Tequ Stadionu - Wikipedia
Tequ stadionu (kor. 대구스타디움, ing. Daegu Stadium, alternativ ad — Blue Arc («mavi tağ»), keçmiş adı — Daegu World Cup Stadium)[1] — Cənubi Koreyanın Tequ şəhərində yerləşən futbol və yüngül atletika üçün nəzərdə tutulmuş stadion. Tequ futbol klubunun ev arenasıdır. Stadionda 2002 FİFA Dünya Kubokunun[2] , 2003 Yay Universiadasının və 2011 Yüngül Atletika üzrə Dünya Çempionatının oyunları keçirilib.
Tequ stadionu | |
---|---|
Yeri | Tequ |
Sahibi | Tequ |
İnşaatçı | Samsung Group |
Tamaşaçı tutumu | 68.014, 66.422 |
Ev sahibi komanda | Cənubi Koreya milli futbol komandası |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəStadionun tikintisi 2001-ci ilin may ayında başa çatdırılmış, açılışı isə 28 iyun 2001-ci ildə baş tutmuşdur. Baş podratçı Samsung korporasiyası idi. İşlərin dəyəri 265 milyon dollar hesablanmışdı ki, bu, 2002 Dünya Kuboku oyunlarına ev sahibliyi edən Cənubi Koreyanın ən böyük stadionu idi. 2003-cü ildən Tequ futbol klubunun ev oyunları keçirilir. İlkin adı Daegu World Cup Stadium, 5 mart 2008-ci il tarixində indiki adına dəyişdirildi.
Stadion şəhərin mülkiyyətidir. Tequ Hava Limanından 11 kilometr aralıda yerləşir. Onun ərazisində 3550 avtomobil üçün dayanacaq var.
Futbol sahəsi 105x68 metrlik standart ölçüləri və təbii ot örtüyü var. Sahənin ətrafında poliuretanlardan hazırlanmış yüngül atletik yollar yerləşir.
Dizayn
redaktəLayihənin memarı Kang Cheol-Hee idi. "Seoul Structure" şirkəti əsas konstruksiyaların (dam istisna olmaqla) layihələndirilməsi ilə məşğul olmuşdur. Dam dizaynı Beynəlxalq Atkins firmasının mühəndisləri tərəfindən hazırlanmışdır. Dam, 273 metr uzunluğunda iki bucaqlı polad dayaq tağları və perimetr boyunca maili sütunlarla dəstəklənən hissələrdən ibarətdir. Onun polad konstruksiyalarının çəkisi 4350 ton təşkil edir. Səthi teflon örtüklü şüşədən hazırlanmışdır. Dam formasının modelləşdirilməsi və onun mexaniki xarakteristikalarının (möhkəmliyinin, uzanmasının və s.) hesablanması Tensys tərəfindən yerinə yetirilmişdir.
2002 Dünya Kuboku oyunları
redaktəTarix | Komanda 1 | Nəticə | Komanda 2 | Raund |
---|---|---|---|---|
2002-06-06 | Danimarka | 1-1 | Seneqal | Qrup A |
2002-06-08 | Sloveniya | 0-1 | CAR | Qrup B |
2002-06-10 | Cənubi Koreya | 1-1 | ABŞ | Qrup D |
2002-06-29 | Cənubi Koreya | 2-3 | Türkiyə | 3-cü yer üçün |
İstinadlar
redaktə- ↑ World Stadiums Daegu Stadium Arxiv surəti 27 yanvar 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-01-27 at the Wayback Machine Retrieved 2011-10-12
- ↑ 22nd SUMMER UNIVERSIADE Arxiv surəti 14 avqust 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-08-14 at the Wayback Machine Retrieved 2011-10-12