düzündə
redaktəPusqu
redaktəMonastırın qarşısındakı vadi boyunca oradakı əkin sahələrini suvarmaq üçün Abaran çayından çəkilmiş su kanalları mövcud idi.[98] Qacar ordusu 9 saatı qızmar günəş altında döyüş ilə keçmiş ümumilikdə isə 12 saatı əhatə etmiş yürüşün rus ordusunda dəhətli susuzluğa yol açdığını bilməkdə idi. Buna görə də, Qacar süvariləri yoldan bir o qədər də uzaqda olmayan suvarma kanallarından birinin kənarında pusqu qurmuşdular.[106][117]
Su kanalının yanında
redaktəKrasovskinin bölməsi vadiyə düzənliyə endikdən sonra arxa dəstə ilə birləşmək üçün gözləməyə başladılar. Cinahlardakı atıcılara və kazaklara əsas bölmə ilə birləşmək əmr edilmişdi, lakin onlar xəbərdarlığa və təhlükəli olmasına baxmayaraq, suya doğru atıldılar. Silahlarını bir tərəfə ataraq suya doğru atılan və içinə girən rus döyüşçülər əsas dəstədən də ayrı düşmüşdülər.[65] Pusquda yatan Qacar süvariləri dərhal onlara hücum edib öldürməyə başladı. Kapitan Sobolevin bildirdiyinə görə:[98]
Əsgərlər bir qurtum ilıq və palçıqlı su içməkdənsə, canlarını verməyə daha çox razı idilər.
Kazaklar saylarının az olmasına görə atıcıların köməyinə yetişə bilmədilər. Qacar ordusu heç bir kəsi əsir olaraq götürmədi. Süvarilər piyada rus döyüşçülərini mühasirəyə alaraq onların böyük əksəriyyətlərini qətlə yetirdilər. Öldürülən rus əsgərlərinin başları kəsilərək müharibə qəniməti kimi düşərgəyə aparıldı.[g][118][103] İngilis tarixçisi P. M. Sykes qeyd edir ki, Qacarlar məhz "düşmənlərinin başını kəsəndə" rus dəstəsinin tamamilə məhv edilməsi üçün qiymətli vaxt itirildi.[83] Rus əsgərinin başının kəsilməsindən sonra Qacar ordusu arasında kəsilən başlar üçün dava ilə müşayiət olunan mübahisələr yarandı.[98]
Atıcıları xilas etmək üçün çalışan Krasovski əsas dəstədən uzaq düşdüyü üçün pzü mühasirəyə düşdü. Generalın yanındakı atıcıların çoxu öldürüldü. Krasovskinin özü isə qılıncı ilə döyüşərək çətinliklə qurtula bildi. Onunla birlikdə olan "gözəl güc və cəsarət sahibi", baş auditor Belov, hücum edən iranlıların sıralarını yarıb yaxınlıqda olan Don Sergeev alayının hərbi komandiri Şurupova dəstə komandirinin kritik vəziyyət barədə məlumat verə bildi.[106] Şurupov, Belov və başqa 30 kazak (bir başqa qaynaqlara görə 50) mühasirəyə alınmış general və ətrafındakıları xilas etmək üçün hücuma keçdilər.[107][118] Mühasirədəkilər güclərinin azalması və sursatlarının bitməsinə görə artıq demək olar ki, müqavimət göstərə də bilmirdilər. Lakin hücum uğurlu alındı və general ilə ətrafındakı zabitləri xilas etmək mümkün oldu.[107]
Rus dəstəsinin mühasirəsi
redaktəBu zaman Abbas Mirzə Krasovskinin qüvvələrini açıq sahədə mühasirəyə almağı, yolu bloklamağı və bütün qüvvə ilə hücuma keçmə barədə əmr verdi. Rus dəstəsinin vəziyyəti çətinləşməyə başladı.[107] O vaxta qədər qreypşot zərbələri tükənmişdi və yorğun əsgərlər hər tərəfdən Qacar piyada və süvarilərinin qəzəbli hücumlarını dəf etməkdə çətinlik çəkirdilər. Lakin gözlənilmədən Krasovskinin dəstəsinə kömək etmək üçün monastırdan Sevastopol sakinlərinin bir batalyonu və atlı erməni yüzlüyü çıxdı. Hər iki tərəfdən hücuma məruz qalmaqdan qorxan Qacar ordusu cinahlara çəkildi.[117]
Rus dəstəsinin dağıdılması
redaktəBu anda monastırın qpaısına doğru gedən yol təmizləndiyi üçün Krasovskinin alayı nizamsız bir şəkildə monastıra doğru qaçmağa başladı. Hərəkət halında xüsusi qorunmaya ehtiyacı olan artilleriya dəstələri belə təlaşla qapıya doğru irəliləməkdə idilər. Ordunun arxa birləşməsi də digər dəstələrlə qarışmış vəziyyətdə oraya doğru qaçmaqda idi. Monastırın divarlarından oraya girməyə çalışan rus ordusunu qorumaq üçün Qacar ordusu üzərinə atəş açılmaqda idi.[118]
Bu hadisələr baş verərkən nizam-intizamı bərpa etməyə çalışan Krım piyada alayının gənc polkovniki Qolovin güllə yarası nəticəsində həyatını itirdi.[119]
Baş verən toqquşmada Sevastopol piyada alayının komandiri mayor Belozor da həlak oldu. Həmin döyüşün iştirakçısı Sobolevin dediyinə görə, qərargah zabiti "insanlıq sevgisinə" görə həyatını itirmişdi.[98] Sonuncu, hətta əvvəlki döyüşlərdə də atını sonradan sağ qalan ağır yaralı zabitlərə vermiş, lakin özü də "sağlamlığı pis olduğu üçün" tükənmişdi.[106] Buna görə hətta onun hərəkət etməsi üçün iki atıcı tərəfindən getməyə kömək edilməli olmuşdu. Sonlara yaxın tamamilə qüvvəsi tükənən Belozor xeyri geridə qalmış, bir daşın üzərində oturmuş, içində pul olan bir cüzdan çıxarıb əsgərlərə verərək demişdi:[106].Şablon:Конец цитаты
Qardaşlar, xidmətinizə görə sağ olun. İndi özünüzü xilas edin, əks halda hamınız mənimlə tamamilə boş yerə öləcəksiniz.
Qarşı tərəfin döyüşçüləri daşın üstündə oturmuş rus zabitinə hücum edərək onun apoletini qopararaq başını kəsdilər.[118]
40-cı Yaeger alayının komandiri polkovnik-leytenant Şuiski qolundan güllə yarası alsa da, aldığı yaraya baxmayaraq, xətti sona qədər saxlamağı bacardı.[107]
Monastırın divarları altında
redaktəMonastıra çatdıqca rus ordusu mənsubları divarın kölgəsinə qərq olmaqda idilər və bu da qarışıqlığı daha da artırırdı. Qapı açıldıqdan və içəri girmək əmri verildikdən sonra ordu tamamilə monastıra daxil oldu. Lakin 5 rus döyüşçüsü heç bir yaraları olmamasına baxmayaraq, uzanılı vəziyyəydə ölmüşdülər. Onların ölüm səbəbi həddindən artıq yorulma idi. Ölən əsgərlərin güllə qablarında bir dənə də olsun güllə qalmamışdı.[106][98]
Rus dəstəsinin qalıqları zənglərin və duaların sədaları altında monastıra daxil oldular. Eçmüəzzin arxiyepiskopu Nerses Aştaraketsi salamlama nitqi ilə hamıya müraciət etdi:[120]
Bir ovuc rus qardaş otuz minlik qəzəbli düşmən ordusundan keçərək bizə tərəf getdi. Bu ovuc ölməz şöhrət qazandı və general Krasovskinin adı Eçmüəzzin salnaməsində əbədi olaraq unudulmaz qalacaq.
Krasovskinin Laptev və Şvetsovla əlaqəsi
redaktəÜçmüəzzin monastırına daxil olduqdan dərhal sonra Krasovski 6 yerli ermənini müxtəlif vaxtlarda Çınqıllı düşərgəsinə göndərdi. Çınqıllı düşərgəsinə verilən əmrdə qeyd edilirdi ki, mühasirə artilleriyasının gəlişindən sonra general-mayor Laptev 80-ci Kapandiya piyada alayından polkovnik Şvetsov və 4 top ilə birlikdə dərhal Üçmüəzzinə doğru irəliləsinlər. Razılaşdırılmışdı ki, onlar Uşaqana çatmamışdan əvvəl təpələrdən birinin üzərində durmalı və hər bir topdan iki atəş açmalı idilər. Buna cavab olaraq monastırdan atəş açılmalı idi. Bu hərəkətlər Krasovskinin iki atəş arasında qalan fars ordusunu məğlub etmək və ya geri çəkilməyə məcbur etmək üçün hərəkətə keçməsi üçün bir siqnal olmalı idi.[121]
Krasovskinin göndərdiyi altı casusdan ikisi yaxalandı və Abbas Mirzə düşmənin niyyətindən xəbər tutaraq avqustun 19-da (31) qoşunlarını çaydan kənara çəkdi. Zəngi və İrəvandan 20 verst və Çınqıllıdakı rus düşərgəsindən 15 verst məsafədə təbii keçilməz bir mövqedə düşərgə saldı, üstəlik, düşərgəsini xüsusi şəkildə çevrələdi.[103]
18 (30) avqust tarixində Çınqıllı düşərgəsinə mühasirə topları gətirildi. Bu topların xeyli miqdarda nəqliyyat vasiətləri və sursatı da var idi. Krasovskinin verdiyi əmrlərlə hərəkət edən Laptev deyilən təpəyə doğru irəlolədi və təpənin başına çıxdıqdan sonra toplarla atəş açdı.
Lakin monastır Abbas Mirzənin öz qoşunlarını çaydan o tərəfə çəkdiyini bilmirdi. Atəş səsini eşidən Krasovski və qərərgah zabitləri göndərdikləri bütün casusların ələ keçirildiyini və Qacar ordusunun pusqu qurduğunu nəzərə alaraq Laptevin atəş açmadan təyin olunmuş yerə çatmasına təəccübləndilər. Öz növbəsində, cavab atəşi eşitməyən Laptev, monastırın Qacar ordusu tərəfindən tutulduğunu və Krasovskinin dəstəsinin məhv edildiyini güman etdi. Çətin vəziyyətdə olan Laptev 10 dəqiqədən sonra təkrar atəş açmaq qərarına gəldi. Bu dəfə monastır yenə də eyni şəkildə cavab verdi və Krasovski bütün 40-cı Jaeger alayını monastırda tərk edərək Laptevlə görüşə çıxdı və əlaqə saxladı.[121]
Ümumilikdə səhər saat 7-dən gündüz saat 4-dək davam edən qanlı döyüş Üçkilsənin 2 verstliyində başa çatdı.[122]
Nəticə
redaktəKrasovskinin ordusunun qarşısını almaq və onu məhv etmək üçün həyata keçirilmiş döyüşlərdəki uğursuzluqdan sonra Abbas Mirzənin ordusu həvəsdən düşmüşdü. Yaralıları yaxınlıqdakı meşələrə və ya kəndlərə daşınması, ölülərin dəfn edilməsi kimi işlərə döyüşçülərin cəlb edilməsindən sonra Abbas Mirzə ordusunun çox hissəsini itirmiş oldu.[117]
Qacar ordusunun bölgəyə daxil olması ilə Paskeviçin İrana daxil olması ilə bağlı planında dəyişiklik edildi. Avqustun ikinci yarısında Paskeviç Cənubi Azərbaycanı ələ keçirməyi və Təbrizə yollanmağı planlayırdı. Abbas Mirzənin ordusunun İrəvana daxil olması xəbəri daxil olduqdan sonra Paskeçiv inanırdı ki, Qacar ordusunun yalnız bir hissəsi hərbi əməliyyata cəlb edilmiş, əsas hissəsi Cənubi Azərbaycanda qalmışdır. O, belə bir şəraitdə Krasovskinin ordusunun bu hücumun qarşısını ala biləcəyini düşünürdü.[123] Lakin 27 avqust (8 sentyabr) tarixində Əştərəkdəki döyüşlər barədə hazırlanmış hesabatdan aydın oldu ki, bu belə deyil. Paskeviç yanlış təxminini düzəltmək üçün Şimali Azərbaycanda və Gürcüstanda olan əsas rus hissələrini Naxçıvanda toplaşmaq barədə əmr verdi.[124] Toplanmış birləşmiş ordu Krasovskinin ordusuna doğru yürüş həyata keçirməli idi.[103] Döyüşlərdə uğur qazana bilməyən Abbas Mirzə Arazın cənubuna geri çəkildi və Sərdarabad qalasının 45 verstliyində düşərgə saldı. 5 sentyabr tarixində Paskeçiv Üçmüəzzinə gəldi[103] və 7 sentyabr (19) tarixində o, Krasovskidən baş verənlər barədə ətraflı hesabat tələb etdi. Növbəti gün hesabat Krasovski tərəfindən hazırlandı.[117]
24 sentyabr (6 oktyabr) tarixində hərbi şurada hazırlanmış plan ilə İrəvan qalasının ələ keçirilməsi nəzərdə tutuldu. İrəvana doğru yola çıxan PAskeçiv Naxçıvanda saxlanılan ordunun rəhbərliyinə general-leytenant Knyaz Eristovu təyin etdi, polkovnik Muravyov isə onun köməkçisi olaraq təyinat aldı. Abbas Mirzə Naxçıvanda qalan rus ordusunun kiçikliyindən istifadə edərək oranı ələ keçirmək qərarına gəldi. Lakin Qacar ordusu Naxçıvanın 7 verstliyində ikən rus ordusuna 4 minlik piyada və 2 min nəfərlik süvari ordu yardıma göndərildi. Rus ordusunun köməklə gücləndirildiyini görən Abbas Mirzə Arazın cənubuna geri çəkildi.[125]
Bu əsnada 26 sentyabr (8 oktyabr) tarixində rus ordusunun İrəvan qalasını mühasirəyə alması işinə başlanıldı. 8 sentyabrda (10 oktyabr) 14 mühasirə topu ilə qala atəşə tutuldu. 1 Oktyabr tarixində İrəvan qalası təslim oldu.[126]
İrəvan qalası təslim olarkən Abbas Mirzə bütün ordusu ilə birlikdə Xoy yaxınlığında idi. Rusların İrəvanı ələ keçirməsi xəbəri ordu düşərgəsinə çatdıqdan sonra Qacar ordusu tamamilə həvəsdən düşdü. Bu zaman Araz yaxınlığında oan Eristov ərzaq azlığına görə çayın cənubuna keçməkdən çəkinsə də, polkovnik Muravyov onu təbrizə doğru irəliləməyə razı saldı. 30 sentyabr (12 oktyabr) tarixində rus ordusu Arazı keçdi və qısa müddət sonra Cənubi Azərbaycanı da ələ keçirməyə başladı. 13 oktyabrda rus ordusu önəmli bir müqavimətlə qarşılaşmadan Mərəndi ələ keçirdi. 13 oktyabr tarixində rusların avanqard dəstəsi Muravyovun komandanlığı altında demək olar ki, döyüşsüz bir şəkildə Təbrizi ələ keçirdi. 19 (31) oktyabrda Paskeçivin özü də Təbrizə gəldi.[103][127].
Bundan qısa müddət sonra, 10 (22) fevral tarixində Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqlarının əraziləri də Rusiya imperiyasına birləşdirildi.[126][128].
Döyüş barədə statistikalar
redaktəİtkilər
redaktəDöyüşdən qaçan Krasovski Üçkilsə monastırına sığındı. Gizetti bu vuruşma haqqında məlumatına görə, Krasovskinin dəstəsi həmin döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134 nəfər isə əsir düşdü).[32][129] Şerbatova görə isə, Krasovskinin dəstəsindən 700-ə yaxın əsgər və zabit öldürüldü, 300 nəfərədək yaralandı və generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə çatdığını qeyd edir. Görünür, müəllif Abbas Mirzənin itkisini çox, ruslarınkını isə az göstərmişdir. Krasovskinin dəstəsi qaçaraq geri çəkildiyindən rus qoşunlarının itkisi daha çox olmalı idi.[32][129]
Rus tərəfi
redaktəRus tərəfinin itkiləri həm sıravi döyüşçülər, həm də döyüşdə birbaşa iştirak etmiş zabitlər arasında önəmli dərəcədə idi. Rus ordusu döyüşlər zamanı 6 zabitini itirmişdi:[130][107]
- Mayor Belozor — Sevastopol piyada alayının komandanı
- Polkovnik-leytenant Qolovin — Krım piyada alayının komandanı
- Leytenant Apostolov — həmin bölmədən
- Leytenant Çuqayeviç — 40-cı Jaeger alayından
- Poruçik Silin — həmin bölmədən
- Podporuçik Boyarinstsev — həmin bölmədən
Krasovski hazırlamış olduğu hesabatda döyüşlərdə yaxşı mənada fərqlənən və yaralanan rus zabitlərinin də adını çəkmişdir. O, bu hesabatda özü istisna olmaqla, 20 belə zabitin siyahısını təqdim etmişdir:[107]
Xəsarət alan zabitlərin siyahısı | |||||
---|---|---|---|---|---|
№ | Rütbə | Soyad | Aldığı yara | ||
1 | General-leytenant | Krasovski | Qumbara parçası ilə körpücük sümüyü parçalanı | ||
2 | General-mayor | Tuxalko | Ayağından yaralanıb | ||
3 | polkovnik-leytenant | Şuyiski | Güllə ilə qolundan yaralanıb | ||
4 | mayor | Şeqolov | Baş nahiyəsindən güllə yarası və ayağından ağır zədə | ||
5 | mayor | Mulikovski | Döyüşdən sonra aldığı yaralardan ölmüşdür. | ||
6 | mayor | Valentiy | Bud sümüyünün əzilməsi ilə ayağından güllə yarası. | ||
13 | kapitan | Mixailovski | Hər iki ayaqda güllə yarası | ||
14 | kapitan | Bernov | Başın sol tərəfində top gülləsindən qaynaqlanan zədə | ||
15 | kapitan | Şipaylo | Şiddətli kontuziya | ||
7 | ştabs-kapitan | Yakovenko | Kürəyindən yara alıb | ||
8 | ştabs-kapitan | Sobolevski | Sol ayağın bud nahiyəsində və dizdən yuxarı sümük əzilməsi ilə güllə yarası | ||
9 | ştabs-kapitan | Rosinski | Qumbara zərbəsindən qaynaqlanan başdan alınmış yara | ||
10 | ştabs-kapitan | Birzul | Sümük parçalanması ilə dirsəkdən yuxarı sağ qoldan güllə yarası | ||
11 | ştabs-kapitan | Neverovski | Güclü kontuziya | ||
12 | ştabs-kapitan | Şamonin | Sol çiyində yara | ||
16 | poruçik | Durjiçki | Top zərbəsindən qaynaqlanan və ayaq barmaqlarının kəsilməsi ilə nəticələnən zədə | ||
17 | poruçik | fon Berq | Dizdən yuxarı sol ayağından güllə yarası | ||
18 | podporuçik | Belimov | Qumbara zərbəsindən qaynaqlanan sağ çiyində zədə | ||
19 | podporuçik | Çitovski | Dizdən yuxarı sağ ayağından güllə yarası | ||
20 | praporşik | Pojidayev | Sağ ayağın yuxarı bud birləşməsindən güllə yarası | ||
21 | praporşik | Dobrjin | Sağ ayağın dizdən yuxarı hissəsində güllə yarası |
Krasovski hazırladığı hesabatında ümumi ölü və yaralı sayı olaraq 1131 rəqəmini göstərməkdədir.[107] Zabit heyətindən 6 nəfərin ölümü digər qaynaqlar tərəfindən də təstiqlənir. Bu yaralılar barədə də keçərlidir. Lakin digər ölü sayı barədə qaynaqlarda ziddiyyətli məlumatlar vardır. Ənənəvi rəqəmlərə görə rus ordusunun öldürülənlər, yaralananlar və itkin düşənlərin ümumi sayı 24 zabit və 1130 sıravi döyüşçüdən ibarət olmuşdur.[131][132][133][115][106][118][123] Bu versiya Con Baddaley tərəfindən də təstiqlənir.[134] İ. Q. Quryanov (1831)[135] və P. P. Zubov (1837)[103] itkilər barədə daha ətraflı məlumat verməkdədirlər.[h] Göründüyü kimi rəqəmlər arasında müəyyən kiçik fərqlər mövcuddur. Bütün yuxarıda göstərilən məlumatlarla bağlı fərq A. L. Gizettinin "Qafqaz qoşunlarının itkiləri haqqında məlumat toplusu"nda da var.[130] V. G. Tunyan (2007) "Əlahiddə Qafqaz Korpusundan Xəbərlər"ə istinad edərək, itkilərin fərqli sayına da işarə edir.[117]
Son üç məlumatın fərqi:
İtkilər | Rütbələr | Quryanov, Zubov | Gizetti | Tunyan |
---|---|---|---|---|
Ölü: | Zabitlər | 6 | 6 | 6 |
Aşağı rütbəlilər | 679 | 679 | 678 | |
Yaralı: | Zabitlər | 18 | 23 | 16 |
Aşağı rütbəlilər | 318 | 324 | 313 | |
İtkin: | Aşağı rütbəlilər | 134 | 134 | 134 |
Toplam: | Ümumilikdə | 1155 | 1166 | 1147 |
William Monteith Rusiyanın itkilərinin 1200 nəfər olduğunu bildirir.[72] Farsdilli qaynaqların məlumatlarına görə, rus itkiləri 3200 nəfərə və 6 silaha çatmışdır. Lakin bu qaynaqların verdiyi rus itkilərinin sayı, rus, ingilis və erməni mənbələrinin göstərdiyi kimi, bütün rus dəstəsinin sayından (3000-ə qədər) çoxdur. 6 silahın itirilməsi ilə bağlı xəbər də doğru ola bilməz, çünki Krasovskinin daha da mükafatlandırılma səbəblərindən biri bütün artilleriyanı qoruya bilməsi idi. P. M. Skyes bildirir ki, general Krasovski də həmin döyüşdə həlak olub.[83]
Bundan əlavə, Qacar ordusu rus ordusunun bütün ehtiyatlarının bir hissəsini dağıdıb,[72] yerdə qalan hissəsini də ələ keçirdi.[134]
Qacar tərəfi
redaktəQacar ordusunun verdiyi itkilər ilə bağlı qaynaqlarda verilən materiallar müxtəlif və bir-biri ilə ziddiyyətlidir. Farsdilli qaynaqlar Qacar ordusunun 400 nəfər ölü və 600 nəfər yaralı olmaqla itki verdiyini yazmaqdadırlar.[136] Farsdilli qaynaqlara əsaslanan ingilisdilli əsərlərdə də Qacar ordusunun verdiyi itkilər ilə bağlı az rəqəm göstərilməkdədir. Məsələn, V. Monteith Qacar ordusunun şiddətli döyüşdən sonra 300–400 nəfər itirdiyini yazmaqdadır.[72] Con Baddeley də 400 rəqəmini göstərməkdədir.[134]
Krasovski öz hesabatında bildirirdi ki, Qacar ordusunun itkisi 3 min nəfərdir. O, bu rəqəmin etibarlı qaynaqlar tərəfindən də təstiqləndiyini bildirmişdir.[107] Bir çox rusdilli və ermənidilli qaynaqlar da öz əsərlərində bu rəqəmdən daha çox istifadə edirlər. Z. T. Qriqoryan katalikosluqda saxlanılan sənədlərə istinad edərək Qacar ordusunun itkisinin 3.500-dən çox olduğunu yazmaqdadır.[137]
Qacar ordusunun itkisi barədə məlumatlar:
Qaynaq | İl | İtkilər |
---|---|---|
Monteith V. | 1856 | 300–400-ə qədər[72] |
Baddeley C. F. | 1908 | 400[134] |
Hedāyat R. Q. | 1855 | 1000[136] |
İ. Q. Quriyanov | 1831 | 3000-ə qədər[138] |
A. P. Şerbatov[139] | 1890 | 3000 |
M. Q. Nersisyan | 1975 | 3000[96] |
B. Q. Tunyan | 2007 | 3000[117] |
P. P. Zubov[103] | 1837 | 3000-dən çox |
A. S. Laçınski . | 1891 | 3000-dən çox[126] |
ХУВД | 1911 | 3000-dən çox[133] |
Z. T. Qriqoryan | 1959 | 3500-dən çox[137] |
L. Q. Beskrovniy | 1974 | 3000-dən çox[140] |
Eyni zamanda döyüşün gedişatı zamanı Qacar ordusunun əsas komandanlarından biri olan Məhəmməd xan iki dəfə yaralanmışdı.[107]
Krasovskinin tənqidi
redaktəKrasovskinin Üşmüəzzini Qacar ordusunun əlinə keçməməsi üçün etdikləri həm Qafqazdakı rus ordusu komandanlığı, həm də digər rus zabitləri tərəfindən yüksək qiymətləndirilirdi.[107] Lakin bəzi generallar Krasovskinin davranışlarının doğru olmadığını iddia edirdilər. Məsələn, Qafqaz korpusunun komandanı və şəxsən Krasovskini bəyənməyən Paskeviç Knyaz İ. İ. Dibiçə bunları yazmışdı:[141]
General Krasovskinin hesabatını necə təqdim edəcəyim barədə çaşqınlıq içində idim. Bunu heç bir mühakimə etmədən irəli sürərək, mən Krasovskinin hərəkətlərinə haqq qazandırdığımı və onların təqdimatını tamamilə ədalətli hesab etdiyimi düşünməyə əsas verərdim; öz şərhlərimi əlavə edərək, onsuz da vəziyyətlə əlaqəli formalaşan şərtlərə görə ittiham olunan tabeliyimdəki şəxsin fəaliyyətini ciddi yoxlama ittihamlarından qorxdum.
Paskeviç 1827-ci ilin avqustunda I Nikolaya verdiyi məruzədə Krasovskini ittiham etdi ki, sonuncu kifayət qədər sayda qüvvənin müşayiəti ilə mühasirə artilleriyasını gözləmədən, "bir növ bağışlanmaz tələskənliklə" bütöv bir düşmən ordusuna qarşı 4 batalyondan çox olmayan qüvvə ilə Eçmüəzzinə getdi.[105]
Hər bir halda, Paskeviç tərəfindən irəli sürülən ittihamlar əsassız sayılmalıdır. Çünki Krasovskiyə yardım üçün göndərilən və artilleriya silahları gətirən Kabardiya alayı Çınqıllıya yalnız 18 (30) avqust tarixində gəlib çatmışdı. Beləliklə, döyüş də bu tarixdən yalnız bir neçə gün sonra baş verə bilərdi. Bu zaman Üçmüəzzin monastırı çox gümanki Qacar ordusu tərəfindən ələ keçiriləcəkdi və bu da rus ordusunun Qafqazdakı ümumi vəziyyətini həm maddi, həm də mənəvi baxımdan çətinləşdirəcəkdi. Belə olacağı halda Abbas Mirzənin ordusunun Gürcüstana da daxil olacağı da yüksək ehtimal idi.[141]
Paskeçiv I Nikolaya yazdığı hesabatın son qismində yazırdı:[142]
…Mən zatı-alilərin yüksək diqqətinə general Krasovskinin komandanlığı altında döyüşən ordunun yüksək cəsarət göstərdiyini çatdırmaq istəyirəm. Krasovskinin özü tam olaraq eyni qorxusuzluğu göstərmiş və çiyinində sümüyündən yaralanmışdır və və fərdi komandanlıq qabiliyyətini sübut etməsə də, 17-i baş verən döyüş qaçılmaz təhlükələr qarşısında rus cəsarətinin yeni təcrübəsi idi.
Sentyabrın 8-də (20) keçirilən hərbi şurada kampaniyanın gedişi ilə bağlı Paskeviç, sonuncunun əleyhinə səs toplamaq üçün Krasovskinin Oşakan döyüşü ilə bağlı məruzələrini təqdim etdi. Həmin məclisdə arxiyepiskop Nerses Aştaraketsi iştirak edirdi. Nerses Krasovskinin müdafiəsinə qalxdı və Uşaqan döyüşü barədə bunları dedi:[143]
Mən imperatora şikayət edəcəyəm və Müqəddəs İncilin sadiq şagirdi kimi bütün ədaləti özümə gətirəcəyəm. Vəzifəmə görə, mən sizə əvvəlcədən məsləhət görmüşəm ki, İrəvan qalasını mühasirəyə alın və əgər Allah kömək etsə, bunun ardıyca Naxçıvan, Ababsabad və Sərdarabad döyüşsüz təslim olacaqdır, çünki İrəvan qalası regionun bütün qalalarının açarıdır. Siz mənə qulaq asmaq istəmədiniz…
General Krasovski təkcə monastırı qorumaq üçün gəlmirdi, baxmayaraq ki, Eçmüəzzin imperiya ordusuna bir çox xidmətlər göstərmişdir. Ordunun çörəyə böyük ehtiyacı olanda Eçmüəzzin gizli taxıl anbarından 20 min pud taxıl ayırdı. Qardaşlığımız xristianlıq və qardaşlıq üçün bacardığı hər şeyi təmin etmək üçün son qəpiyi də əsirgəmədi…
300 döyüşçü Abbas Mirzənin 60 minlik ordusuna qarşı müqavimət göstərə bilərdi ?
Aştaraketsinin fikirləri qərərgah rəisi general Pavel Suxtelen və Knyaz Aleksandr Benkendorf tərəfindən müdafiə edildi.[117] Döyüşdə iştirak edənlərin heç biri onun əleyhinə səs vermədilər.[144] Krasovskiyə tabe olanların davranışları barədə ətraflı fikir formalaşdıran şey onun Tiflisə müalicə üçün getməsindən qısa müddət keçdikdən sonra yazılmış məktubda aydın anlaşılmaqdadır:[9][9]
XX piyada alayının qərərgahından və əsas zabitlərindən Tiflisdəki General-leytenant Krasovskiyə məktub, 19 fevral 1818-ci il.
Uşaqan döyüşü orada olanların xatirəsindən heç bir zaman silinməyəcəkdir və və bunun xatirəsi Zati-alinizin şücaətlərinin xatirələrindən ayrılmazdır. Alay öz xilasını sizin cəsarətinizə borcludur. Hökumət bir çox hərbi təchizatla birlikdə artilleriyanı qoruyub saxlamağınızı qətiyyətinizə borcludur; Gürcüstan yırtıcı düşmənin məhvindən qorunmağı sizin möhkəmliyinizə borcludur; Rusiya silahlarının şöhrətini artırır.
Müdrik monarxın müdrik baxışları artıq sizin xidmətlərinizi qiymətləndirdi: bu döyüş cəsur rus ordusunun ən yaddaqalan əməlləri sırasındadır.
Minnətdar ermənilər İran ordusunun ruhunu sarsıdan bu döyüşün müharibənin parlaq başa çatmasının əsas səbəblərindən biri olduğunu görüb, qanlı döyüşün yerində abidə ucaldırlar ki, rusların şücaəti və onların cəsur liderinin adını gələcək nəsillərə çatdırsınlar.
Erməni kilsəsi bu günü hər il Eçmüəzzin ana taxt monastırının onu təhdid edən dağıntıdan azad edildiyi gün kimi qeyd etməyi qərara alıb.
Bizlər — sizin atalıq diqqətinizlə xeyir-dua alan və Əştərək döyüşü zamanı sizin sayənizdə xilas olan sizlər zati-alinizə nə hədiyyə gətirəcəyik ? Hər birimiz sevimli komandanımızın şəklinə sahib olmaq istəyirik, həm də qırğın ən güclü olduğu yerdə orada olmağınızın təhlükəsini görəndə titrədiyimiz o anın görüntüsünə sahib olmaq istəyirik. Və biz sizə çəkilmiş portretinizi təqdim edir və onları həkk etmək üçün Sizdən ciddi şəkildə icazə istəmənizi xahiş edirik. Zəif bir hədiyyə olaraq biz sadəcə sizə öz minnətdarlığımızı göstərmək və dünyaya ən canlı minnətdarlıq hissi, səmimi məhəbbət və ən dərin hörmətimizi sübut etmək istəyirik. Zati-aliləri, siz şərəfi döyüşçü ilə şəxsi şərəfi birləşdirirsiniz. Ruhumuz və qəlbimiz haqlı olaraq sənə məxsusdur.
Dekabrda I Nikolay Krasovskidən avqustun 17-də baş verən döyüşün ətraflı təsvirini, fərqlənənlərin hər birinin fəaliyyətini ayrıca təsvir etməyi xahiş etdi. İmperator həmçinin həmin döyüşdə həlak olan və ağır yaralanan bütün məmurların ailələri haqqında məlumat tələb etdi.[9]
Ona təqdim edilən Uşaqan döyüşü barədə olan materialı oxuduqdan sonra I Nikolay öz əli ilə bunları yazdı:[113]
Belə cəsarətli və uğurlu təşəbbüs cəsur rus ordusunun ən yaddaqalan qəhrəmanlıqları sırasında yer almağa layiqdir. Krasovskiyə 2-ci dərəcəli Müqəddəs Vladimir ordeni verilsin və bu hadisə təqvimə salınsın.
Qələbə ya məğlubiyyət ?
redaktəQacar tərəfi Uşaqan döyüşünün nəticəsini özü üçün qələbə kimi dəyərləndirirdi. Həmçinin Krasovskinin bu döyüşdə məğlub olması faktı azərbaycanlı tarixçi E. T. Qarayev tərəfindən də irəli sürülmüşdür:[145]
Məğlub olmasına baxmayaraq, rus hərb tarixçiləri bu döyüşü Krasovskinin qələbəsi kimi qiymətləndirməyə çalışırdılar. Lakin hadisələrin canlı şahidinin verdiyi məlumata görə, rus qoşunu Uşaqan döyüşündə biabırçı məğlubiyyətə uğramışdı. Hadisələrin şahidi bu uğursuzluğu gizlətməyərək yazırdı: "İran müharibəsindən yazan hərb tarixçiləri bizim üçün uğursuz olan Krasovskinin Əştərək (Uşaqan) ətrafındakı döyüşünü qələbə elan edirlər. Lakin İran döyüşü bizim üçün elə uğurla aparılmışdı ki, müvəffəqiyyətsiz hadisələri gizlətmək lazım deyil. Belə hadisə yalnız iki dəfə – Gorus və Əştərəkdə olmuşdu.
Britaniyalı araşdırmaçı P. Sykes də eyni düşüncəni paylaşmaqdadır.[83] V. Monteith və C. Baddaley isə döyüşün son nəticəsinin nə olması ilə bağlı fikir bildirməməkdədir.[146]
O dövrdə Rusiyada həmin döyüşün rus ordusunun qələbəsi, yoxsa məğlubiyyəti məsələsi mübahisəli olaraq qalırdı. 1816–1836-cı illərdə Əlahiddə Qafqaz Korpusunda xidmət etmiş rus zabiti V. A. Andreyev xatirələrində yazmışdı:[65]
…O [Paskeviç] Təbriz əvəzinə, gözlənilmədən öz korpusunun əsas qüvvələri ilə tələsik İrəvana, Abbas Mirzənin qoşunları tərəfindən Əştərəkdə məğlub olan general-leytenant Krasovskinin dəstəsini xilas etmək üçün getməli oldu.
Ümumiyyətlə, Andreyev bildirir ki, bütün müharibə dövründə ruslar yalnız iki yerdə — Gorus və Əştərəkdə çətinliklə üzləşmişdirlər.[65]
S. Minasyan Qacar ordusunda xidmət edən ermənilərin rolundan danışarkən yazırdı ki, iranlılar öz qələbələrini Zöhrab xanın və Yusif xan Əmir-Toxananın məharətli rəhbərliyinə borcludurıar.[59]
Bununla belə, bir bayraq belə itirilmədiyini və bütün silahların xilas olmasını, həmçinin tapşırığın yerinə yetirildiyini və Abbas Mirzənin monastırın mühasirəsini qaldırdığını nəzərə alaraq, əksər rus və erməni tədqiqatçıları döyüşü rus ordusunun məğlubiyyəti kimi qiymətləndirmək versiyasını qəbul etmir.[144]
Döyüşün dəqiq nəticəsini verməkdə çətinlik çəkən V. Potto hesab edirdi ki, Krasovskinin bütün hərəkatı rusların ağır itkiləri ilə müşayiət olunsa da, onun əsas uğurununu döyüşdüyü qüvvələri məğlub etməyi yox, mühasirədə olan monastırı xilas etməkdə göstərirdi. Potto Qacar ordusunun da çox itki verdiyini, tam olaraq məğlub edilməməsinin səbəbinin isə say olaraq həddindən çoxsaylı olduqlarını yazmışdı. Ona görə bu əməliyyat Qacar ordusu üçün birmənalı olaraq uğursuz idi, çünki onlar müharibə planının əksinə olaraq Üçmüəzzindən geri çəkilməyə məcbur olmuşdular.[120]
Bir digər erməni tarixçisi M. Nersisyan da yazır ki, Abbas Mirzənin bütün cəhdlərinə baxmayaraq rus ordusunu məğlub etmək mümkün olmadı.[96].
Dekabrist və yazıçı Aleksandr Bestujev Dərbənddəki qardaşlarına göndərdiyi məktubunda yazırdı:
…Krasovskinin Eçmüəzzinə getdiyi, o qədər rusun məğlub yox, yorğun halda uzandığı bədbəxt yolu gördüm.[147]
- Bestujevin 20 avqust 1830-cu ildə Dərbənddəki qardaşları Nikolay və Mixailə yazdığı məktubdan bir hissə.
Xatirəsi
redaktəAbidə qoyulması (1833–1834)
redaktəUşaqan döyüşündən sonra Nerses Aştataketsinin və General Krasovskinin təşəbbüsü ilə döyüşün baş verdiyi yerdə abidə ucaldılması planlaşdırıldı. Plana görə abidənin adı Müqəddəs Üçmüəzzin Ana Məqamının Rus Döyüşçü-Xilasçıları adlandırılmalı idi. Lakin onların Paskeviç ilə olan problemlərinə görə ikisi də bölgəni tərk etməyə məcbur edildi.[107]
1831-ci ildə Bütün Ermənilərin Katalikosu qova I Yeprem Zoragetsi "ermənilərin hisslərini, düşüncələrini və arzularını" dilə gətirərək yenidən abudə ucaldılması məsələsini gündəmə daşıdı.[107] O, bu məqsədlə general-leytenant N. P. Pankratiyev ilə əlaqə saxladı. Sonuncu da öz növbəsində Knyaz A. İ. Çernişevə aşağdakı məzmunda məktub göndərdi:[148]
General-Leytenant Pankratiyevdən Knyaz Çernişevə, 6 avqust 1831-ci il, Sankt-Peterburq, No. 905.
Patriarx Efrayim 1827-ci il avqustun 17-də Eçmüəzzinin xilası uğrunda həlak olmuş rus əsgərlərinin şücaətini yaddaşlarda saxlamaq arzusu ilə monastır hesabına bu əsgərlərə Eçmüəzzindən 4 verst aralıda, monastırla kənd arasında Uşaqan adlı kənddə abidənin ucaldılmasına icazə verilməsi üçün ondan vəsatət verməmi xahiş edir. Patriar pyedestalda bərkidilmiş mis lövhələrdə əsas komandirlərin və digərlərinin adlarını, habelə 1827-ci il avqustun 17-də Üçmüəzzin monastırını xilas etmək üçün döyüşən ordunun tərkibində olan alayların və artilleriyaların adlarını göstərmək istəyir.
Nəzərdə tutulan abidənin formasını sizin ali nəzərinizə çatdırmaq şərəfini özümdə saxlayaraq, sizdən bu abidənin tikilməsi üçün icazənin alınmasına müraciət etməsini xahiş edirəm.
1 (13) sentyabr 1831-ci ildə imperator fərmanı ilə abidənin tikilməsi üçün icazə verildi.[149]
1833-cü ildə leytenant mühəndis Kompaneyskinin layihəsinə əsasən Oşakan yolunda Eçmüəzzindən 4 kilometr aralıda xatirə obeliskinin ucaldılmasına başlanıldı. Abidə 9 (21) may 1834-cü ildə tamamlandı.[150][151]
Abidə yerli qırmızı tufdan tikilib və hündürlüyü 25 metrdir. Postamentə mis lövhələr yerləşdirilmiş, onların da üzərində "17 avqust günü Eçmüəzzin ziyarətgahını xilas etmək üçün döyüşmüş" hərbi hissələrin komandirlərinin, alayların və artilleriyaların adları yazılmışdır.[149].
Avqustun 17-də patriarx monastırın azad edilməsinin qeyd olunmasını təsdiqlədi. Hər il bu gündə bütün Eçmüəzzin ruhaniləri abidənin önünə dini yürüş təşkil edir və orada "döyüşdə həlak olan əsgərlərin xatirəsinə" anım mərasimi keçirirlər.[149][19]
Xatirə Kompleksinin açılışı (2011)
redaktə2009-cu ildə Rusiyanın Ermənistandakı səfiri V. E, Kovalenkonun təşəbbüsü ilə memorial yenidən təmir edilmişdir. İş Rossotrudniçestvo-nun Ermənistandakı nümayəndəliyinin rəhbəri V. V. Krivopuskovun həmsədri olduğu "Şərəf məsələsi" Rusiya-Ermənistan xeyriyyə təşkilatı və beynəlxalq gənclər mərkəzinin prezidenti A. O. Nikoqosyan tərəfindən həyata keçirilib.19 aprel 2011-ci ildə Uşaqan memorial kompleksinin açılışı həyata keçirildi. Açılışıa Ermənistana səfərdə olan Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narişkin, Ermənistan Prezident ofisinin rəhbəri Karen Karapetyan da qatılmışdılar.[152][153]
Açılışda aprelin 18–20-də İrəvanda keçirilən "Birinci Rusiya-Ermənistan Regionlararası Forumu"nda iştirak edən Rusiya və Ermənistanın nazirləri və administrasiya rəhbərləri də iştirak ediblər.[154]
Açılışda Sergey Narişkin rus döyüşçülərin xatirəsini yad etməklərinə görə Erməni xalqına və rəhbərliyinə təşəkkür etmiş və bunları demişdir:[155]
Ermənistanın azadlığı uğrunda canlarından keçmiş rus əsgərlərinin xatirəsinə ucaldılan bu möhtəşəm abidənin açılışında iştirak etməkdən çox şadam.
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Evdokim Emelyanoviç Laçınov - Dekabrist üsyanından sonra Baş Qərargah zabitindən sıravi rütbəsinə endirilmiş və Tiraspol qalasında səkkiz ay həbsdən sonra Qafqaza sürgün edilmiş və burada 39-cu Yaeger alayının tərkibində xidmət etmişdir.
- ↑ Həmin hadisələrin bilavasitə iştirakçısı kapitan Sobolev yazırdı:
...Sülhpərvər alətləri - oraq, balta və dəryazları götürərək təkbaşına uzun cərgələrlə ot, buğda və arpa biçirdilər; digərləri isə yaxınlıqdakı kəndlərdə odun axtarırdılar. Hər yerdə gur rus mahnıları eşidilirdi. Gülməli əhvalatlar, lətifələr eşidilirdi. Deyəsən, kəndin sakit həyatını, tanış tarlalarını, gur gənclərini xatırlayan əsgərlər çəkdikləri zəhətləri unudub, qarşıdan gələn zəhmətləri düşünmürdülər.[31] - ↑ O dövrdə 20-ci piyada diviziyası heç bir döyüş təcrübəsi olmayan çağırışçılardan ibarət idi. Fars ordusunun üstün qüvvələri ilə döyüşlərdə onlar atəşdən qorunmalı idilməli idilər.
- ↑ Bəzi rusdilli mənbələr, İrəvan Sərdarının gücünü nəzərə almadan, düşmən qüvvələrinin sayını 22 topla təchiz edilmiş 25 min nəfərlik ordu olaraq göstərir.[54][70][90][81]
- ↑ Rus batalyonunun döyüşdə hansı rol oynadığı məlum deyil. Müharibənin əvvəlində Simson Xan Abbas Mirzəyə dedi ki, “Biz Müqəddəs İncil üzərində and içmişdik ki, dindaşlarımıza atəş açmayacağıq və andımızı dəyişməyəcəyik”. Bundan sonra Abbas Mirzə onu özünə müşavir təyin etdi və rus batalyonunu ehtiyatda saxlamağa söz verdi.[92]
- ↑ Osipov monastırda əməliyyat olundu və sonradan Krasovskinin xüsusi qayğısı altında oldu.[107]
- ↑ Döyüşdən əvvəl Abbas-Mirzə hər rus başçısı üçün 10 çervonets mükafat vəd etdi. Daha sonra rus əsgərlərinin cəsədlərinin çoxunun başları kəsilərək toplandı.
- ↑ Quryanov və Zubovun məlumatına görə, rus dəstəsinin itkiləri: həlak olub - 2 qərargah zabiti, 4 baş zabit və 679 aşağı rütbəli; yaralılar - Krasovski, 1 alay komandiri, 3 qərargah zabiti, 13 baş zabit və 318 aşağı rütbə; itkin - 134 aşağı sıravi rütbəli.
İstinadlar
redaktə- ↑ Потто, 1888. səh. 463
- ↑ Новости и события Российского исторического общества. "17 (29) августа 1827 года в ходе русско-персидской войны состоялось Ошаканское сражение". historyrussia.org. 17 avqust 2023. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2024.
- ↑ Соболев, 1828. səh. 25
- ↑ Тавакалян, 1978. səh. 10
- ↑ 1 2 Хачикян, 2009. səh. Гл. 13, § 2
- ↑ 1 2 3 Керсновский, 1993. səh. 100
- ↑ 1 2 Широкорад, 2009. səh. 30
- ↑ Нерсисян, 1978. səh. 244—257
- ↑ 1 2 3 4 5 Красовский, 1901
- ↑ Соболев, 1828. səh. 4—46
- ↑ "История Армении. Присоединение Восточной Армении к России: Освобождение Восточной Армении от ханского ига" (rus). ARMENICA.info. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ Лачинов, 1985
- ↑ Тунян, 2007. səh. 41
- ↑ Зубов, 1837. səh. 152—153
- ↑ Нерсисян, 1978. səh. 251
- ↑ Зубов, 1837. səh. 153
- ↑ Тунян, 2007. səh. 40—41
- ↑ Григорян, 1951. səh. 66
- ↑ 1 2 Нерсисян, 1978. səh. 242
- ↑ Григорян, 1959. səh. 112
- ↑ "В Армении открыт памятный комплекс русским воинам-спасителям Первопрестольного Эчмиадзина" (rus). Благовест-инфо. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ Əliyev və Həsənov, 2007. səh. 162
- ↑ Qarayev, 2016. səh. 227
- ↑ 1 2 3 Baddeley, 2011. səh. 166
- ↑ Mahmudov, 2011. səh. 228
- ↑ Бобровский, 1895. səh. 102
- ↑ УРВК, 1906. səh. 274
- ↑ 1 2 3 Нерсисян, 1975. səh. 41
- ↑ Бобровский, 1895. səh. 105
- ↑ АКАК, 1878. səh. 560
- ↑ Соболев, 1828. səh. 8
- ↑ 1 2 3 Mahmudov, 2011. səh. 229
- ↑ 1 2 Шишкевич, 1911. səh. 66
- ↑ Потто, 1888. səh. 452—453
- ↑ 1 2 3 4 Тунян, 2007. səh. 40
- ↑ Тунян, 2007. səh. 37
- ↑ 1 2 3 Потто, 1888. səh. 454—455
- ↑ Соболев, 1828. səh. 10
- ↑ 1 2 УРВК, 1906. səh. 275
- ↑ 1 2 Алавердянц, 1912. səh. 13
- ↑ 1 2 Соболев, 1828. səh. 12
- ↑ Тунян, 2007. səh. 38
- ↑ Дорожные записки, 1828. səh. 562
- ↑ 1 2 Нерсисян, 1978. səh. 244
- ↑ 1 2 Тунян, 2007. səh. 39
- ↑ Потто, 1888. səh. 456—458
- ↑ Красовский, 1901. səh. 11
- ↑ Соболев, 1828. səh. 14
- ↑ 1 2 Шишов, 2007. səh. 264
- ↑ 1 2 Зубов, 1837. səh. 147
- ↑ УРВК, 1906. səh. 276
- ↑ Красовский, 1901. səh. 14
- ↑ 1 2 УРВК, 1906. səh. 276—277
- ↑ 1 2 3 4 ХУВД, 1911. səh. 59
- ↑ Соболев, 1828. səh. 18
- ↑ 1 2 Нерсисян, 1978. səh. 245
- ↑ Зубов, 1837. səh. 149
- ↑ qarayev, 2016. səh. 233
- ↑ 1 2 3 Минасян, 2003
- ↑ 1 2 3 Потто, 1888. səh. 464
- ↑ Зубов, 1837. səh. 150
- ↑ Соболев, 1828. səh. 24
- ↑ 1 2 Нерсисян, 1978. səh. 246
- ↑ 1 2 3 УРВК, 1906. səh. 278—279
- ↑ 1 2 3 4 Андреев, 1876
- ↑ Щербатов, 1890. səh. 302
- ↑ qarayev, 2016. səh. 233-234
- ↑ 1 2 Красовский, 1901. səh. 15—17
- ↑ 1 2 Лацинский, 1891. səh. 163
- ↑ 1 2 Гурьянов, 1831. səh. 79—80
- ↑ Зубов, 1837. səh. 151
- ↑ 1 2 3 4 5 6 Monteith, 1856. səh. 135
- ↑ Казбек, 1865. səh. 103
- ↑ Андреев, 1876. səh. 30
- ↑ Потто, 1888, 466
- ↑ Бобровский, 1895. səh. 107
- ↑ Ракович, 1900. səh. 118
- ↑ Baddeley, 2011. səh. 168 (en)
- ↑ Алавердянц, 1912. səh. 15
- ↑ 1 2 Григорян, 1959. səh. 111
- ↑ 1 2 Бескровный, 1972. səh. 171
- ↑ Шишов, 2007. səh. 265
- ↑ 1 2 3 4 Sykes, 1915. səh. 419
- ↑ Ибрагимбейли, 1969. səh. 203—204
- ↑ Ekbal K. "Aštarak". Encyclopædia Iranica (ingilis). 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-03.
- ↑ 1 2 Baddeley, 2011. səh. 167
- ↑ РАУ, 2009. səh. 232
- ↑ Ерицян, 1894. səh. 289
- ↑ Нерсисян, 1975. səh. 41—42
- ↑ Зубов, 1837. səh. 152
- ↑ Щербатов, 1890. səh. 301—302
- ↑ Берже, 1876. səh. 775, № 4 (апрель)
- ↑ Минасян, 2003. səh. 235
- ↑ Нерсисян, 1978. səh. 255
- ↑ Минасян, 2003. səh. 232
- ↑ 1 2 3 Нерсисян, 1975
- ↑ УРВК, 1906. səh. 280
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 Соболев, 1828
- ↑ Потто, 1888, Т. 3, с. 469
- ↑ Потто, 1888. səh. 469
- ↑ Потто, 1888, Т. 3, с. 234
- ↑ Потто, 1888, Т. 3, с. 470
- ↑ 1 2 3 4 5 6 7 8 Зубов, 1837
- ↑ 1 2 3 4 5 6 Потто, 1888, Т. 3, с. 471—472
- ↑ 1 2 АКАК, 1878, Т. 7, с. 560, № 517, «Рапорт ген. Паскевича»
- ↑ 1 2 3 4 5 6 7 8 Потто, 1888, Т. 3, с. 477—478
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Нерсисян, 1978
- ↑ УРВК, 1906, Т. 4., Ч. 1, с. 283
- ↑ 1 2 3 4 Потто, 1888, Т. 3, с. 473—475
- ↑ Потто, 1888, Т. 3, с. 473
- ↑ AKAK, 1878, T. 7, s. 492, No. 443
- ↑ Rusiya hökuməti Akop Arutyunova 10 qızıl sikkə (31 rubl 50 qəpik) birdəfəlik ödədi və 100 rubl ömürlük pensiya təyin etdi.
- ↑ 1 2 3 Алавердянц, 1912
- ↑ УРВК, 1906, Т. 4, Ч. 1, с. 284
- ↑ 1 2 Ракович, 1900
- ↑ 1 2 Потто, 1888, Т. 3, с. 478—479
- ↑ 1 2 3 4 5 6 7 Тунян, 2007
- ↑ 1 2 3 4 5 УРВК, 1906, Т. 4, Ч. 1, с. 285—286
- ↑ Потто, 1888, Т. 3, с. 476
- ↑ 1 2 Потто, 1888, Т. 3, с. 479
- ↑ 1 2 Потто, 1888, Т. 3, с. 482—483
- ↑ Mahmudov, 2010, 229
- ↑ 1 2 Шишкевич, 1911, Т. 6, с. 67
- ↑ ХУВД, 1911, 60
- ↑ Шишкевич, 1911, Т. 6, с. 68
- ↑ 1 2 3 Лацинский, 1891, Т. 3, с. 163
- ↑ Шишкевич, 1911, Т. 6, с. 69
- ↑ Керсновский, 1993, Т. 2, с. 101
- ↑ 1 2 Qarayev, 2016. səh. 234-235
- ↑ 1 2 Гизетти, 1901
- ↑ Керсновский, 1993, Т. 2, с. 100
- ↑ Широкорад, 2009
- ↑ 1 2 ХУВД, 1911, Т. 3, с. 59
- ↑ 1 2 3 4 Baddeley, 2011. səh. 168
- ↑ Гурьянов, 1831, Ч. 1, с. 79—80
- ↑ 1 2 Hedāyat, 1855
- ↑ 1 2 Григорян, 1959
- ↑ Гурьянов, 1831, Т. 1, с. 81—82
- ↑ Щербатов, 1890
- ↑ Бескровный, 1972
- ↑ 1 2 Потто, 1888, Т. 3, с. 480—481
- ↑ АКАК, 1878, Т. 7, с. 561, № 517, «Рапорт ген. Паскевича»
- ↑ ПВА, 1978, Т. 2, с. 320, № 194
- ↑ 1 2 УРВК, 1906, Т. 4, Ч. 1, с. 288
- ↑ Qarayev, 2016
- ↑ УРВК, 1906, Т. 4, Ч. 1, с. 287
- ↑ Бестужев, 1870
- ↑ АКАК, 1878, Т. 7, с. 958, № 932
- ↑ 1 2 3 Потто, 1888. səh. 479
- ↑ Ерицян, 1894. səh. 295
- ↑ Кочарян, 2012
- ↑ "В Армении отреставрирован памятник в честь Ошаканской битвы" (rus). Кавказский узел. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ "Ошаканский памятный комплекс русским воинам-спасителям Эчмиадзина открыли Сергей Нарышкин и Карен Карапетян" (rus). Panorama.am. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ "В Армении открыт памятный комплекс русским воинам-спасителям Первопрестольного Эчмиадзина. . Дата обращения: 18 января 2013. Архивировано 14 июля 2015 года". Благовест-инфо. 14 iyul 2015. 22 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2024.
- ↑ "NeoNews «Дело чести»" (rus). 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
Mənbə
redaktə- Потто, В. А., Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях: в 5 томах - Т. 3: Персидская война 1826—1828 гг., СПб.: Тип. Тренке и Фюсно, 1888 (#invalid_param_val)
- Соболев, М., Несколько дней из моего Журнала во время Персидской кампании, Moskva: Московский телеграф, 1828 (#invalid_param_val)
- Тавакалян Н.А., Н.А., Присоединение Восточной Армении к России и его прогрессивное значение, Вестник общественных наук Академии наук Армянской ССР № 10, 1978 (#invalid_param_val)
- Хачикян, А. Э., История Армении (краткий очерк), Ер.: Эдит Принт, 2009, ISBN 978-9939-52-083-4 (#invalid_param_val)
- Керсновский, А. А., История русской армии: в 4 томах, Moskva: Под ред. В. Купцовой. - Голос, 1993, ISBN 5-7055-0864-6 (#invalid_param_val)
- Широкорад, А. Б., Война и мир Закавказья за последние три тысячи лет., Moskva: АСТ, 2009, ISBN 978-5-17-059463-4 (#invalid_param_val)
- Нерсисян, М. Г., Ценный первоисточник об Ошаканской битве = Արժեքավոր սկզբնաղբյուր Օշականի ճակատամարտի մասին (арм.), İrəvan: Историко-филологический журнал - АН Армянской ССР № 1 (80), 1978 (#invalid_param_val)
- Красовский А. И., А. И., Дневник генерала Красовского 1826—1828 гг. (из рукописей Военно-учёного комитета Главного Штаба), Tiflis: Под ред. В. А. Потто. Кавказский сборник. — Тф.: Военно-исторический отдел Штаба Кавк. воен. окр., 1901 (#invalid_param_val)
- Лачинов, Дневники и записки Е. Е. Лачинова. (Ч. 1) // Декабристы об Армении и Закавказье (Сборник документов и материалов) / Под ред. М. Г. Нерсисяна., АН Армянской ССР, 1985, ISBN 978-1-000-62963-7 (#invalid_param_val)
- Тунян, В. Г., «Защитник отечества» – Католикос всех армян Нерсес Аштаракеци 1826—1857 (PDF), İrəvan: Под ред. Ж. С. Сейраняна: Св. Эчмиадзин, 2007 (#invalid_param_val)
- Зубов П. П., П. П., Персидская война в царствование императора Николая I, СПб.: Под ред. А. В. Никитенко. — 2-е изд.: Тип. К. Вингебера, 1837, ISBN 978-5-458-10431-9 (#invalid_param_val)
- Григорян, З. Т., Присоединение Восточной Армении к России в начале XIX века, Moskva: Под ред. Л. Лазаревича. —: Соцэкгиз, 1959 (#invalid_param_val)
- Baddeley J. F., J. F., Завоевание Кавказа русскими. 1720—1860 = The Russian conquest of the Caucasus, Moskva: Пер. с англ. Л. А. Калашниковой. / Центрполиграф (Longmans, [1908]), 2011, ISBN 978-5-227-02749-8 (#invalid_param_val)
- Бобровский, П. О., История 13-го Лейб-гренадерского Эриванского Его Величества полка за 250 лет (1642—1892): в 5 частях, СПб.: Тип. В. С. Балашева, 1895 (#invalid_param_val)
- УРВК, Сост. В. А. Потто, П. И. Аверьянов, В. И. Томкеев; под ред. В. А. Потто; под руков. Н. Н. Белявского. — Тф.: , 1906. — Т. 4, Ч. 1: — 320 с., Утверждение русского владычества на Кавказе - Время Ермолова и Паскевича. Персидская война 1826—1828., Tiflis: Тип. Штаба Кавк. воен. округа, 1906 (#invalid_param_val)
- Нерсисян, М. Г., Декабристы в Армении в 1826—1828 гг = Դեկաբրիստները Հայաստանում 1826—1828 թթ. (арм.), Букинистическое издание, 1975 (#invalid_param_val)
- АКАК, Под ред. А. П. Берже, Акты, собранные Кавказской археографической комиссией / Под ред. А. П. Берже., Tiflis: Тип. Глав. управ. наместника кавказского, 1878 (#invalid_param_val)
- Шишкевич, М. И., Глава 7. Персидская война 1826 года. Ермолов и Паскевич (очерк генштаба генерал-майора Шишкевича М. И.) // История русской армии и флота: в 15 томах / Под ред. А. С. Гришинского и В. П. Никольского. (Покорение Кавказа. Персидские и кавказские войны), Moskva: Образование, 1911, ISBN 978-5-458-04895-8 (#invalid_param_val)
- Mahmudov, Yaqub, İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, Bakı: A. A. Bakıxanov adına Tarix İnstitutu, 2010 (#invalid_param_val)
- Əliyev və Həsənov, Fuad Əliyev, Urfan Həsənov, İrəvan xanlığı, Bakı, "Şərq- Qərb", ISBN v (#invalid_param_val)
- Qarayev, Elçin Teymur oğlu, Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında), Bakı: Mütərcim, 2016 (#invalid_param_val)
- Минасян, С., Роль армян в персидской армии в первой половине XIX века, İrəvan: Историко-филологический журнал, 2003 (#invalid_param_val)
- Андреев, В. А., Воспоминания из кавказской старины, ВИОШКВО — Т. 1., Tiflis: Кавказский сборник, 1876 (#invalid_param_val)
- Щербатов, А. П., Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность: в 7 томах. Август 1826 — октябрь 1827, СПб.: Тип. Р. Голике, 1890 — Т. 2 (#invalid_param_val)
- Лацинский, А. С., Хронология русской военной истории: хронологический указатель войн, сражений и дел, в которых участвовали русския войска от Петра I до новейшаго времени., СПб.: Тип. Департ. уделов, 1891 (#invalid_param_val)
- Гурьянов И. Г., И. Г., Знаменитые черты из жизни и военные подвиги фельдмаршала графа Ивана Фёдоровича Паскевича-Эриванского: в 3 частях / Под ред. Снегирёва, Moskva: Тип. Н. Степанова, 1831 (#invalid_param_val)
- Алавердянц, М. Я., Граф И. Ф. Паскевич-Эриванский и его деятельность на Кавказе в очерках армянского историка 1782–1912, СПб.: Худ.-граф. ателье и печ. М. Пивоварского и А. Типографа, 1912 (#invalid_param_val)
- Дорожные записки, Н. А. Полевой, Отрывок из Дневника путешествия для осмотра Эриванской области, Moskva: Московский телеграф Т. 19, № 4., 1828 (#invalid_param_val)
- Шишов, А. В., Схватка за Кавказ XVI—XXI века / Гл. ред. С. Н. Дмитриев - Военные тайны России, Moskva, 2007, ISBN 978-5-9533-2236-2 (#invalid_param_val)
- ХУВД, Хронологический указатель военных действий русской армии и флота: в 5 томах., СПб.: Воен. тип. Т. 3: 1826—1854., 1911 (#invalid_param_val)
- Sykes P. M., P. M., The disastrous campaign with Russia (Ch. 76) // A history of Persia., London: Macmillan & Co., 1915 (#invalid_param_val)
- Ибрагимбейли, Х. М., Россия и Азербайджан в первой трети XIX века / Отв. ред. Н. А. Халфин (PDF), Moskva: Наука (Главная редакция восточной литературы), 1969 (#invalid_param_val)
- Monteith, W, Kars and Erzeroum: With the Campaigns of Prince Paskiewitch, in 1828 and 1829; and an Account of the Conquests of Russia Beyond the Caucasus from the time of Peter the Great to the treaty of Turcoman Chie and Adrianople, London: Printed by Spottiswoode & Co., 1856, ISBN 978-5-8740-8746-3 (#invalid_param_val)
- Широкорад, А. Б., Война и мир Закавказья за последние три тысячи лет, Moskva: АСТ, 2009, ISBN 978-5-17-059463-4 (#invalid_param_val)
- РАУ, Гл. ред. М. Э. Авакян (пер. с арм. А. П. Енгояна), История армянского народа (в вопросах и ответах), İrəvan, 2009, ISBN 99941-63-13-2. (#invalid_param_val)
- Ерицян А. Д., А. Д., Католикосат всех армян и кавказские армяне в XIX в., Tiflis, 1894 (#invalid_param_val)
- Бескровный, Л. Г., Русская армия и флот в XIX веке, Moskva: Наука, Институт истории АН СССР., 1972 (#invalid_param_val)
- Берже, А. П., Самсон-хан Макинцев и русские беглецы в Персии 1806—1853 гг // Русская старина, СПб.: Тип. В. С. Балашева, Т. 15, № 1—4., 1876 (#invalid_param_val)
- АКАК, Под ред. А. П. Берже, Акты, собранные Кавказской археографической комиссией, Tiflis: Тип. Глав. управ. наместника кавказского, 1878 (#invalid_param_val)
- Гизетти, А. Л., Сборник сведений о потерях Кавказских войск во время войн Кавказско-горской, персидских, турецких и в Закаспийском крае. 1801—1885 гг / Под ред. В. А. Потто., Tiflis: Тип. Я. И. Либермана, 1901 (#invalid_param_val)
- Hedāyat, R. Q., Tarikh-e Rozata-os-Safā-ye Nāseri // продолж. соч. Мирхонда и Хондемира Сад Чистоты (англ.)рус. = روضةالصفا. (перс.), Tehran, 1855 (#invalid_param_val)
- Бестужев, А. А., Неизданные письма его к матери, сёстрам и братьям // М. Н. Катков. Русский вестник., Moskva: Унив. тип. (Катков и К°), 1870 (#invalid_param_val)
- Кочарян, Г. О., За спасение Первопрестольного Св. Эчмиадзина // Гл. ред. Г. О. Кочарян Лусаворич = Լուսավորիչ (арм.) (PDF), Волгоград № 5 (55), 2012 (#invalid_param_val)
. — Detroit: Wayne State University Press, 2000. — Vol. 3. — 1072 p. — ISBN 9780814332214. Архивная копия от 20 ноября 2021 на Wayback Machine
- Basmajian və başqaları, Gabriel Basmajian, Edward S. Franchuk, Nourhan Ouzounian, The Heritage of Armenian Literature: From the eighteenth century to modern times / Agop Jack Hacikyan, Detroit: Wayne State University Press, 2000, ISBN 9780814332214 (#invalid_param_val)
- Ракович, Д. В., Тенгинский полк на Кавказе. 1819—1846 / Под. ред. В. А. Потто, Tiflis: Тип. Канц. Глав. гражд. частью на Кавказе, 1900 (#invalid_param_val)
- Казбек, Г. Н., Военная история Грузинского гренадерского Его Императорского Высочества Великого Князя Константина Николаевича полка, в связи с историей Кавказской войны, Tiflis: Тип. Моликова и К°, 1865 (#invalid_param_val)