Robert Barani - Wikipedia
Robert Barani (22 aprel 1876[1][2][…], Vyana[3][1] – 8 aprel 1936[3][4][…], Uppsala[d][4][5]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim.
Robert Barani | |
---|---|
mac. Róbert Bárány | |
Doğum tarixi | 22 aprel 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 1936[3][4][…] (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | professor |
İş yeri | Uppsala Universiteti |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəBarani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi.
1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi. Barani bununla birlikdə beyincik funksiyası və tarazlıq idarəsinin digər istiqamətlərini də araşdırdı.
Vətəndaş bir cərrah olaraq Birinci Dünya Müharibəsi əsnasında Avstriya ordusuna xidmət edərkən rus ordusu tərəfindən əsir alındı. 1914-ci ildə özünə Nobel Mükafatı verildiyində Barani bir rus döyüş düşərgəsində əsirdi. İsveç Şahzadəsi Karl və [Qırmızı Xaç tərəfindən Rusiya ilə həyata keçirilən diplomatik müzakirələr nəticəsində 1916-ci ildə sərbəst buraxıldı. Mükafat mərasiminə 1916-ci ildə qatıla bildi.
1917-ci ildən ölümünə qədər Uppsala Universitetində professor olaraq çalışdı. Uppsalada 60 illik yubileyinə qısa bir müddət qala 1936-ci ildə vəfat etdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Holmgren G. (unspecified title). S. 716.
- ↑ 1 2 Robert Barany // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Барани Роберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Holmgren G. (unspecified title). S. 716.
- ↑ 1 2 Uppsala domkyrkoförsamlings kyrkoarkiv, Död- och begravningsböcker, SE/ULA/11632/F/15 (1935-1942), bildid: 00150932_00071, sida 68.
- ↑ Norra begravningsplatsen: Kändisarna.
- ↑ Barany, ROBERT. Svenskagravar.se.
Xarici keçidlər
redaktə- Robert Bárány – Biography Nobelprize.org