Ermenistan Yaylasi - Wikipedia
Ermənistan yaylası[1] — Ön Asiyanın şimalında yerləşən yayla.[2] Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir.
Ermənistan yaylası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5165 m |
Sahəsi | 400 min |
Hündür nöqtəsi | Ağrı dağı |
Süxurları | metamorfik |
Yerləşməsi | |
39°42′ şm. e. 44°18′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktə"Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir.
Yerləşməsi
redaktəErmənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir.[3] Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür. Relyefi dalğavaridir. Bəzi ərazilərdə dağ arası düzənliklərə sahibdir. Yaylanın orta hündürlüyü 1500–2000 metrdir. Seysmik baxımından aktiv zonadır. İqlimi kəskin kontinentaldır. Yayı quru, qışı isə soyuq keçir. Yayda orta tempratur 18 °C, qışda isə –6 ; –12 °C arasında dəyişir. İllik yağıntının miqdarı isə 450–600 mm-dir.
Qərbdən Kiçik Asiya yaylası, cənubdan Mesopotomiya ovalığı, cənub-şərqdən isə İran yaylası ilə əhatələnmişdir.
Əsas zirvələri
redaktəYayla ərzisinə vulkanik konuslar, tənha sönmüş vulkanları müşahidə etmək mümkündür.
- Ağrı dağı (5165 m)
- Alagöz dağı (4090 m)
- Qapıcıq dağı (3905 m)
- Sistakar dağı (3826 m)
- Tondrak (3533 m)
- Vardenis (3520 m)
- Açkasar (3196 m)
- Nemrut (2948 m)
Ermənistan yaylasında ümumilikdə 4000 zirvə və 500 silsiləyə sahibdir. Burada hündürlüyü 3000–4000 metr olan 1000, 4000–5000 arası 3 və 5000 metrdən yüksək isə bir zirvəyə sahibdir.
Çay və gölləri
redaktəYaylada formalaşan çaylar Xəzər, Qara dənizləri və Fars körfəzi aiddir. Yaylada Kür, Fərat, Araz, Dəclə və Çorox kimi çayların yuxarı axarları yerləşir.
İri çayları
redaktə- Fərat çayı (2736 km)
- Dəclə çayı (1850 km)
- Kür çayı (1515 km)
- Araz çayı (1072 km)
- Fərat çayı (722 km)
- Böyük Zab (473 km)
- Çorox çayı (438 km)
- Arpaçay (186 km)
- Tona (152 km)
- Zəngiçay (141 km)
- Arpa çayı (126 km)
- Bərgüşad çayı (119 km)
Ermənistan yaylası ərazisində ümumilikdə 95 000 irili-xırdalı çay axır ki onunda 4000 ədədi 10 kilometrdən çoxdur.
Yaylada yerləşən göllər
redaktə-
Nemrut gölü
Flora və fauna
redaktəErmənistan yaylasına hər 1 km² əraziyə 100 növ düşür.[4]
Florası:
Qrup | Növlərin ümumi sayı | Endemik növ və yarımnövlərin sayı |
---|---|---|
Borulu bitkilər | 3555 | 106 |
Göbələklər | 4166 | 2 |
Mamır | 395 | - |
Yosunlar | 388 | - |
Şibyə | 300 | - |
Ümumi | 8804 | 108 |
Fauna:
Qrup | Növlərin ümumi sayı | Endemik növ və yarımnövlərin sayı |
---|---|---|
Onurğasızlar | 17000 | 316 |
Balıq | 30 | 9 |
Məməlilər | 83 | 6 |
Sürünənlər | 53 | 6 |
Suda-quruda yaşayanlar | 8 | 1 |
Quşlar | 349 | 1 |
Ümumi | 17523 | 339 |
İstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası, c. IV, səh. 46.
- ↑ "Armenian Highland". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Ermənistan yaylası". 2014-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "UNECE Homepage" (PDF). 2007-06-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.