Sanka Zver - Wikipedia
Sanka_Zver - Haqqında Məlumat
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru.
Sanka Zver | |
---|---|
Cabir Əli oğlu Qasımov | |
Doğum tarixi | 15 oktyabr 1920 |
Doğum yeri | Zığ, Bakı qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | avqust 1973 (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllələnmə |
Dəfn yeri | Zığ qəsəbəsi |
Vətəndaşlığı | SSRİ |
Atası | Əli Qasımov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | orta |
Fəaliyyəti | qanuni oğru |
Həyatı
redaktəCabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib.[1] Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar.
Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib.[1] Etibar adlı bir oğlu qalıb.
İstinadlar
redaktə- ↑ 1 2 "Касумов Джабир Панджали оглы (Санька Зверь)" (rus). primecrime.ru. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.