Terens Tao - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Terens Çi Şen Tao (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[2][3][…], Adelaida[5]) — avstraliya riyaziyyatçısı, əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory). Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi). Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur. Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur.
Terens Tao | |
---|---|
çin. 陶哲軒 | |
Doğum tarixi | 17 iyul 1975[2][3][…] (49 yaş) |
Doğum yeri | |
Uşağı | 2[4] |
Elm sahələri | riyazi analiz, kombinatorika, ədədlər nəzəriyyəsi, Harmonik analiz[1] |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
math.ucla.edu/~tao/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxsi həyatı
redaktəTao istedadlı uşaq idi. O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır. Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur. Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir, anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki, iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı. Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi. Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var, hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər.
- Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di, o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur.
- Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir. Onun haqqında Savant sindromu kitabında danışılacaq.
Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır.
İstedadlı uşaq
redaktə"Riyaziyyatın Motsartı" adlanan Tao erkən yaşda qeyri-adi riyazi bacarıq nümayiş etdirirdi, beləki hələ 9 yaşındaykən universitetin riyaziyyat kursu mühazirələrinə qatılırdı. Tao 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biriydi(Tao 760 bal toplamışdı).1986, 1987 və 1988-ci illərdə Terens Beynəlxalq riyaziyyat olimpiadasında iştrak edən ən gənc iştrakçı idi(ilk dəfə 10 yaşında). Həmin illərdə o uyğun olaraq bürünc, gümüş və qızıl medal qazanmışdı.13 yaşında qızıl medala sahib olmaqla Terens (bugünə kimi) olimpiada tarixində qızıl medala sahib olan yeganə ən gənc qalib olaraq qalır.14 yaşında Tao elmi araşdırmalar instituna daxil olur. O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən almışdır.1992-ci ildə o ABŞda aspiranturaya daxil olur.1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyur,20 yaşında artıq doktorluq dərəcəsi alır. 1996-cı ildən başlayaraq isə Kaliforniya Universitetində çalışır.
Tədqiqatları və mükafatları
redaktəТао 2009-cu ildə Salema mükafatı,2002-ci ildə M. Boxer adına mükafat,2003-cü ildə Kley adına Riyaziyyat İnstitutu tərəfindən mükafat,2005-ci ildə Amerikan Riyaziyyat Cəmiyyəti tərəfindən Levi Konan adına mükafat,2006-cı ildə "SASTRA Ramanujan Prize" mükafatlarına layiq görülmüşdü. 2004-cü ildə Ben Qrin və Terens Tao indi Qrin-Tao teoremi kimi tanınan işlərini dərc edillər. Bu teoremdə göstərilirki, qeyri-məhdut sadə ədədlərin hesabi silsiləsi mövcuddur.The New York Times qəzeti bu haqda belə yazırdı:[8][9] {{cquote|2004-cü ildə doktor Tao Kembric Universitetinin professoru Ben Qrinlə birlikdə "Sadə əkiz ədədlər"lə bağlı hipotezi həll etdilər.2006-ci ildə Madriddə keçirilən "Beynəlxalq Riyaziyyatçılar Konqresi"ndə Terens Tao Filds medalına layiq görüldü. (en:New Scientist)[10]
Məqalələri
redaktə- Solving Mathematical Problems: A Personal Perspective,[11] Oxford University Press, 2006
- Analysis, Vols I and II, Hindustan Book Agency, 2006
- Additive Combinatorics, with Van H. Vu, Cambridge University Press, 2006
- Structure and Randomness: pages from year one of a mathematical blog, American Mathematical Society. 2008
- Poincaré's legacies: pages from year two of a mathematical blog, Vols. I and II, American Mathematical Society, 2009
- An Epsilon of Room, I: Real Analysis: pages from year three of a mathematical blog, American Mathematical Society, 2011 here
- An Epsilon of Room, II: pages from year three of a mathematical blog, American Mathematical Society, 2011 here
İstinadlar
redaktə- ↑ 1 2 https://discreteanalysisjournal.com/editorial-board.
- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Terence Tao // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ https://www.smh.com.au/lifestyle/terence-tao-the-mozart-of-maths-20150216-13fwcv.html.
- ↑ 1 2 3 4 5 6 https://www.math.ucla.edu/~tao/whoami.html.
- ↑ 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
- ↑ 1 2 http://www.ams.org/news?news_id=1680.
- ↑ Kenneth Chang. "Journeys to the Distant Fields of Prime". New York Times. 13 March 2007. 31 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2013.
- ↑ "Corrections: For the Record". New York Times. 13 March 2007. 13 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2013.
- ↑ NewScientist.com, Prestigious Fields Medals for mathematics awarded Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine, 22 August 2006.
- ↑ Solving Mathematical Problems: A Personal Perspective Arxivləşdirilib 2012-11-20 at the Wayback Machine, Oxford University Press 2006
Xarici keçidlər
redaktə- Теренса Таоnun rəsmi səyfəsi (ing.)
- Taonun təqqiqat bloqu (ing.)
- [1]
- Kley mükafatı alarkən Arxivləşdirilib 2009-12-16 at the Wayback Machine
- Lavi Konan mükafatı alarkən
- SASTRA Ramanujan Prize 2006 ci il Arxivləşdirilib 2008-12-24 at the Wayback Machine
- math.NT/0404188 — Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine
- Аvstraliyalı ali riyaziyyat mükafatı alır,AAP
- Статья в BBC
- New York Times da məqalə
- Journeys to the Distant Fields of Prime
- Статья в Daily Princetonian
- riyaziyyatın Motsartı, en:Sydney Morning Herald
- Теrens Тао Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine, G/C/T, Prufrock Press,1986
- Dispersive Wiki Arxivləşdirilib 2010-07-24 at the Wayback Machine
- newsroom.ucla.edu Arxivləşdirilib 2007-01-23 at the Wayback Machine
- Kral cəmiyyətində seçki
- Smithsonian magazine jurnalında məqalə Arxivləşdirilib 2012-09-10 at Archive.today
- Dünyanın 10 ən ağıllı insanı - modern.az saytı