Sabir Abdin - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü.[1]
Sabir Abdin | |
---|---|
Sabir Məzlumağa oğlu Abdinov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali, hüquqşünas |
Fəaliyyəti | şair |
sabirabdinov.net |
Həyatı
redaktə1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1978-ci ildə Yardımlı rayonunda çıxan "Yeni kənd" qəzetində dərc edilib. Müxtəlif illərdə şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim", "Kür-Araz", "Mingəçevir leysanı", "Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Ədəbiyyat naminə", "525-ci qəzet", "Ədalət", "Yeni Azərbaycan", "Kredo", "İnam" və digər qazetlərdə, habelə "Dağların söz xəzinəsi" ("Açıq dünya" nəşriyyatı, 2007-ci il), "Poeziya günü" ("Poeziya günü" nəşrlər evi, 2010-cu il), "Qayalardan süzülən söz" ("UniPrint" nəşriyyatı, 2013-cü il) almanaxlarında dərc edilib.
"Demə, mənə heç nə demə" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1997-ci il), "Qınamasın bu yurd məni" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1998-ci il), "Mənə dəniz verin" ("Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002-ci il), "Sənə məktublarım" ("Açıq dünya" nəşriyyatı, 2007-ci il), "Sizsiz, sizinlə…" ("Vektor" beynəlxalq elm mərkəzi, 2010-cu il) kitablarının müəllifidir. Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnmişdir. 2001-ci ildə bəstəkar Nadir Əzimov tərəfindən şeirlərinə yazılmış nəğmələrdən ibarət "Dünyadan böyük sevgimiz" adlı audio kaset və disk böyük tirajla müsiqisevərlərin ixtiyarına verilmişdir. Onun sözlərinə yazılmış " Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl Qələm" media mükafatı laureatıdır. Ailəlidir, üç övlad atasıdır.
İstinadlar
redaktə- ↑ "Sabir Abdinovun həyatı". 2016-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.
Haqqında olan yazılar
redaktə- Tapdıq Əlibəyli. "Üzümü söykəyib göyün üzünə", "Poetik buta" (kitab), Bakı, 2013, səh.81–87.
- AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Asif Rüstəmli. "Romantik düşüncələr poetikası" 2015
- Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Rəşad Bəydəmirli. "Pəncərəsinə yağan yağışla ovunan şair"
- Fəlsəfə dokroru, Sabir Bəşirov "SƏNƏ MƏKTUBLARIM" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
- Əbülfət Mədətoğlu " UZAT ƏLLƏRİNİ Qoy səndən başlasın ömrün nağılı "
- Tənqidçi, filologiya elmləri namizədi. Rüstəm Kamal " GÖYLƏRDƏN ENƏN İŞIQ: SƏS VƏ SÖZ "
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |