Sefevi Luristani - Wikipedia
Səfəvi Luristanı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi.
Vilayət | |||
Səfəvi Luristanı | |||
---|---|---|---|
Ostān-e Lorestān | |||
|
|||
|
|||
Paytaxt | Xürrəmabad | ||
Rəsmi dilləri |
Azərbaycan türkcəsi Fars dili Lur dili |
Tarixi
redaktəLuristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Vali çox zaman yerli əsilzadə ailələrindən biri olur və şah tərəfindən təyin edilirdi, lakin buna baxmayaraq, valiliyin irsi ötürülməsi geniş yayılmışdı.[1][2]
Vilayət özü də öz növbəsində 3 daha kiçik inzibati vahidə bölünürdü - Xavə, Sadmarə və Xürrəmabad. Xürrəmabad özü birbaşa vilayətin hakimi tərəfindən idarə edilirdi.[3] XII əsrin sonlarından etibarən Kiçik Luristan Xurşidi sülaləsi tərəfindən idarə edilirdi.[4] XVI əsrdən etibarən Luristan deyə adlandırılan bölgə təqribən İranın müasir İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir.[5][6] 1501-ci ildə yaradılmış Səfəvi imperiyası genişlənərək 1508-ci ildə Luristan bölgəsini də özünə qatmışdır. Bu ildə Luristan bölgəsinin hökmdarı Səfəvi şahı I İsmayılın ali hakimiyyətini qəbul etmişdir. Şah İsmayıl Bağdaddan yazdığı məktubunda yerli hökmdar Şah Rüstəm Abbasini hakim olaraq təyin etdiyini və onun hakimiyyəti altına Sadmarə, Harunabad və Silaxurun da verildiyi bildirilirdi. 1540-cı illər boyunca I Təhmasib bölgədə, xüsusən Xürrəmabadda birbaşa hakimiyyətini formalaşdırdı. Bölgə hakimi Xürrəmabadda yaşamaqla birlikdə, o, Xürrəmabad və Luristan hakimi adlandırılırdı. 1578-ci ildən 1587-ci ilə qədər Luristan valiləri Osmanlı İmperiyası ilə ittifaqda idilər.[4]
Vilayətə hakim yerli ailələrdə yanaşı türk-qızılbaş tayfalarından da təyin edilirdi. Bunlara misal olaraq, Qeyb Sultan Ustaclını (həmçinin Səfəvi Kürdüstanının da bəylərbəyi olmuşdur),[7] Mehdiqulu xan Şamlı,[8] Təhmasibqulu xan İnanlı və adı bəlli olmayan şəxsi göstərə bilərik. Həmçinin, vilayətə hakimlik edən digər türk-qızılbaş Şah İsmayılın oğlu olan Bəhram Mirzə Səfəvi də hakimlik etmişdir.
I Abbas tərəfindən yerli hakim Şahverdi Abbasinin üsyanı yatırıldıqdan sonra Xurşidi sülaləsinin bütün kişi nümayəndələri ya həbsə atıldı, ya da kor edildi. Bununla da, bölgədə bu sülalənin hakimliyinə son qoyuldu.[9] Bundan sonra isə, bölgəyə Şahverdi Abbasinin dayısının oğlu Hüseyn xan ibn Mansur Solvizi Luristanın hakimi təyin edildi. Bununla eyni zamanda türk-qızılbaş tayfasından olan Təhmasibqulu xan İnanlı Luristanın bəzi Bağdada yaxın bölgələrinin hakimi təyin edildi. Bu bölgələr Sadmarə və Hendamin idi. 1603-cü ildən sonra Solvizi ailəsi Luristanın irsi hakimləri halına gəldilər. 1670-ci illərdə Şah Süleyman (1666-1694) hakimliyi qızılbaş tayfalarından birindən çıxan şəxsə verdi və bu yerlilərin etirazı ilə qarşılandı, hakim isə vilayətdən qovuldu.[10]
Vilayət hakimlərinin siyahısı
redaktəSiyahıda vilayəti və ya onun hissələrini idarə etdiyi bilinən şəxslər göstərilmişdir.[11] Hakim və ya bəylərbəyi ifadələrinin hər ikisi də vilayət valilərini təsvir etmək üçün işlədilmişdir.[7]
Dövr | Hakim | Qısa məlumat |
---|---|---|
1508 | Şah Rüstəm Abbasi | Luristan və Xürrəmabad hakimi |
?–1540 | Mir Uğur ibn Şah Rüstəm | Luristan hakimi |
1541–1542 | Mir Cahangir | Luristan və Xürrəmabad hakimi |
?–1549 | Bəhram Mirzə Səfəvi | Luristan və Mankare (Sadmarə?) hakimi |
1549–? | Rüstəm xan | Luristan və çox gümanki Mankara hakimi |
1568 | Qeyb Sultan Ustaclı | Luristan və Kürdüstan hakimi |
1568–1585 | Məhəmməd Luri | Luristanın yarısının və Xürrəmabadın, onun ətrafının hakimi |
1568–1575–? | II Şah Rüstəm | Luristanın yarısının, Xavənin və Ləştərin hakimi |
1578–1587 | Osmanlı hakimiyyəti ]] | |
1589–1593 | Sultan Məhəmməd Şah | Luristan hakimi |
1593 | Şahverdi Abbasi | Luristan hakimi |
1593–1594 | Sultan Hüseyn ibn Şah Rüstəm | Luristan (Xürrəmabad istisnaolmaqla) hakimi |
1593–1595 | Mehdiqulu xan Şamlı | Xürrəmabad hakimi |
1594–1598 | Şahverdi Abbasi | İkinci hakimiyyət dövrü. Luristanın hamısının (1595-ci ildən etibarən) hakimi |
1598–? | Təhmasibqulu xan İnanlı | Sadmarənin, Hendaminin və Bağdada yaxın digər yerlərin hakimi ' |
1598–1631 | Hüseyn xan Mansur bəy Solvizi | Əvvəlcə Luristanın bir hissəsinin hakimi, daha sonra bütün vilayətin bəylərbəyi. O, həmçinin Bəxtiyarilərin miri olaraq da xidmət etmişdir. |
1631–1641 | Şahverdi xan | Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi. |
1641–1648–? | Əliqulu xan | Sonuncu hakimin oğlu. Luristan bəylərbəyi. |
1651–? | Mənuçöhr xan | Sonuncu hakimin əmisi. Luristan hakimi. |
1684 | Adı məlum olmayan qızılbaş | Qizilbaş tayfasından olan hakim. |
1694–1695 | Şahverdi xan | Kiçik Luristanın hakimi |
1722 | Əlirmərdan xan ibn Hüseyn xan Ali | Luristan hakimi |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Matthee, 2012. səh. 143–144. Vali sözünün mənası üçün, bax, see p. 258
- ↑ Matthee, 2015. səh. 443
- ↑ Floor, 2008. səh. 134
- ↑ 1 2 Floor, 2008. səh. 234
- ↑ Minorsky, 1986. səh. 829
- ↑ Ehlers, 2021
- ↑ 1 2 Floor, 2008. səh. 124
- ↑ Münşi, 2010. səh. 798
- ↑ Floor, 2008. səh. 234–235
- ↑ Floor, 2008. səh. 235
- ↑ Floor, 2008. səh. 234–236
Mənbə
redaktə- Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.
- Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B.Tauris. 2012. ISBN 978-1-84511-745-0.
- Matthee, Rudi. "Relations between the Center and the Periphery in Safavid Iran: The Western Borderlands v. the Eastern Frontier Zone". The Historian. 77 (3). 2015: 431–463. doi:10.1111/hisn.12068.
- Eckart Ehlers. Khorramabad. Encyclopædia Iranica, Online Edition. Ehsan Yarshater. 2021.
- Vladimir Minorsky. Luristān. 5. Leiden: The Encyclopaedia of Islam - Brill. Bosworth, C. E.; van Donzel, E.; Lewis, B. & Pellat, Ch. (eds.). 1986. 829–832. ISBN 978-90-04-07819-2.
- B. Spuler. ATĀBAKĀN-E LORESTĀN. II/8. London and New York: Encyclopædia Iranica - Routledge & Kegan Paul. 1987. 896–898. ISBN 978-0-71009-108-6.