Xeyyam Nisanov - Wikipedia
Xəyyam Nisanov (21 oktyabr 1983) - Azərbaycan müğənnisi.
Xəyyam Nisanov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Xəyyam Semyon oğlu Nisanov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Milliyyəti | yəhudi |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2002-ci ildən |
Janr | pop |
Albom şirkəti | Hayyam Music |
Həyatı və karyerası
redaktəXəyyam Nisanov 21 oktyabr 1983-cü ildə Bakıda dünyaya gəlib. Atası Semyon Nisanov musiqiçi olduğundan musiqiyə maraq balaca Xəyyama da keçir. Hələ uşaq yaşlarında avtomobil qəzası nəticəsində Xəyyam atasını itirir. Sonralar 7 N-li musiqi məktəbində nağara aləti üzrə təhsil almağa başlayan Xəyyam eyni zamanda vokal dərsləri də alır. Gənclik yaşlarında Elçin İmanovla tanış olur və “Məktəb İlləri” adlı ilk musiqi albomunu buraxır. Albomdakı mahnılar Rusiyada yaşayan soydaşlarımız tərəfindən bəyənildiyi üçün onlar artıq öz tədbirlərinə Xəyyamı dəvət etməyə başlayırlar. 2002-ci ildə müğənni “Bakı payızı” gənc ifaçıların müsabiqəsində iştirak edir və orada tanınmış bəstəkar Vaqif Gərayzadə ilə tanış olur. Uzunmüddətli çalışmalardan sonra “İndi bildim” mahnısı ərsəyə gəlir. 2004-ci ildə həmin mahnı və onun klipi Xəyyamın vizit kartına çevrilir. 2007-ci ildə ivrit dilində yazılmış “İeruşalim” adlı albom işıq üzü görür. 2009-cu ildə artist ilk solo konsertini Quba Olimpiya Kompleksində keçirir. Bununla bərabər Xəyyam Azərbaycan səhnəsinin ən parlaq ifaçıları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxanla da uğurlu duetlər yazdırır. 2021-ci ildə Xəyyam Nisanov "Əməkdar Artist" adına layiq görülmüşdür.
Albomlar
redaktə- İeruşalim (2007)
- Ləpələr (2008)
- Ты Далеко (2011)
- Bakı - Moskva (2021)
Sinqllar
redaktə- Ürəyimsən (ft. Tünzalə Ağayeva) (2010)
- Sənə Ehtiyacım Var (ft. Röya Ayxan) (2015)
- Leyla (2016)
- Davalı Kino (2018)
- Шуша Возвращается Домой (ft. Zülfiyyə Xanbabayeva, Abbas Bağırov, Tünzalə Ağayeva) (2020)
- Qələbə (ft. Alim Qasımov, Natiq Şirinov, Jah Khalib) (2020)
- Bizimdir Həyat (ft. Zülfiyyə Xanbabayeva) (2022)
- Красная Слобода (2023)
- Qara Gözlüm (2024)