Rusiyanin Dovlet Qurulusu - Wikipedia
| |||
Himn: Rusiya Dövlət Himni | |||
Rəsmi dil | Rus dili | ||
Paytaxt | Moskva | ||
Prezident | Vladimir Putin | ||
Baş Nazir | Dmitri Medvedyev | ||
Ərazi - Ümumi - % Su |
1-ci yer 17,075,400 km² 0.5% | ||
Əhali - Ümumi - Əhali sıxlığı |
8-ci yer 141,903,979[1] 8.4/km² | ||
Müstəqillik günü | 12 iyul 1990 | ||
Pul | Rusiya Rublu (₽) (RUR) | ||
Saat qurşağı | UTC +2 – +12 | ||
Internet TLD | .ru .su .рф | ||
Telefon kodu | +7 |
Rusiyanın dövlət quruluşu — 1993-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Dövlət quruluşu
redaktə1993-cü ilin dekabrında qəbul edilmiş Konstitusiyaya əsasən Rusiya Federasiyası məhdud hakimiyyətli prezident idarə üsulunun bəzi elementlərini özündə əks etdirən dualist idarəetmə üsuluna malik federativ respublikadır.
Konstitusiyaya əsasən ölkədə prezidentin başçılıq etdiyi icraedici hakimiyyət, ikipalatalı qanunverici orqan - Federal Məclis və müstəqil məhkəmə sistemi mövcuddur.
İnzibati bölgüsü
redaktəİnzibati cəhətdən Rusiya Federasiyasının tərkibinə 21 respublika (Adıgey, Altay, Başqırdıstan, Buryatiya, Dağıstan, İnquşetiya, Kabarda-Balkariya, Kalmıkiya, Qaraçay-Çerkesiya, Kareliya, Komi, Mari El, Mordoviya, Saxa-Yakutiya, Şimali Osetiya-Alaniya, Tatarıstan, Tuva, Udmurtiya, Xakasiya, Çeçenistan, Çuvaşıstan), Yəhudi Muxtar Vilayəti, 9 diyar (Altay, Kamçatka, Xabarovsk, Krasnodar, Krasnoyarsk, Perm, Primorsk, Stavropol və Zabaykalye), 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir.
- Adıgey Respublikası
- Altay Respublikası
- Başqırdıstan Respublikası
- Buryatiya Respublikası
- Dağıstan Respublikası
- İnquşetiya Respublikası
- Kabarda-Balkariya Respublikası
- Kalmıkiya Respublikası
- Qaraçay-Çerkesiya Respublikası
- Kareliya Respublikası
- Komi Respublikası
- Mari El Respublikası
- Mordoviya Respublikası
- Saxa (Yakutiya) Respublikası
- Şimalı Osetiya-Alaniya Respublikası
- Tatarıstan Respublikası
- Tuva Respublikası
- Udmurtiya Respublikası
- Xakasiya Respublikası
- Çeçenistan Respublikası
- Çuvaşıstan Respublikası
- Krım Respublikası
Dövlət başçısı
redaktəRusiya Federasiyasının Prezidenti Konstitusiyaya 31 dekabr 2008-ci ildə edilmiş düzəlişə əsasən ümumxalq səsverməsi yolu ilə altı il müddətinə seçilir. Yaşı 35-dən az olmayan və on ildən artıq ölkədə yaşayan hər bir vətəndaş Rusiya Federasiyasının Prezidenti seçilə bilər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Prezident seçilə bilməz.
Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident Baş naziri və 30 üzvü olan Nazirlər Şurasını (Kabinet) seçmək və təyin etmək, qərar və sərəncamlar vermək, qanun layihələrinə veto qoymaq hüququna malikdir. Prezident Federal məclisə illik müraciətində ölkənin siyasi və iqtisadi inkişafı ilə bağlı hökumət proqramını bəyan edir.
Prezident müdafiə məsələləri ilə məşğul olan, habelə Milli bankın sədri, Baş prokuror və Ali Məhkəmənin üzvləri vəzifəsinə namizədləri təqdim edən Təhlükəsizlik Şurasını təyin edir və onun başında durur.
Rusiya Federasiyasının hazırkı, sayca 4-cü Prezidenti, 4 mart 2012-ci ildə keçirilmiş sonuncu Prezident seçkilərində 63.6% səs toplayaraq qalib gəlmiş Vladimir Vladimiroviç Putindir (7 may 2012-ci ildən etibarən V.Putin rəsmən vəzifəsinin icrasına başlamışdır).
Qanunvericilik hakimiyyəti
redaktəİkipalatalı Federasiya Şurası (166 yer), üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən Dövlət Duması (450 deputat) tərəfindən həyata keçirilir. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər. Ən aşağı yaş senzi - 21 yaş müəyyən edilən Dumanın deputatları seçildikləri andan hər-hansı ödənişli fəaliyyətlə məşğul ola və ya digər məsul hökumət vəzifələrini tuta bilməzlər.
Federasiya Şurasının tərkibinə hər regiondan və ya respublikadan təyin edilmiş iki nümayəndə daxildir. Federal Məclis və Prezident bir-birinə güclü təsir edə bilmir. Dövlət Duması - lehinə böyük əksəriyyətin səs verdiyi etimadsızlıq rəyi irəli sürməklə hökuməti buraxa bilər. Duma - Prezidentin hər-hansı məcburi qərar qəbul etməsinə qədər olan üç ay müddətində iki dəfə etimadsızlıq rəyi irəli sürmək hüququna malikdir. Prezident yeni hökumət yarada və ya Dumanı buraxaraq yeni seçkilər təyin edə bilər.
Yeni Baş nazirin və ya hökumətin təyin edilməsi üçün Dumanın mütləq razılığı olmalıdır. Bununla belə, Prezidentin təklif etdiyi namizədi Duma üç dəfə rədd etdiyi təqdirdə dövlət başçısı Dumanı buraxmaq və yeni seçkilər elan etmək hüququna malikdir.
Federal Məclis – hər iki palatanın səs verdiyi, Ali məhkəmənin və Konstitusiya Məhkəməsinin bu qərarla razılaşacağı təqdirdə Prezidentə impiçment irəli sürə bilər. Federal məclis həmçinin Dumanın qəbul etdiyi qanun layihəsinə veto qoya bilər. Prezident Dövlət Dumasını, formalaşdığı andan etibarən ilk 12 ay ərzində buraxmaq hüququna malik deyil.
1993-cü il Konstitusiyasına görə Rusiya Federasiyasının 21 Respublikası və 68 vilayət, məmləkət və mahalı bərabər və geniş muxtariyyətə malikdir. Vergi, müdafiə, xarici işlər, enerji təchizatı və sosial siyasətə aid məsələlər federal hökumətin ixtiyarında olsa da, digər sahələr: təhsil, səhiyyə, ictimai təhlükəsizlik, mədəniyyət və torpaqdan istifadə yerli hakimiyyət orqanlarının nəzarəti altına düşür. Respublikaların hər birinin konstitusiyası, seçkili hökuməti və büdcəsi vardır. Bu respublikalar regionda sosial-iqtisadi siyasətin istiqamətlərini müəyyənləşdirir, torpaqdan istifadə məsələlərinə nəzarət edir və dövlət büdcəsindən istifadə edilməsinə məsuliyyət daşıyırlar.
İcraedici hakimiyyət
redaktəÖlkədə icra hakimiyyəti mövcud Konstitusiyanın 114-cü maddəsinə əsasən Rusiya Federasiyası Hökuməti tərəfindən həyata keçirilir.
Dövlətin vahid maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin etmək, federal büdcəni hazırlayaraq Dövlət Dumasına təqdim və onun icrasına nəzarət etmək, mədəniyyət, elm, təhsil, səhiyyə, sosial təminat, ekologiya sahələrində dövlət siyasətini həyata keçirmək, ölkənin müdafiə və xarici siyasət strategiyasının, habelə Konstitusiya ilə müəyyən edilmiş digər funksiyaların yerinə yetirilməsini təmin etmək Rusiya Federasiyası Hökumətinin səlahiyyətlərinə daxildir.
Hökumətin qərarları ilə Rusiya Federasiyasının Konstitusiyası, federal qanunlar və Prezident fərmanları arasında ziddiyyət yarandıqda, bu qərarlar Rusiya Federasiyası Prezidenti tərəfindən ləğv edilə bilər.
Məhkəmə hakimiyyəti
redaktəRusiya Federasiyasının xarici dövlətlərlə bağladığı müqavilələrə və ölkə qanunlarına riayət edilməsinə nəzarət, habelə ərazi mübahisələrinə baxılması 1991-ci ilin oktyabr ayında yaradılmış 19 hakimdən ibarət olan Konstitusiya Məhkəməsi, eləcə də Ali Məhkəmə və Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir. Hakimlər Prezidentin təqdimatı ilə Federasiya Şurası tərəfindən altı il müddətinə təyin olunurlar [2].
Mənbə
redaktə- Екатерина Сергеевна Шугрина. Соотношение понятий «Муниципальное образование», «Административно-территориальная единица», «Населённый пункт» Arxivləşdirilib 2016-08-18 at the Wayback Machine // Журнал «Городское управление», № 1 (198) / 2013, стр. 30-43
- Кокотов А. Н., Саломаткин А. С. Муниципальное право России: Учебник. — М.: Юристъ, 2005.
Xarici keçid
redaktə- Официальный сайт Верховного Суда Российской Федерации Arxivləşdirilib 2010-03-06 at the Wayback Machine
- О состоянии судебной системы в России Arxivləşdirilib 2010-12-21 at the Wayback Machine Международная комиссия юристов, 2010
- Защита правосудия: Дисциплинарное производство в отношении судей в Российской Федерации Доклад миссии МКЮ Международная комиссия юристов, 2012
- Назначение судей: процедура отбора на судейскую должность в Российской Федерации, Доклад Миссии МКЮ, Международная комиссия юристов, 2014
İstinadlar
redaktə- ↑ "Rusiya Statistika Komitəsi : 1 yanvar 2009 – cu il tarixinə olan təxminə əsasən ölkə əhalisi 141.903.979 nəfərdir". 2011-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
- ↑ "По Конституции РФ от 11.04.2014 функции Высшего Арбитражного суда РФ переданы Верховному суду РФ". 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.