Sternbergia Colchiciflora - Wikipedia
Sternbergia colchiciflora (lat. Sternbergia colchiciflora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Sternbergia colchiciflora | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sternbergia colchiciflora |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanağı yumurtavari və ya enli–yumurtavari, qəhvəyi pərdəli qınla örtülüdür. 12-18 sm hündürlükdədir. Yarpaqları 12-14 sm uzunluğunda, 7–8 mm enində küt. Tədricən əsasından sıxılmışdır. Çiçəkyanlığının kənarı enli-xətvari, 4, 5 sm uzunluğunda, təpə hissəsi sivri, aşağıdan oyuqlu, itidir. Erkəkcik 6-7 dəfə əsnəkdən qısadır. Qutucuq 1 sm uzunluğunda, 8 mm enindədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələgəlmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağında quru, daşlı və çınqıllı yamaclarda rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
redaktəKür-Araz ovalığı (Göyçay rayonu, Qaraməryəm və Bığır kəndlərinin ətrafı); Qobustan (Bozdağ); Böyük Qafqazın şərq hissəsi (Şamaxı ətrafı).
Sayı və tendensiyası
redaktəMəhdud sayda bir neçə lokaliteti müşahidə olunur, azalma tendensiyası davam edir.
Məhdudlaşdırıcı amillər
redaktəPopulyasiyanın növlərinin sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, otarılma və tapdalanma. Xüsusi yaşayış mühitinə tələbkar növdür.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülmür. Populyasiyalarının ciddi nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Amaryllis colchiciflora (Waldst. & Kit.) Ker Gawl.
- Oporanthus colchiciflorus (Waldst. & Kit.) Herb.
Heterotipik sinonimləri
redaktə- Amaryllis citrina Sm.
- Amaryllis etnensis Raf.
- Oporanthus citrinus (Sm.) Herb.
- Sternbergia alexandrae Sosn.
- Sternbergia citrina (Sm.) Ker Gawl. ex Schult. & Schult.f.
- Sternbergia colchiciflora var. alexandrae (Sosn.) Artjush.
- Sternbergia colchiciflora subsp. dalmatica (Rchb.) K.Richt.
- Sternbergia colchiciflora var. dalmatica Rchb.
- Sternbergia colchiciflora subsp. etnensis (Raf.) P.Fourn.
- Sternbergia dalmatica (Rchb.) Herb.
- Sternbergia etnensis (Raf.) Guss.
- Sternbergia exscapa Tineo
- Sternbergia lutea subsp. graeca (Rchb.) K.Richt.
- Sternbergia lutea var. graeca Rchb.