Talioni Mariya - Wikipedia
Mariya Talioni (it. Maria Taglioni; 23 aprel 1804[1][2][…], Stokholm[4][5] – 23 aprel 1884[3], Marsel, Fransa[4][5]) — XIX əsrin məşhur balerinası, italyan Talioni balet sülaləsinin üçüncü nəsil nümayəndəsi, baletin romantizim epoxasının əsas nümayəndələrindən biri.
Talioni Mariya | |
---|---|
it. Marie Taglioni | |
Doğum tarixi | 23 aprel 1804[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 aprel 1884[3] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | balerina, xoreoqraf |
Fəaliyyət illəri | 1822–1880 |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəMariya balet ustası və xoreoqraf Talioni Filipponun ailəsində dünyaya gəlmişdir. Mariya kiçik qız ikən nə baletin tələbinə cavab verəcək qamətə, nə də xüsusi bir yaraşığa malik olmuşdur. Buna baxmayaraq, atası onu balerina etmək inadından əl çəkmir. Mariya Vyanada, Stokholmda və sonralar isə Parisdə Kulon Fransuanın yanında dərslər alır. Daha sonra isə Mariya ilə atası özü məşqul olmağa başlayır. 1822-ci ildə atasının quruluş verdiyi "Terpsixora sarayına gənc nimfanın qəbulu" baleti ilə Vyanada ilk çıxışını edir. Gənc balerina səhnəyə o dövr üçün məqbul olan ağır libas, parik və qrimdən imtina edərək, təvazökar və sadə bir libasda çıxmışdır.
Paris tamaşaçılarının ürəyini 1827-ci ildə "Venesiya karnavalı"nda fəht edən Mariya, o vaxtdan Qarnye Sarayında tez-tez çıxışlar edir. Daha sonra London Kovent Qarden teatrında uğurlu çıxışlar edir. 1832-ci ilin mart ayında Parisdə, Qarnye Sarayında "Silfida" baletinin primyerasında çıxış edərək, balet romantizminin əsasını qoymuş olur. Mariya ilk dəfə olaraq baletə yeni qiyafət — tutunu və Pointe (Puant) başmaqları gətirmiş olur. Bir sözlə, o, səhnədə ayaq barmaqları üzərində rəqs etmiş ilk balerinadır.
Növbəti 15 il ərzində Mariya Avropanın bır sıra şəhərlərində, Londonda, Berlində, Milanda, Sankt-Peterburqda qastrol səfərləri ilə çıxış edir. Onun repertuarını əsasən atası tərtib edirdi. Mariyanın ən yadda qalan rolları "Tanrı və Rəqqasə", "Silfida", "Zefir və Flora" baletlərində oynadıqlarıdır.
1832-ci ildə Mariya ailə həyatı qurur. 1847-ci ildə isə teatrdan uzaqlaşıb pedaqoji fəaliyyətlə məşğul olur.
Mariya Talioni 22 aprel 1884-cü ildə Marseldə vəfat edir. Onu Per-Laşez məzarlığında dəfn edirlər.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Marie Taglioni // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://runeberg.org/nfch/0161.html.
- ↑ 1 2 3 4 Тальони Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.