Salmo Trutta Fario - Wikipedia
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.
Qızılxallı kumja | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Klad: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Qızılxallı kumja |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi xarakteristikası
redaktəBədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir.[3]
Arealı və sayı
redaktəQızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.[4] Azərbaycandan kənarda Avropa və Asiyanın dağ çaylarında və göllərində təsadüf edilir. İntensiv ovlandığı üçün hazırda az saylı balığa çevrilmişdir. Sayı son dərəcə azalmış və bəzi çaylarda hətta nəsli kəsilmişdir.
Həyat tərzi
redaktəÇay qızılxallı kumjası qədim və əsil şirin su balığıdır. Bəzi alimlərin fikrincə ondan qızılbalıq (kumja) törəmişdir, digərlərinin fikrinə görə qızılxallı (forel) qızılbalıqdan törəmişdir. O, başlıca olaraq dağ çaylarında və soyuq sulu göllərdə, dibi daşlı, təmiz, sərin və şəffaf sulu düzənlik çaylarında yaşayır. Bu sularda illik orta temperatur 8.9 – 13.7 0C olur. Qızılxallı kumjanın əlamətləri çox dəyişkən olduğundan müxtəlif çaylarda, hətta eyni çayın müxtəlif hissələrində (yuxarı və aşağı) yaşayan fərdlərini müqayisə etdikdə onlar arasında çoxlu fərqlər olduğu meydana çıxır. Cinsi yetginliyə erkək fərdlər iki, dişi fərdlər üç yaşında çatır. Kürü tökmək üçün çayların daha yuxarılarına daşlı-qumlu və suyu təmiz olan yerlərə qalxır.
Uzunluğu 29-43 sm olan Göygöl qızılxallı kumjasının mütləq məhsuldarlığı 644-2341 ədəd arasında dəyişərək, orta hesabla 900 kürü olur. Çay qızılxallı kumjasının məhsuldarlığı 230-832 ədəd kürü olmaqla, orta hesabla 560 kürü təşkil edir.[5]
Məhdudlaşdırıcı amillər
redaktəQızılxallı kumjaların Azərbaycanın dağ və dağətəyi çaylarında sayını tənzim edən əsas amil yerlərdə qadağan olunmuş ov alətləri və usulları ilə kütləvi sürətdə ovlanmaları və muhafizə olunmaları sahəsində nəzarətin olmamasıdır.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
redaktəQızılxallı kumjanın körpələrini süni artırma yolu ilə əldə edərək dağ çaylarına və göllərinə buraxılması və bu çay və göllərdə idman balıq ovunun təşkil olunması faydalı olar.
İstinadlar
redaktə- ↑ SciELO. 1997.
- ↑ https://scielo.conicyt.cl/scielo.php?script=sci_abstract&pid=S0718-560X2015000100001&lng=es&nrm=iso&tlng=es.
- ↑ Фортунатова К.Р. Фарели озера Гейгель. Тр. Севанской гидроб. станции, 1929, т. 2, вып. 2, 68 с.;
- ↑ Кулиев З.М. Форели Азербайджана. Баку, 2005, 112 с.
- ↑ Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013