Esterek - Wikipedia
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir.
Əştərək | |
---|---|
40°18′ şm. e. 44°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | IX əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.110 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 (232) |
Poçt indeksi | 0201–0205 |
Digər | |
ashtarak.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəIV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi[2], 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak[3], Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi[4] qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində «qüllə» mənasında işlənən aştarak (qüllə) sözündən əmələ gəldiyi göstərirlər[5][6]. Lakin bu, ermənilərin izahıdır və elmi həqiqətdən uzaqdır. Toponim türk dili materialları əsasında düzgün izah edilə bilir.
Əştərək toponimi türk dilində «yüksək dağ keçidi» mənasında işlənən aşu[7] sözü ilə[8][9] türk dilində «qırışıqlı dağ yüksəkliyi», «parçalanmış daş qırıntıları» (çınqıl) (многозубчатые вершины ломаные горные гребни изобилуюшие пиками), «uca, çoxdişli (daraq şəkilli) dağ» mənasında işlənən tarak sözündən[10][11] əmələ gəlmişdir. Bu söz «dağ başında çılpaq qaya» mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir[12]. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Mənbə
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995.
- [1] Arxivləşdirilib 2012-02-01 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ http://www.armstat.am/file/article/demos_10_2.pdf.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.75
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.24
- ↑ Капанцян Гр. Историколингвистическое значение топо нимики древней Армении, Ереван, Издательство Государственного Университета, 1940. s.81-82
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.297
- ↑ >aş -İ.Bayramova görə
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.61
- ↑ 23, s.115
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.543
- ↑ 23, s.116
- ↑ Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239