Heseneli Bey Esgerxanov - Wikipedia
Həsənəli bəy Şıxəli bəy oğlu Əsgərxanov (1855, Yağlıvənd, Şuşa qəzası – 10 dekabr 1920, Yağlıvənd, Qaryagin qəzası) — şair, polis pristavı, "Georgi" xaçı kavaleri.
Həsənəli bəy Əsgərxanov | |
---|---|
Həsənəli bəy Şıxəli bəy oğlu Əsgərxanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1855 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1920 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Həyat yoldaşı | Asiya xanım Ələkbər bəy qızı Məlik-Aslanova |
Uşaqları | Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy, Səadət xanım, Nabat xanım, Tavat xanım, Şövkət xanım və Firuzə xanım |
Təhsili | Sankt-Peterburq Konstantin Yunkerlər məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Xidmət illəri | 1873-1878 |
Rütbəsi | praporşik |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəHəsənəli bəy Şıxəli bəy oğlu 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında anadan olmuşdu. Şuşa qəza məktəbini, sonra Sankt-Peterburqda Konstantin Yunkerlər məktəbini bitirmişdi. Orduda xidmət etmişdi. Rusiya-Osmanlı savaşı iştirakçısı idi. Georgi xaçı ilə təltif edilmişdi. Kremlin "Georgi" salonunda onun adı qeyd olunub. Ordudan tərxis olduqdan sonra qəza idarələrində işləmişdi. Öncə uryadnik, sonra polis pristavı vəzifələrində çalışmışdı. Qazax və Zəngəzur qəzalarında məmuriyyətdə olmuşdu.
Həsənəli bəy şair idi. Kovxa təxəllüsü ilə şeir yazırdı. Baxış bəy Səbur, Qazı Mirzə Əli və İsfəndiyar bəy Vəzirov ilə deyişmələri qalıb.
Ailəsi
redaktəHəsənəli bəy, Asiya xanım Ələkbər bəy qızı Məlik-Aslanova ilə həyat qurmuşdu. Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy adlı oğulları, Səadət xanım, Nabat xanım, Tavat xanım, Şövkət xanım və Firuzə xanım adlı qızları vardı.
Oğlu Şamil bəy Əsgərxanov Rusiya çar ordusunun poruçiki, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda zabiti olmuşdur.[1] Şamil bəy Əsgərxanov 1890-cı ildə Cəbrayıl qəzasının Yağləvənd оbasında anadan olmuşdur. Sonra Qarabulaq kənd məktəbini bitirmişdi. Təhsilini Tiflis hərbi məktəbində almiş. Subay idi.[1] Çar ordusunda zabit kimi xidmət etmişdi. Poruçik rütbəsində idi.[1] Çar ordusundan tərxis olunduqdan sonra Azərbaycan Xalq Cumhuriyyətinin hərbi hissələrində xidmət etmişdi. Azərbaycan ordusunda ştabs-kapitan rütbəsi almışdı. 9-cu və 106-cı Qafqaz alayları ilə Qarabağa yollandı. Azərbaycan ordusu yenidən təşkil olunandan sonra Şamil bəy Əsgərxanov 2-ci Qarabağ alayının tərkibində xidmət etməyə başladı. Şamil bəy Əsgərxanov 2-ci Qarabağ süvari alayının tərkibindən çıxarılıb, Cəbrayıl qəzasına ezam edilir. O, burada köçəri obalardan atlı hissə təkil etməli idi. 1920-ci ildə erməni-bolşevik qurumları tərəfindən tutulmuşdu.[2]
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Həsənəli bəy Əsgərxanov. "Soy" dərgisi, 2(5) 2005;
- Ənvər Çingizoğlu, Kovxalı tayfasının Ağakişibəylilər tirəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №9, səh.3–15;
Həmçinin bax
redaktə- ↑ 1 2 3 Hacıyev Qasım Əhəd oğlu, Çingizoğlu Ənvər — Qarabağlı hərbçilər: çar və AXC ordusunun zabitləri (Bakı, 2011)
- ↑ "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.