Alagoz Dagi - Wikipedia
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır.
Alagöz dağı | |
---|---|
erm. Արագած | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Ermənistan yaylası |
Mütləq hündürlüyü | 4090 m |
Nisbi hündürlüyü | 2.143 m[1] |
Yerləşməsi | |
40°30′54″ şm. e. 44°11′18″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Əyalət | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponim
redaktəAlagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır. Oronimin ikinci hissəsi olan göz sözü (əslində gəz) Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdır: XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın rayonunda (Mıxtökən silsiləsinin şərq hissəsində) Çilgəz, Naxçıvanda Maqqız (dağın adındakı qız sözü), Quba və Şamaxı rayonlarının sərhəddində Kəlgəz və b. dağ adlarında bu söz vardır. Azərbaycan dilində gəz dağ başında batıq yer deməkdir. Bu söz bəzi türk dillərində giz dərə kimidir. Alagöz dağı da vulkan mənşəlidir və zirvəsində böyük batıq vardır. Alagöz Azərbaycan türklərinin yaylaq yeri olmuşdur. Z.Korkotyanın bu dağın ayrı-ayrı hissələrinin adları haqqında məlumatı bunu təsdiq edir: Çınqıl, Kühül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızılziyarət, Qızıldağ, Şiştəpə, Boğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Təkərli gölü, Takış gölü, Maralik çayı və s. [108]. Beləliklə, Alagöz (əsli Alagəz) (Başında, zirvəsində) geniş batıqlı mənasındadır.[2]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
- İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993.
- Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
İstinadlar
redaktə- ↑ https://www.peakbagger.com/peak.aspx?pid=10432.
- ↑ B.Ə.Budaqov,Q.Ə.Qetbullayev "Ermənistanda Azərbaycan mənşəli türk toponimlərinin izahlı lüğəti" Bakı, Nafta-Press, 1998