Yuxari Bos Vena - Wikipedia
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5–6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı — lat. v. azygos qəbul edir və bunun vasitəsilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat. vv. pericardiacae — ürək kisəsi venaları və lat. vv. mediastinales — orta divar venaları açılırlar.
Yuxarı boş vena | |||
---|---|---|---|
| |||
İnsanın venoz sisteminin diaqramı | |||
Yuxarı boş vena | |||
Latınca | v. cava superior | ||
Qrey | subyekt 172 666 | ||
Mənbəyi | Sağ və sol bazu-baş venaları, | ||
Embrional | Kardinal vena - lat. v. cardinalis | ||
MeSH | Vena+Cava,+Superior | ||
Yuxarı boş vena sistemi
redaktəYuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən, yəni başdan, boyundan, yuxarı ətraflardan və döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır.
Təsvirlər
redaktə-
Döş qəfəsinin köndələn kəsiyindən ağciyər arteriyalarının görünüşü.
-
döldə Çəngələbənzər vəzinin yerləşmə mövqeyi
Həmçinin bax
redaktəMənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)