Behram Mirze Sefevi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı – 11 oktyabr 1549[1], Kürdüstan ostanı) — sənətçi və ədib şahzadə.
Bəhram Mirzə Səfəvi | |
---|---|
Əbül Fəth Sultan Müizəddin Bəhram Mirzə | |
1529 – 1533 | |
Əvvəlki | Sam mirzə Səfəvi |
1536 – 1537 | |
1546 – 1549 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Surluq yaylağı, Marağa, Səfəvilər dövləti |
Vəfat tarixi | 9.16.1550 |
Vəfat yeri | Həmədan yaxınlığı, Səfəvilər dövləti |
Dəfn yeri | Məşhəd |
Fəaliyyəti | hərbi lider[d], suveren[d], mesenat[d], xəttat, rəssam, şair, musiqi nəzəriyyəçisi |
Atası | Şah İsmayıl Xətai |
Anası | Şah Sultan |
Həyat yoldaşı | Zeynəbsultan xanım |
Uşağı | İbrahim mirzə Cahi |
Ailəsi | Səfəvilər |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Səfəvilər |
Qoşun növü | Səfəvi imperiyasının ordusu |
Döyüşlər |
Həyatı
redaktə7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır.
Fəaliyyəti
redaktəİctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi.
Ailəsi
redaktəİmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir. Övladları:
- Sultan Həsən mirzə Səfəvi — gənc vaxtı öldü.
- Sultan Hüseyn mirzə Səfəvi — Sistan, Qəndəhar, Zəmindəvar hakimi.
- Sultan İbrahim mirzə Səfəvi — Məşhəd, Ərdəbil, Qain hakimi.
- Sultan Bədiüzzaman mirzə Səfəvi — Sistan hakimi.
İrsi
redaktəBəhram Mirzə musiqiçi, şair, xəttat və rəssam idi. Rüstəm əl-Xorasani kimi rəssamlara sarayında yer vermişdi. Əsərləri Topqapı Sarayında qorunur.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Pas L. v. Bahram Safavi // Genealogics (ing.). 2003.
Ədəbiyyat
redaktə- Bəhram Mirzə Səfəvi, Böyük İslami Ensiklopediyası, yazıçı:Məlihə Məhdəvi
- BAHRĀM MĪRZĀ İranika Ensiklopediyası, yazıçı:P. Soucek