Telavi - Wikipedia
Telavi - Haqqında Məlumat
Telavi (gürc. თელავი, azərb. Qaracalar) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı.
Telavi | |
---|---|
თელავი | |
41°55′01″ şm. e. 45°28′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 893[1] |
Mərkəzin hündürlüyü | 722 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
telavi.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi — 19 629 nəfər (2014).[3]
Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir.
Tarixi
redaktəTelavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Görməli yerləri
redaktə- VIII—XVIII əsrlərə aid qala;
- 800 yaşlı çinar ağacı;
- Telavi Dram Teatrı;
Ətrafında:
- Şuamta monastırlar kompleksi (V—XVI əsrlər);
- İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur)
Tanınmış adamları
redaktəDoğulanlar
redaktə- Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982)
- Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.
Maraqlı faktlar
redaktə- Telavi Georgi Daneliyanın məşhur "Mimino" filmində hadisələrin cərəyan etdiyi yerlərdən biridir.
- İosif Stalinin atası Telavidə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Телав (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIIа. С. 775–776.
- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
Xarici keçidlər
redaktə Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |