Sadix Bey Melik Aslanov - Wikipedia
Məlumatı yoxla. |
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (az. Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov; 1855, Tuğ , Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – ?) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, maarifçi, xeyriyyəçi, mülkədar.[1]
Sadıx bəy Məlik-Aslanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat yeri | Tuğ |
Dəfn yeri | Tuğ |
Həyat yoldaşı | Şərəfcahan bəyim |
Uşaqları |
Bahadur bəy, Füruzə xanım, Rəxşəndə xanım, Fərhad bəy, Sara xanım |
Atası | Hacı Fərhad bəy |
Anası | Xatay xanım |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
redaktəSadıx bəy 1855-ci ildə Tuğ kəndində anadan olub.
Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Qarabağda və Zəngəzur mahalında nüfuzlu şəxs idi.
İlk təhsilini kənd mollaxanasında almışdı.[2] Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi.[2]
Fəaliyyəti
redaktə1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli məktəbi Tuğ kəndində yaradıb açılar.[3][4][5][6]
Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Sadıx bəyin evi kəndin aşağı hissəsində, klubdan aşağıda yerləşirdi. Bazar bulağından gələndə yolun sağ tərəfində idi. Uzun və birmərtəbəli ağ bina olub. Sovet hakimiyyəti qurulandan sonra Sadıx bəyin evi anbar kimi istifadə olunurdu. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb.
Tuğ məktəbinin yaranmasında zamanın tanınmış ziyalısı, tarixçisı Mir Mehdi Xəzaninin də müstəsna rolu olmuşdur. Məktəbin fəaliyyəti nəinki Qarabağda, hətta bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verir. Məlik-Aslanov qardaşları məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərirdilər.[7][8]Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə Qarabağda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə əyalətdə deyil, keçmiş imperiya miqyasında və Sovet İttifaqında adlı-sanlı şəxslər oldular.
1893-cü ildən dövlət idarələrində xidmət etmişdi. Cəbrayıl qəza idarəsində II dərəcəli dəftərxana qeydiyyatçısı kimi işə başlamışdı.
1895-ci ildən Cavanşir qəzasında çalışmışdı.
1896-cı ildən Yelizavetpol (indiki Gəncə) quberniyası Zəngəzur Polis idarəsində tərcüməçi işləmişdi. Sonra Zəngəzur qəzasının Minkənd nahiyəsində polis pristavı kimi xidmət etmişdi.[1]
1904–1906-cı illərdə Qarabağda və Zəngəzurda erməni qatil-quldurlarına qarşı mübarizə aparmışdı. Ermənilər ondan şikayət etmişdilər. Bu haqda Mirzə Rəhim Fəna yazır: “Erməni hücumundan xəbər tutub onun qarşısını almağa çalxşan kazaklardan biri erməni əli ilə öldürülür. Bu hadisə səbəb olur ki, ətraf müsəlmanlardan Sos və Ağoğlan kəndlərinin üzərinə hücum edilir və bu zaman bəzi yerlər yandırıhr və bir sıra qətllər və qarətlər törədilir. Sos əhvalatı Veysəlli hadisəsi kimi böyük bir iğtişaşa cavab olaraq baş versə də, erməni milləti bu işdən hərəkətə gəlib məbədlərinin təhqir edilməsi adx ilə hakimə gileylənib böyük iddialar irəli sürürlər. Qori əhlinin səsinə qulağı iti olan, müsəlman məzlumlarının qəlbinin naləsindən isə qafıl olaıı hakim ermənilərin razılığı üçün yersiz olaraq Sos hücumunda günahkar bildikləri Hüseyn ağa Cavanşir və Sadıx bəy Məlik-Aslanovu “fltnəkar” kimi qələmə verərək oktyabrın iyirmisində vilayətin tanınmış və nüfuzlu şəxslərindən olan bu iki nəfərin Cəbrayıldan Gəncə şəhərinə sürgün edilməsi əmrini verir”.[9]
1906-cı ildən 2-ci bölməyə məhsus olan Xanazax kəndində rəhbərlik etmişdir.
Şuşa Rayon Polis Şöbəsində 3-cü Polis Bölməsinin rayon polis Pristavı vəzifəsində xidmət edib.[1]
Ailəsi
redaktə- Həyat yoldaşı: Şərəfcahan bəyim (? – 1946) — Pirəhmədli kəndinin sahibi Mustafa ağa Cavanşirin qızı.
- Övladları: Bahadur bəy, Füruzə xanım (1894,Tuğ – 1956,Bakı), Rəxşəndə xanım (1897,Tuğ – 09.05.1962,Bakı), Fərhad bəy (1899,Tuğ – 17.07.1971,Bakı), Sara xanım.
- Sadıx bəyin qızı Rəxşəndə xanım Georgi xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun oğlu Əsgərxan bəyin (1886 – 1966) həyat yoldaşı idi.
Həmçinin bax
redaktəMənbələr
redaktə- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
- N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 28 ISBN 5-86871-204-4
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 165 ISBN 9952-25-001-0
- Ənvər Çingizoğlu. Tuğ, "Soy" dərgisi, 12 (32), Bakı. 2009
- И. Алибегов. Елизаветпольские кровавые дни перед судом общества.
İstinadlar
redaktə- ↑ 1 2 3 Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021, səh. 124–126
- ↑ 1 2 Ənvər Çingizoğlu. “Qarabağda maarif" (1750–1950). Bakı, “Zərdabi LTD” MMC, 2013, səh. 278 ISBN 978-9952-460-29-2
- ↑ İctimai TV. "Tuğdan xüsusi reportaj…" (az.). Youtube.com. Apr 20, 2021. June 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: Apr 20, 2021.
- ↑ "Bəxtiyar Qaraca. Bir kəndin övladları". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03. Azərbaycan. 2010.18 dekabr. səh. 6
- ↑ "Rəyanə Məlik-Aslanova: Əminəm ki, ulu babalarımın evləri bərpa edilərək mədəni-maarif mərkəzinə çevriləcək". Azertag.az 16.08.2022. İstifadə tarixi: 16.08.2022.
- ↑ İctimai TV. "Tuğdan xüsusi reportaj…". Youtube.com. Apr 20, 2021. İstifadə tarixi: Apr 20, 2021.
- ↑ Hüseyn Əhmədov — "XIX əsr Azərbaycan məktəbi" kitabı, Bakı, 1972
- ↑ İctimai TV. "Xocavəndin işğaldan azad edilmiş Tuğ kəndindən reportaj" (az.). Youtube.com. 15.11.2020. İstifadə tarixi: 2020-11-15.
- ↑ Mirzə Rəhim Fəna — 1905-ci il hadisəsi. Bakı, "Nurlan", — 2009, səh. 122–123.