Secale - Wikipedia
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Çovdar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Fəsilə: Klad: Yarımfəsilə: Tribaüstü: Triba: Cins: Çovdar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır.
İstifadəsi
redaktəÇovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir. Xüsusilə də o ələnmiş undan daha yaxşı alınır. Dad və həzm edilmə keyfiyyətlərinə görə yalnız buğda çörəyindən geri qalır. Fiziki iş zamanı çovdar çörəyinin həzm edilməsi daha sürətlənir. Çovdar çorəyi tərkibinə və xüsusiyyətlərinə görə buğdadan istehsal edilən məmulatları tamamlayır. Çovdarın dəni həmçinin qarışıq yem, spirt və nişasta-patoka sənayesində istifadə edilir.
Xüsusiyyətləri
redaktəÇovdar payızlıq bitkidir. O buğda ilə müqayisədə becərilmə şəraitinə daha az tələbkardır və buğdanın bitmədiyi bölgələrdə də becərilə bilər. Zülalın orta miqdarı (10 faiz) buğdadan azdır və dəyişmə həddi daha kiçikdir. Bununla yanaşı, dənli bitkilər üçün əvəzedilməz amin turşurarı (lizin və treonin) çovdar ununda buğda unu ilə müqayisədə 1,5 dəfə artıqdır. Zülallı maddələrin suda həll olunması keyfiyyətləri yüksəkdir (təxminən 30 faiz). Adi testaparılma şəraitində çovdarın zülalının tərkibində olan xəmirə yapışqanlıq xassəsi verən zülali maddə əmələ gətirmir. Buğda ununda çörəyin keyfiyyəti üçün müəyyənedici rolu zülali-proteinaz kompleks oynayırsa, çovdar ununda amilolitik fermentlərin fəallığı, əsasən də α-amilazlarilə səciyyələnən karbohidrat-amilaz kompleksi əhəmiyyət kəsb edir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Gramen Ség.
Növləri
redaktə- Secale africanum Stapf
- Secale anatolicum Boiss.
- Əkin çovdarı (Secale cereale L.)
- Secale ciliatoglume (Boiss.) Grossh.
- Secale iranicum Kobyl.
- Secale segetale (Zhuk.) Roshev.
- Secale strictum (C.Presl) C.Presl
- Secale sylvestre Host
- Secale vavilovii Grossh.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 84.
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 36. doi:10.5962/BHL.TITLE.746