Sabir Memmedov Polis - Wikipedia
Sabir Məmmədov | |
---|---|
Sabir Surxay oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Kəngərli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Məmmədov Surxay |
Milliyyəti | azərbaycanlı |
Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi.
Həyat və fəaliyyəti
redaktəMəmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub. Sosializm Yarışının qalibi kimi Kirovabad şəhər Həmkarlar Təşkilatı tərəfindən Oktyabr İnqilabının 60 illiyi şərəfinə fəxri fərmanla təltif olunub.1982-ci ildə Özbəkistan Respublikası, Buxara şəhərinə gedib və Daxili İşlər orqanlarında işə düzəlib. 1982-1983-cü illərdə Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində cinayət axtarışı üzrə üç aylıq kursda olub. Sovet milisinin yaranmasının 70 illik yubileyi münasibətilə cəmiyyətdə ictimai nəzarətin qorunmasında xüsusi fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub. 1988-ci ildə nümunəvi xidmətə görə Buxara Dİİ-nin göndərişi əsasında ikinci ali təhsl almaq üçün Daşkənd Polis Akademiyasına qəbul olub, 1993-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirip. 1990-ci ildə 31 yanvarda Özbəkistan DİN-nin əmri ilə mayor rütbəsi alıb.
Xocalı və Qarabağdakı fəaliyyəti
redaktə1990-ci ildə məzuniyyət götürərək torpaqlarımızın müdafiəsi üçün Azərbaycana qayıdıb. Daxili İşlər naziri, General Məhəmməd Əsədovun qəbulunda olub. 1990-cı ilin may ayında DİN-in əmrilə Dağlıq Qarabağ, Əsgəran rayon milis şöbəsinin tabeliyində Xocalı milis bölməsi yaradılıb və bölmənin ilk milis rəisi təyin edilib. Heç bir şərait olmadığına görə DQMV-nin Dİİ-nin rəis müavini polis polkovniki Sadir Məmmədovun təkidi nəticəsində Xankəndindən iki ədəd vaqon alıb və iki ədəd vaqonda bütün avadanlığı ilə bölmə yaradıb. Bir ildən sonra Xocalıda 52 otaqdan ibarət iki mərtəbəli polis binası tikilib və xocalılardan ibarət 64 nəfər şəxsi heyətlə qəsəbənin mühafizəsini təşkil edib. Şöbənin cəmi 8 ədəd “Makar” tapançası və 7 ədəd “Kalaşnikov” avtomatı var idi. 13 fevral 1992-ci ildə 300 nəfər dinc Xocalı sakinini və azyaşlı uşaqları (axırıncı vertolyotla) çıxarıb Gəncəyə gətirən Sabir Məmmədov yeddi avtobusla həmin sakinləri Ağdama çatdırıb.1990-cı ildən 1992-ci ilədək Xocalıda, 1992-1993-cü illərdə Ağdamda, 1994-cü ildən sonra Goranboy RPŞ-də işləyən Sabir Məmmədov Ağdamda Yeddixurman, Çinli, Fərrux yüksəkliyində, Goranboyda isə Yuxarı və Aşağı Ağcakənd, Qaraçinar, Zeyvə, Şəfəq, Qarquçaq, Tapqaraqoyunlu, Qaşaltı, Naftalan şəhərinin və kənd yüksəkliklərinin mühafizəsində fəal iştirak edib. 1990-cı ildən 1996-cı ilədək döyüş bölgələrinin qaynar nöqtələrində düşmənə qarşı mübarizə aparıb.
Mükafatları
redaktə- Xocalı şəhər ZDS icraiyyə komitəsinin fəxri fərmanları ilə təltif olunub. (Xocalı ərazi bütövlüyü və mülkü əməkdaşların mühafızəsi və müdafıəsinə görə (1990-1992-ci illər) İcra Hakimiyyətinin sədri Elman Məmmədovun imzası ilə).
- “Xocalı yaddaşı” diplomu ilə təltif olunub. “Göstərdiyi şücaətə və döyüşdə fərqləndiyinə görə.
- Daxili İşlər naziri General Məhəmməd Əsədov əmrilə “Milis əlaçısı” döş nişanı ilə təltif olunub.
- İdeal sülhün təbliği sahəsindəki xidmətlərinə görə 2013-cü ildə “Qalib Sultan” diplomu ilə təltif edilib.
- Özbəkistan DİN-in əmrilə “Polyot” qol saatı ilə təltif olunub. (Zəlzələ vaxtı mülki insanların mühafızəsi və müdafıəsinə göstərdiyi şücaətə görə).
- “Qızıl qələm” mükafatçısıdır.
- “Qafqaz Media” İB-nin fəxri fərmanı ilə təltif olunub.
- Azərbaycan veteranlar təşkilatı birliyinin qərarı ilə vətənpərvərlik sahəsindəki xidmətlərinə görə “General Cəmşid Naxçıvanski”, “General Əliağa Şıxlinski” və “General Həzi Aslanov” medalları ilə təltif olunub.
- Veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə “Veteran Həmrəyliyi” medalına layiq görülüb.
- Rusiya Veteranlar Komitəsinin “70 il Qələbə”si münasibəti medalı ilə təltif olunub.
- Beynəlxalq Yazıçılar Birliyinin üzvüdür.
- Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Azərbaycanın fəxri” media mükafatına layiq görülüb.
- Azərbaycan Veteranlar Təşkilatı birliyinin qərarı ilə vətənpərvərlik sahəsindəki xidmətlərinə görə "30 il" Yubiley medalı ilə təltif olunmuşdur.
Yazdığı kitablar
redaktəDağlıq Qarabağ hadisələrinin canlı şahidi kimi “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı dördcildli kitabın müəllifidir.