Silahdar Ibrahim Pasa - Wikipedia
Silahdar İbrahim Paşa — II Osman və I Mustafa səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Silahdar İbrahim Paşa | |
---|---|
may 1622 – 20 iyul 1623 (ləqəbi: Firari) | |
Əvvəlki | Bosniyalı Mehmed Paşa |
Sonrakı | Qara Mustafa Paşa |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsini tamamladıqdan sonra II Osmanın silahdarlığına gətirildi. Ancaq çox keçmədən Sultan Osman devrilərək qətlə yetirildi. Taxta çıxarılan Sultan Mustafa əqli cəhətdən zəif olduğundan bütün iqtidar sədrəzəmlərin əlində cəmlənmişdi. Sultan Osmanın yaxın adamlarını mərkəzdən uzaqlaşdırmaq istəyən sədrəzəm Qara Davud Paşanın əmriylə vəzir rütbəsi alan İbrahim Paşa Misir bəylərbəyliyinə gətirildi. 20 iyul 1623-cü ildə vəzifədən alınan İbrahim Paşa paytaxta çağırılaraq divan vəziri oldu. Ancaq özüylə birlikdə gətirməli olduğu Misir xəzinəsinin gözləniləndən az olamsı səbəbilə təftiş edildi. Təftiş əsnasında qaçıb gizlənən İbrahim Paşa sonradan bağışlandı ancaq bütün rütbə və mal-mülkü müsadirə edildi. Sonrakı həyatı və ölüm tarixi barədə məlumat yoxdur.
Mənbə
redaktə- Sicill-i Osmani III, səh. 101