Ferhad Bey Melik Aslanov - Wikipedia
Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti,[1] mülkədar, Hacı
Fərhad bəy Məlik-Aslanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1889 |
Vəfat yeri | |
Həyat yoldaşı | Xatay xanım |
Atası | Məlik Aslan bəy |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həyatı
redaktəFərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib.[2]
Qarabağ atlı alayında xidmət edib.[1] Poruçik rütbəsində olub.
Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb.[2]
Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi. Onların ilişkiləri haqqında Qasım bəy Zakir Məhəmməd bəy Aşiqə yazırdı.
Həmçinin Fərhad bəy tanınmış rus şairi A.S. Puşkinlə görüşmüşdü.[3] Puşkin ona
şeir həsr etmişdi.[2][3][4]
Hərbi karyerası
redaktəRusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı qraf Paskeviç Qarabağ əyalətinin azərbaycanlı sakinlərindən ibarət 4 müsəlman süvari alayı və Kəngərli süvariləri yaradır. Fərhad bəy 1-ci müsəlman süvari (azərbaycanlı) alayında xidmət etməyə başladı. 1-ci müsəlman süvari Rayevskinin birləşmiş süvari briqadasının tərkibinə daxil oldu. Briqadanın tərkibində azərbaycanlı əsgərlər mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirirdilər.
1829-cu ildə Puşkin fəal orduya qoşulmaq üçün Qafqaza dostu Raevskinin yanına gedir. Orada Puşkin Fərəculla bəylə görüşür və bir müddət sonra bu görüşü "Путешествии в Арзрум" (Ərzruma səyahət) əsərində təsvir edir.[5] Şair Raevskinin briqadasında olduğu vaxt ərzində mayor Abbasqulu ağa Bakıxanov, kapitan Fərəcula bəy və poruçik Fərhad bəy obrazlarından yazmışdır. Fərhad bəyə isə Puşkin "Шеер I. Фаргат Беку" (Şeir I. Farqat Bəyə) adlı əlyazmasında "Из Гафиза" (Hafizdən) şeirini həsr etmişdir.[5]
1829-ci ildə döyüş meydanlarında fərqləndiyinə və şücaətinə görə Fərhad bəy IV dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib.[2][5][6]
Fərhad bəy igidliyinə görə 11 may 1830-cu ildə praporşik rütbəsini alıb.[2]
1834-ci ilin noyabr ayında Varşavaya göndərilən Zaqafqaziya Müsəlman Süvari Alayının tərkibində Fərhad bəydə olmuş və poruçik rütbəsinə yüksəlmişdi.
Ailəsi
redaktə- Həyat yoldaşı: Xatay xanım
- Övladları: Mehdi bəy (1839, Tuğ – 1923, Tuğ), Cəfər Qulu bəy (1847, Tuğ –?), Aslan bəy (1853, Tuğ –?), Sadıx bəy (1855, Tuğ –?), Səlim bəy (1860, Tuğ –?), Maytaban xanım, Püstə xanım, Nobat xanım
- Atası Məlik Aslan bəy Dizaq mahalının son məliyi və naibi olmuşdu, həmçinin rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi kimi xidmət edirdi.[7]
- Oğlu Aslan bəy isə, birinci xəyat yoldaşı Asya xanım dünyasını dəyişəndən sonra onun bacısı Ziba xanımla yaşam qurur. Bacıların hər ikisi Mir Mehdi Xəzaninin övladları idi.
Mükafatları
redaktəIV dərəcəli "Müqəddəs Anna" ordeni (1829)[2][5][6]
Mənbələr
redaktə- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
- Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.290. Op.23. D.15402.
- N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4
- E. E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 164 ISBN 9952-25-001-0
- Ənvər Çingizoğlu. Qarabağ atlı alayı, "Soy" dərgisi, 7 (38), 2010. səh. 33–42.
- Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34.
- Н. И. Ушаков. История военных действий в Азиатской Турции в 1828 и 1829 годах. Типография Эдуарда Праца и Ко. СПб. 1836. Часть вторая.
- Хаджи Мурат Ибрагимбейли. РОССИЯ И АЗЕРБАЙДЖАН В ПЕРВОЙ ТРЕТИ XIX ВЕКА (ИЗ ВОЕННО-ПОЛИТИЧЕСКОЙ ИСТОРИИ). Издательство «НАУКА» Главная редакция восточной литературы. Москва 1969.
İstinadlar
redaktə- ↑ 1 2 Qarabağ atlı alayı
- ↑ 1 2 3 4 5 6 "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh. 182 ( (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 Zəhra Muradova. Şuşa, hər daş-qayası tarix. Bakı-2022. "Orxan" NPM. səh. 95. ISBN 978-9952-37-808-5
- ↑ "Arxivlənmiş surət". 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
- ↑ 1 2 3 4 https://cyclowiki.org/wiki/?axtar=Фархад-бек_Мелик-Асланов
- ↑ 1 2 https://www.academia.edu/31527200/Известия_Азербайджанского_историко_родословного_общества_Выпуск_3_164
- ↑ "Дизакские мелики Карабаха - непростая история и судьба". — Историк Ризван Гусейнов, CBC TV Азербайджан.