Suleyman Sah - Wikipedia
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir və ya Xorasan[d], Ərzurum ili – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur.
Süleyman Şah | |
---|---|
Süleyman Şah Kaya Alpoğlu | |
Əvvəlki | Qaya Bəy |
Sonrakı | Ərtoğrul Qazi (Qərb qismi) Gündoğdu bəy (Şərq qismi) |
Şəxsi məlumatlar | |
Doğum adı | Süleyman bin Kaya Alp |
Doğum tarixi | təq. 1167 |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 1227 |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Qaya Alp |
Həyat yoldaşı | Hayme Ana |
Uşaqları | Sunqur Təkin, Gündoğdu bəy, Dündar bəy və Ərtoğrul Qazi |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər.
Ölümü və məzarı
redaktəSüleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub. Ölümündən sonra Caber qalasının Fərat çayı hövzəsinin şimalında (Türkiyəyə quş uçuşu 30 km qədər cənubda) bir günbəzdə dəfn olunub.
Məzarın yerləşdiyi region, I Dünya müharibəsi sonrasında Suriya Osmanlı Dövlətindən ayrılanda, Fransız Suriya Mandatı sərhədləri içərisində qalmışdır. Ancaq Ankara müqaviləsi və Lozanna müqaviləsinə əsasən Türkiyənin torpağı sayılmışdır. Günümüzdə Süleyman Şahın məzarının yanında yerləşən türbəsində Türk əsgəri keşik çəkir.
Oğulları
redaktəSüleyman Şahın Sunqur Təkin, Gündoğdu, Dündar Bəy və Ərtoğrul Bəy adında dörd oğlu vardı. Sunqur Təkin və Gündoğdu, qəbilələri ilə birlikdə qədim yurdlarına qayıtdı. Dündar Bəy və Ərtoğrul Qazi, 400 çadırlık ailə efradıyla birlikdə yeni bir yurd axtarmaq üçün Pasin düzü ilə Sürməliçuxur bölgəsinə getdilər.
Türkiyə ordusunun “Şah Fırat” əməliyyatı
redaktə21 fevral 2015-ci tarixində Türkiyə silahlı qüvvələri xüsusi əməliyyatla Süleyman Şah türbəsini yeni əraziyə köçürdü.
Türkiyənin dövlət sərhədlərindən kənarda yerləşən yeganə ərazi vahidi (eksklav) olan,Suriya ərazisində yerləşən Süleyman Şah Türbəsini qoruyan hərbi birlik ötən gün xüsusi bir əməliyyatla Türkiyəyə gətirilib.
Türkiyə baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəşi Türkiyəyə gətirilib.
Bu barədə baş nazir Əhməd Davudoğlu Twitter hesabında məlumat verib.
“Əcdadımızın əmanəti Süleyman Şahın nəşi Suriya ərazisindəki yeni məkanına müvəqqəti olaraq köçürülməsi üçün ölkəmizə gətirilib. Bu günə qədər böyük bir qürurla xidmət edən Süleyman Şah postunun hərbi xidmətçiləri də silahlı qüvvələrin “Şah Fırat” əməliyyatı ilə ölkəmizə qaytarılıb”.
Müdafiə naziri İsmət Yılmaz və baş qərargah rəisi Necdət Özəl də əməliyyat barədə ictimaiyyəti məlumatlandırıb. Məlum olub ki, ötən gecə saat 21 radələrində “Şah Fırat” şərti əməliyyat başladılıb. 39 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktəSüleyman Şah Doğum: 1178 Vəfat: 1236
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Qaya Alp |
Qayı boyunun Bəyi ...-1236 |
Xələfləri Ərtoğrul Qazi |