Sander Lucioperca - Wikipedia
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü.
Adi sıf | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi sıf |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Morfoloji əlamətləri
redaktəBədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur. Yan xətt pulcuqlarının sayı 87 - 98 arasında dəyişir.
Yayılması
redaktəBaltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində yayılmışdır. Balxaş, İssık-göl, Xanka göllərində və b. su hövzələrində iqlimləşdirilmişdir. Azərbaycanda Xəzərin demək olar ki, bütün dayazlıqlarında, Kürdə və onun sahilyanı su hövzələrində, Arazda, Lənkəran təbii vilayətinin çaylarında rast gəlinir.
Yaşayış yeri və həyat tərzi
redaktəYaşayışına görə, sıfın oturaq və yarımkeçici formaları var. Oturaq formanın fərdləri göllərdə, çaylarda, su anbarlarında yaşayır. Dəniz sıfı oturaq həyat keçirdiyindən müxtəlif rayonlarda (Sara, Jiloy, Manqışlaq, Tarta) bir-birindən başının əlamətlərinə və üzgəclərin böyüklüyünə görə fərqlənən yerli populyasiyalar əmələ gətirir. Başlıca olaraq balıqla qidalanır, yalnız həyatının ilk günlərində xərçəng sürfələrini və xırda siklopları yeyir. Bu dövr erkən sıf üçün çox böhranlıdır, çünki ilk baharda həmin obektlərin sayı çox az olur. Bədənin uzunluğu 20-30 mm-ə çatanda yırtıcı qidalanmaya keçir. Daha iri cavan və yaşlı fərdlər Xəzərdə kilkə, xırda xul, külmə, şişqarın; Kürdə-külmə, qızılüzgəc, yastıqarın, çəki, çapaq və b.
Çoxalması
redaktəAdi sıfın yarımkeçici formasının fərdləri daha sürətlə böyüyür. Bu balıqlar 3-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Məhsuldar növdür. Mingəçevir su anbarında uzunluğu 1m-dən artıq, kütləsi 18-20 kq-a qədər olan fərdlərdə 2 mln-a qədər, Kür balıqlarında 140-820 min, Kiçik Qızılağac fərdlərində 60-280 min kürü olmuşdur. Kürütökmə fevralın ortalarında başlayır, qızğın çağı marta, sonu isə aprelin evvəllərinə düşür. İnkubasiya dövrü yemperaturdan asılıdır və 8,5-130 - də 9, 11-170-də isə 7 gün çəkir.
Təsərrüfat əhəmiyyəti
redaktəMühüm vətəgə balığıdır, ətinin keyfiyyəti yüksəkdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.