Merkezi Venoz Kateter - Wikipedia
Mərkəzi venoz kateter qısa olaraq MVK (ing. CVC - central venous access catheter, alm. ZVK - Zentralvenöser Katheter) intensiv infuzion terapiyanı aparmaq, mərkəzi venoz təzyiqi ölçmək məqsədilə mərkəzi vena damarlarına: yuxarı boş venaya açılan sağ və sol daxili və xarici vidaci venalara, aşağı boş venaya açılan sağ və sol qalça venalarına yeridilmək üçün nəzərdə tutulmuş süni plastik nazik bir boru. MVK bir, iki, üç və s. lüləli ya mənfəzli olurlar. Periferik venadaxili kateterdən vərqli olaraq, mərkəzi venoz kateter yüksək faizli elektrolitlərin xüsusən KCl məhlulunun, parenteral qidalandırıcı məhlulların, qan və qanəvəzedici preparatların yeridilməsi, katoxolamin terapiyasının aparılması, mərkəzi venoz təzyiqin ölçülməsi, laborator müayinələr üçün dəfələrlə qanın alınması üçün daha əlverişlidir.
Daxili vidaci venanın kateterizasiyası | |
---|---|
| |
MeSH | D062905 |
Vikianbarda əlaqəli mediafayllar |
Qoyulma metodları
redaktəSeldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren - istiqamətləndirici tel, dilotator - genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur. Bu zaman iyhə fiksə olunaraq şpris azad olunur. Punksion iyhənin proksimal mənfəzindən mandren - istiqamətləndirici elastik tel daxil edilir vä iynä xaric edilir. Giriş qapısını və yolunu (dəri səthindən damara qədərki məsafə) mandrendən keçirilmiş dilatator vasitəsi ilə spiral şəklində burmaqla yeridilərək genişləndirilir və dərhal xaric edilir. Sonuncu mərhələdə isə kateter elasik teldən keçirilməklə mandren boyunca damara yeridilir. Bununla da Seldinger üsulu ilə kateterizasiya icra edilmiş olunur. Hal hazırda müdaxilə icra edilərkən baş verə biləcək fəsadlardan qaçılmaq üçün punksianın ultrasəs müayinəsi altında aparılır. Ultrasəs müayinəsi ilə damarların aşkar edilməsi punksiyanı xeyli asandlaşdırmış olur.
Qoyulduğu venalar
redaktə- Sağ və sol daxili və xarici vidaci venalara boyun nahiyəsindən
- Sağ və sol Körpücükaltı venalara körpücük sümüyünün altından
- Sağ və sol bud venası qasıq nahiyəsindən
- Sağ və sol lat. v. cephalica
- Sağ və sol lat. v. basilica