Tilia Mandshurica - Wikipedia
Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Mancuriya cökəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Mancuriya cökəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəRusiya, Çin və Koreyada yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir. Meyvələri şarşəkilli və ya uzunsov formalı, 8–11 mm, möhkəm, oduncaqlı, sıx tükcüklü və qabıqlıdır. Sentyabrda meyvə verir.
Ekologiyası
redaktəÇay vadilərində və dağ yamaclarında bitir.
Azərbaycanda yayılması
redaktəRespublikamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
redaktəBalverən bitkidir; sallaq çiçək qruplarına görə nektar yağışla yuyulmur və arılar hətta yağış vaxtı onu götürür. İri yarpaqları, gümüşü – keçəli hissələrinə görə qiymətli,dekorativ bitkidir. Oduncağı müxtəlif əşyaların düzəldilməsində istifadə olunur.