Saperavi - Wikipedia
Saperavi (gürc.dilində საფერავი, hərfi mənası "boya" deməkdir) — gürcülərin qırmızı şərab üçün istehsal etdikləri üzüm növüdür. Bu üzüm növü Gürcüstanla yanaşı Azərbaycanda, Özbəkistanda, Rusiyada, Ukraynada və Moldavda da istehsal olunur (giləmeyvənin qırmızı rəngdə olması ona "Saperavi-Qırmzı" adı verilməsinə səbəb olmuşdur). Bu üzüm növündən stol, desert və acı şərab növləri hazırlanır: Alazan vadisi, İndzmarauli, Axaşeni, Pirosmani, Mukuzani, Alp, Neqru de Purkar və s.
Sortun xassəsi
redaktəYarpaqlı dəyirmi və ya yumurta formasında olaraq bütovlük təşkil edir. Yarpağı alt hissəsi kipdir. Gülləri bircinslidir. Budaqları genişdir. Giləmeyvə orta ölçülü, oval şəkilli, tünd-göy rəngdə, sulu, nazik dərili və davamlıdır. Saperavi küfə qarşı dayanıqsızdır. Yağışlı hava onun şirinliyi azaldır.
Ancaq bu üzüm sortu soyuğa davamlıdır. Qarlı havaya davamlılığı Rkaçitel sortundan azdır. Saperavi müxtəlif torpaq tipində yaxşı inkişaf edir. Bu üzüm sortunun genetikasını asanlıqla dəyişmək mümkündür. Belə ki, Krımda bu sort üzümdən Bastardo maqaraç, Rubin maqaraç, Calita, İzobil sortları alınıb.
Tarixi
redaktəSaperavi üzümü Şərqi Gürcüstanın Kaxetiya bölgəsində əkilir. Sonrada bu üzüm sortu Hereti, Kartli, Quriya, Raça və s. bölgələrdə əkilməyə başlayır. Gürcüstanın ən yaxşı şərab üzüm sortu kimi dünyada tanınır. Gürcüstanın şərab istehsalında bu üzüm sortunun rolu əvəz edilməzdir.[1]
Şərab
redaktəSaperavi şərabının tündlüyü 10–12 qradusdur. Gürcü mətbəxində yağlı yeməklərdə istifadə olunması məsləhət görünür. 4–30 il ərzində bu şərablar öz keyfiyyətlərini qətiyyən itirmirlər.
Aleksandr Levintov özünün "Qızmızı həyat haqqında" kitabında bu şərabdan söz açıb, qeyd edir ki, "inanılmaz tünd" və digər üzüm sortların şərablarına nisbətən daha uzun ömürlüdür.
Saperavi üzümündən hazırlanana Gürcüstanda məşhurlaşmışdır, ancaq bu məşhurluq tez bir zamanda, Şərqi Avropaya da yayıldı. Xüsusisilə Moldovada məşhurlaşır. Bundan sonra saperavi üzümü Yeni dünyada yetişdirilməyə başlayır. Böyük göllər ətrafı, Nyu-Yorkda yeni üzüm bağları salınmağa başladı. Amerika ilə yanaşı yəni qitədə Avstraliyada bu üzüm sortunun əkilməsinə başlanılır. Bu üzüm sortuna Avstraliyada Yeni Viktoriyanın şimalında Kral düzənlik regionunda üzüm sortu geniş ərazini əhatə edir.
Saperavi üzüm sortundan aşağıdakı şərablar hazırlanır:[2]
- Kindzmarauli; yarı şirin şərab, iki il müddətində saxlana bilər. Kvareli regionunda istehsal olunur. Saperavidən belə bu üzüm sortu çox məhsuldardır.
- Akhasheni; yarı şirin şərab növüdür. Kindzmarauli ilə dadları demək olar ki, oxaşdır. Bu şərab Qurjaani regionunda istehsal olunur.
- Mukuzani; quru şərab növüdür. üç il saxlamaq mümkündür. Mukuzani regionunda istehsal olunur. Yerli üzüm sortları ilə qarışdırılaraq hazırlanır. Gürcüstanın ən yaxşı şərab növlərindən biri sayılır.
- Napareuli; quru şərab növünə aidir. bu şərabıda Mukuzani şərabı kimi üç il saxlamaq mümkündür. Ancaq bu şərab Telavi regionunun Napareuli şəhərində istehsal olunur. Gürcüstanın ən yaxşı şərab növlərindən biri sayılır.
- Alazani; gözəl rəngə malik yarı şirin şərab növüdür. Alazani regionunda istehsal olunur. Bu şərab növünün yarısı yəni 60% saperavi üzümündən, 40% isə Rkatsiteli üzüm sortundan ibarətdir.
Sinonimi
redaktəSaperavi üzümü altında aşağıdakı sinonimləri var: Didi Saperavi, Kleinberiger, Nerki Khagog, Patara Saperavi, Saparavi, Sapeavi De Kakhetie, Saperaibi, Saperavi de Kachet, Saperavi de Kakhetie, Saperavi Patara, Sapeur, Sapperavi, Sapperavy, Scoperawi və Szaperavi.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Виноград Саперави
- Вино Саперави
- Вино Саперави Arxivləşdirilib 2008-09-23 at the Wayback Machine
- Сорт винограда Саперави Всё о винограде.
- Александр Левинтов. Книга о красивой жизни. Небольшая советская энциклопедия. — М.: Изд-во Ольги Морозовой, 2008. — С. 65–67. — 288 с. — 4100 экз. — ISBN 978-5-98695-032-7.
- ↑ World's Earliest Wine Arxivləşdirilib 2022-09-14 at the Wayback Machine. Archeology, vol. 49 (1996)
- ↑ "Saperavi at Finger Lakes" Arxivləşdirilib 2013-02-08 at the Wayback Machine.