Stenli Eskudero - Wikipedia
Stenli_Eskudero - Haqqında Məlumat
Stenli Eskudero (10 mart 1942 və ya 1942, Deytona-Biç[d], Florida) — ABŞ diplomatı. ABŞ-nin Azərbaycandakı səfiri (1997–2000) olmuşdur.
Stenli Eskudero | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1942 (82 yaş) və ya 1942 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəStenli Eskudero 1942-ci ildə Florida ştatında doğulub. 1971–1975-ci və 1978–1979-cu illərdə ABŞ-nin İrandakı səfirliyində çalışıb. Bir müddət Dövlət Departamentində müxtəlif vəzifələrdə işləyəndən sonra ABŞ-nin Pakistan və Hindistanda səfiri olub. 1992–1995-ci illərdə Tacikistanda, 1995–1997-ci illərdə isə Özbəkistanda səfir işləyib. 1997–2000-ci illərdə ABŞ-nin Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.