Roya Ayxan - Wikipedia
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019).
Röya Ayxan | |
---|---|
Röyalə Yaqub qızı Nəcəfova | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Ölkənin əsas ulduzu, Popkraliça, Super Star |
Doğum tarixi | 14 iyun 1982 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşları |
Anar Cəlilov (e. 2008 b. 2014) |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, musiqiçi, aktrisa, model[d] |
Fəaliyyət illəri | 1995–h.h. |
Janr | pop musiqisi |
Albom şirkəti | BEAT Music |
Təhsili |
ADMİU BDU |
Boyu | 1.65 sm[1] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRöyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə doğulmuşdur.[2] Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir,[3] lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur.[4] Bakı şəhəri Nəsimi rayon 5 saylı tam orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[5] 21 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.[6]
Xalq artisti Röya Ayxan nüfuzlu "Pantene Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçıdır. O, 2017-ci ildə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına layiq görülüb. Röya Ayxan sözügedən mükafatı 2020-ci ildə yenidən əldə edərək Azərbaycanın ən parlaq siması seçilib.[7]
Şəxsi həyatı
redaktə2008–2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla nikahda olmuşdur. Onun bu nikahdan 25 oktyabr 2009-cu ildə dünyaya gələn Hüseyn adlı oğlu vardır.[8]
Mahnıları
redaktə- "Yalan Sözlər" (1997)
- "Sənə Görə" (2000)
- "Düşürsən Tez-Tez Yada" (2000)
- "Bilərsənmi" (2003)
- "Cücə" (2003)
- "Ayrılıq Olmayaydı" (2003)
- "Yenə Yaz Gələcək" (2003)
- "Qatar" (2004)
- "Dön Gəl" (2004)
- "Xatirələr" (2004)
- "Evimi Yıxma" (2004)
- "Bu Gecə" (2004)
- "Sən Həyatsan" (2004)
- "Röyan Olum" (2004)
- "Nazlı Yarım" (2004)
- "Söylə" (2004)
- "Gəl Bizim Dağlara" (2004)
- "Sən Getdin" (2004)
- "Qovuşmaz Yolumuz" (2004)
- "Bu Gecə" (2004)
- "Seviyorum" (2004) (Ebru Gündeş Cover)
- "Söylə" (2004)
- "Ağla" (2004)
- "Gəl Danış" (2005) (ft. Elşad Xose)
- "Unut Məni" (2005)
- "Qovuşmaz" (2005)
- "Küləklər" (2005)
- "Darıxmışam" (2006)
- "İlqar" (2006)
- "Bahar" (2006)
- "Rəqs" (2006)
- "Sən oldun" (2006)
- "Ulduz Nəğməsi" (2006)
- "Mən Danışıram Rəqsdən" (2007)
- "Həsrət Nəğməsi" (2007) (ft. Tunar Rəhmanoğlu)
- "Deyin Ona" (ft. Samir Cavadzadə) (2007)
- "Aldatma" (2008)
- "Səninəm" (2008)
- "De Niyə" (2008) (ft. Şeron qrupu)
- "Aldatma" (2008)
- "Gəlmədin" (2008) (ft. Dəyirman)
- "Narın Yağış" (2008)
- "Dəyər" (2008)
- "Söylə Nağıl" (2008)
- "Evlisən" (2008)
- "Təkcə Səni" (2008)
- "Röyayam" (2009)
- "Bax" (2009)
- "Dostların Təbriki" (2009)
- "Sənsiz" (2010)
- "Sən Və Mən" (2010)
- "Sevişiyoruz" (2010) (ft. Zamiq Hüseynov)
- "Solğun Günlər" (2011)
- "Günlər Var ki" (2011)
- "Nazlı" (2011)
- "Dostumsan Yoxsa Sevgilim" (2011)
- "Ay Ürək" (2011) (ft. Niyam Salami)
- "Göndər" (2012) (ft. Mustafa Ceceli)
- "Göndər" (2012) (ft. Kaan Gökman)
- "Göndər" (2012)
- "Unutmaq istədim" (2012)
- "Gəmiçilər" (2013)
- "De Görüm Neyləmişəm" (2013)
- "Gəmiçilər" (2013)
- "Ona Nə Varki" (2014)
- "Sənə Ehtiyacım Var" (2014)
- "Sənə Ehtiyacım Var" (2014) (ft. Xəyyam Nisanov)
- "Sultanım" (2014)
- "Mən Sənsiz" (2014)
- "Xəyanət" (2014)
- "Kesin Bilgi" (2015) (ft. Ozan Çolakoğlu)
- "Baku" (2015)
- "Yolun Açık Olsun" (2016)
- "Doldur Ürəyimi" (2016)
- "O konu" (2017) (ft. Soner Sarıkabadayı)
- "Afaki" (2018)
- "Səndən Başqa" (2018)
- "Ummadığım Anda" (2018)
- "Unutmaq Lazım" (2019)
- "İnsanam" (2019)
- "Problemdi Sevgimiz" (2019)
- "Məhkumam" (2019)
- "Влюблена" (2020)
- "Təmənnasız" (2020)
- "Sevgilim" (2020) (ft. Miri Yusif)
- "Xəbərsiz" (2020)
- "Gəlmə Yaxınıma" (2020) (ft. Yaşar Cəlilov)
- "Gic Kimi" (2020)
- "Yaz Ayları" (2020) (ft. Amina)
- "Hərə Öz Sevdiyini Çağırsın" (2020)
- "Sənə Qədər" (2021)
- "Neylərsən" (2021) (ft. Zamiq Hüseynov)
- "Qış Yuxusu" (2021)
- "Qəribə Dünya" (2021)
- "Dolunay" (2021)
- "Qələbə" (2021)
- "Tövbə Tövbə" (2021)
- "Ağla" (2022)
- "Dəli Kimi" (2022) (ft. Nicat Rəhimov)
- "Yada Düşürsən" (2022)
- "Yuxu Dərmanımdır" (2022)
- "Bəzən" (2023) (ft. Cin)
- "Biri Var" (2023)
- "Nə Yaxşı Sən Varsan" (2023)
- "Qatilim" (2023)
- "Duman" (2023)
- "Böyüdüm" (2023)
- "Sən Gəlsən" (2023)
- "Ay Balam" (2023)
- "Şükür Edirəm" (2023)
- "Ayağına Gəlmişəm" (2023)
- "Onun Xəstəsiyəm" (2023)
- "Tez Gəl" (2023)
- "Yalan Vədlər" (2023)
- "Sarı Köynək" (2023)
- "Qol Çəkirəm" (2023)
- "Dedilər" (2023)
- "Tut Əlimdən" (2023)
- "Zülmətəm" (2024)
- "Sənə nə" (2024)
- "Dünya" (2024)
- "Bilən Olmasın" (2024) (ft. Nəsimi Məmmədov)
- "Sərxoşam" (2024)
Albomları
redaktə- Gəl Danış (2005)
- Sənə Ehtiyacım Var (2014)
- The Best Compilations (2015)
- Best Hits (2018)
- Feat. (2018)
- Slow Compilation (2019)
- Best Compilation, Vol. 1 (2019)
- Best Compilation, Vol. 2 (2019)
- Best Compilation, Vol. 3 (2019)
- Best Compilation, Vol. 4 (2019)
- 14/41 (2023)
Klipləri
redaktə№ | Mahnı | Tarix |
---|---|---|
1 | "Yalan Sözlər" | 2002 |
2 | "Bilərsənmi?" | 2003 |
3 | "Ayrılıq Olmayaydı" | 2004 |
4 | "Söylə" | 2004 |
5 | "Qovuşmaz Yolumuz" | 2004 |
6 | "Qatar" | 2004 |
7 | "Nazlı Yarım" | 2004 |
8 | "Cücə" | 2005 |
9 | "Darıxmışam" | 2005 |
10 | "Dəniz" | 2006 |
11 | "Gəl Danış" (ft. Elşad Xose) | 2006 |
12 | "Deyin Ona" (ft. Samir Cavadzadə) | 2006 |
13 | "Gəlmədin" (ft. Dəyirman) | 2007 |
14 | "Həsrətin Nəğməsi" (ft. Tunar) | 2007 |
15 | "De Niyə?" (ft. Şeron) | 2007 |
16 | "Ulduz Nəğməsi" | 2007 |
17 | "Nazlı" | 2007 |
18 | "Narın Yağış" | 2007 |
19 | "Sən Oldun" | 2007 |
20 | "Bilərsənmi" (ft. Abbas Bağırov) | 2008 |
21 | "Təkcə Səni" | 2008 |
22 | "Yenə Yaz Gələcək" | 2008 |
23 | "Sən Evlisən" | 2008 |
24 | "Aldatma" | 2008 |
25 | "Rəqs" | 2009 |
26 | "Sənsiz" | |
27 | "Xatirələr" | 2010 |
28 | "Aldatmayaq Bir-Birimizi" (ft. Sevda Yahyayeva) | 2010 |
29 | "Dostumsan, Yoxsa Sevgilim?" | 2011 |
30 | "Solğun Günlər" | 2011 |
31 | "Bax" | 2011 |
32 | "Sənə Görə" | 2011 |
33 | "Ağla" | 2012 |
34 | "Ay Ürək" (ft. Niyam Salami) | 2012 |
35 | "Unutmaq İstədim" | 2012 |
36 | "Gönder" | 2012 |
37 | "Günahsız Günahım" | 2013 |
38 | "Gemiciler" | 2013 |
39 | "Mənəm" | 2013 |
40 | "Mən Sənsiz" | 2014 |
41 | "Sənə Ehtiyacım Var" (ft. Xəyyam Nisanov) | 2014 |
42 | "Xəyanət" | 2015 |
43 | "Mama" (ft. Hüseyn) | 2015 |
44 | "Baku" 2015 | 2015 |
45 | "Kesin Bilgi" (ft. Ozan Çokaloğlu) | 2015 |
46 | "Biz Qalib Olmalıyıq" (ft. Miri Yusif) | 2016 |
47 | "Düşürsən Tez-Tez Yada" | 2016 |
48 | "Yolun Açık Olsun" | 2016 |
49 | "Darıxdım" | 2016 |
50 | "O Konu" (ft. Soner Sarıkabadayı) | 2017 |
51 | "Səndən Başqa" | 2018 |
52 | "Gəlmədin" (ft. ABD Malik) | 2018 |
53 | "Ummadığım Anda" | 2018 |
54 | "Afaki" | 2018 |
55 | "Problemdi Sevgimiz" | 2018 |
56 | "Unutmaq Lazım" | 2019 |
57 | "Dedin Yox" | 2019 |
58 | "Elə Bilirdim" | 2019 |
59 | "Влюблена" | 2020 |
60 | "Sevgilim" (ft. Miri Yusif) | 2020 |
61 | "Gəlmə Yaxınıma" (ft. Yaşar Cəlilov) | 2020 |
62 | "Olar" (ft. Rauf Əhmədov) | 2020 |
63 | "Sənə Qədər" | 2021 |
64 | "Qış Yuxusu" | 2021 |
65 | "Qəribə Dünya" | 2021 |
66 | "Neylərsən" (ft. Zamiq Hüseynov) | 2021 |
67 | "Ağla" | 2022 |
68 | "Dəli Kimi" (ft. Nicat Rəhimov) | 2022 |
69 | "Yuxu Dərmanımdır" | 2022 |
70 | "Səni İnsan Sandım" | 2022 |
71 | "Bəzən" (ft. Cin) | 2023 |
72 | "Tez Gəl" | 2023 |
73 | "Böyüdüm" | 2023 |
74 | "Tut Əlimdən" | 2024 |
75 | "Zülmətəm" | 2024 |
Filmoqrafiya
redaktə- Məhəllə – diskotekadakı qız
- Yanmış körpülər – Cavanşirin tanışı
- İstanbul tətili – Ayan
- Aktrisa – mahnı ifa edən
- Bacanaqlar – özü
İstinadlar
redaktə- ↑ "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50..." 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
- ↑ "Müğənni Röya Ayxanın yubileyində nələr oldu ?". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-05.
- ↑ Zülfiyyə Qurbanova. "Kim harada və nə vaxt doğulub? (SİYAHI)" (az.). Anspress.com. 09 iyul 2013. 2013-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24..
- ↑ "5-ci Element Röya Ayxan 18.02.2016". 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-01.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- ↑ President.Az. "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.10.2019. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ "Röya "Altın Kelebek" aldı". 2018-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- ↑ "Röyanın keçmiş əri oğlu ilə birlikdə çəkilən şəklini paylaşdı (FOTO)". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
Mənbə
redaktə- Akademiya.az Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- Drop.az Arxivləşdirilib 2014-07-10 at the Wayback Machine