Svan Hanz Kateteri - Wikipedia
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur. Bunu təbabətdə indeksləşdirilmiş adı ing. PCWP- dir. Bu zaman arteriyanın qapanmadan sonrakı nahiyəsində təzyiq ölçülür. Əldə olunan göstəricilər əsasında baş verən patofizioloji hemodinamikanı qiymətləndirmək mümkün olur. Kateter kardiologiyada, ürək-damar cərrahiyyəsində, xüsusən anesteziologiya və reanimatologiyada ürək patologiyası ilə əlaqədar səhəti kritik ağır olan xəstələrdə ürəyin sol şöbələrinin funksiyalarını, ağciyərlərdə durğun mayenin həcmini və bədən səthinə müvafiq mayenin paylanma balansını qiymətləndirməyə və müvafiq effektli müalicə taktikası seçməyə imkan verir. Şok vəziyyətlərində, xüsusən də kardiogen və septiki şoklarda hemodinamik göstəriciləri giymətləndirmək və effektli müalicə üçün infuzion ya da katexolamin müalicə taktikasını seçmək üçün geniş istifadə edilir.
Mənbələr
redaktə- Swan, H. J.; Ganz, W.; Forrester, J.; Marcus, H; Diamond, G; Chonette, D.: Catheterization of the heart in man with use of a flow-directed balloon-tipped catheter. New England Journal of Medicine 1970;283:447–51. PMID 5434111. (ing.)
- A. Zowislo: Möglichkeiten des erweiterten hämodynamischen Monitoring – Vergleich von Pulmonalarterienkatheter und der PiCCO-Methode bei hämodynamisch instabilen Patienten. Arxivləşdirilib 2012-02-13 at the Wayback Machine (www.zwai.net, abgerufen Juli 2008) (alm.)
- Pulmonary Artery Catheterization. (www.emedicine.com – englisch, abgerufen Juli 2008) (ing.)
Xarici keçidlər
redaktə- Thermistor for Catheter (ing.)
- Emedicine (ing.)
- The 'St George' Guide To Pulmonary Artery Catheterisation Arxivləşdirilib 2010-09-24 at the Wayback Machine (ing.)
Həmçinin bax
redaktə- Kateter
- Arterial kateter
- Venadaxili kateter
- Mərkəzi venoz kateter
- Svan-Hanz kateteri
- Foqarti kateteri
- Sidik kateteri