Qulyelmo Markoni - Wikipedia
Guqlielmo Markoni (it. Guglielmo Marconi 25 aprel 1874 - 20 iyul 1937) — italiyalı ixtiraçı və Elektrik mühəndisi. Uzun məsafəli radio əlaqəsi qurmuş, radionu ixtira etmişdir. Kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə Karl Ferdinand ilə birlikdə Fizika üzrə Nobel mükafatı almışdır. Markoni 1897-ci ildə İngiltərədə "The Wireless Telegraph&SignalCompany" şirkətini qurmuşdur. Bunun nəticəsində də radio dünya səviyyəsində satış müvəffəqiyyəti qazanmışdır.
Guqlielmo Markoni | |
---|---|
Guglielmo Giovanni Maria Marconi | |
| |
Doğum adı | Guglielmo Giovanni Maria Marconi[4] |
Doğum tarixi | |
Doğum yeri | Bolonya, İtaliya |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Roma, İtaliya |
Dəfn yeri | |
Milliyyəti | italyan |
Elm sahəsi | Fizika |
İş yeri | |
Alma-mater | Bolonya Universiteti |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | Fizika üzrə Nobel mükafatı (1909) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlıq və Gənclik illəri
redaktəMarkoni 25 aprel 1874-cü ildə İtalayının Bolonya şəhərində aristokrat ailənin ikinci oğlu kimi dünyaya göz açmışdır. Atası italyan Guiseppe Markoni torpaq sahibi, anası irland-isveç əsilli Ani Cemsondur. Anasının atası Andrev Cemson Daphne qalasının sahibi, babası viski istehsal edən "Jameson&Sons" şirkətinin sahibi Con Cemsondur. Markoni iki və altı yaş arasında böyük qardaşı Alfonso ilə birlikdə anasının tərbiyəsi ilə İngiltərənin Bedford qəsəbəsində yaşamışdır. İtaliyaya geri döndükdən sonra isə Auqusto Rihninin laboratoriyasında, Florensiyada “Istituto Cavallero”-da, daha sonra isə Livornoda təhsilini davam etdirmişdir. Robert McHenry-ə görə Markoni yaxşı bir şagird olmamışdır, fəqət tarixçi Corradi Giuliano bioqrafiyasında Markonini bir dahi kimi göstərmişdir. Katolik olaraq vəftiz etmiş Markoni Anqlikan kilsəsinin üzvü kimi böyümüşdür. Markoni 1927-ci ildə Mariya Kristina ilə evlənməzdən əvvəl yenidən katolik olmuş və həyatının sonuna qədər Katolik kilsəsinin sadiq üzvü olmuşdur. Fəqət bu evlilik elə də uzun çəkməmişdir.
Radio üzərində işləri
redaktəGənclik illərində Markoninin elektrik sahəsinə marağı artmışdı. Həmin dövrdə bu sahədə əsas elmi işlərdən biri də Heinrik Hertzə məxsus olmuşdur. Hertz, 1888-ci ildə elektromaqnit radiasiya dalğalarının yaradıla və izlənə bilməyin mümkün olduğunu isbat etmişdir. Hal- hazırda radio dalğalar olaraq bilinən həmin dalğalar o dövrdə “Hertzian dalğalari” kimi tanınırdı. 1894- cü ildə Hertz öldükdən sonra bu alimin elmi məqalələri yenidən çap olunmuş və Markoninin bu mövzulara marağı artmışdır. 1909-cu ildə o, “simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Markoninin əsas xidməti odur ki, məhz o, sələflərinin bütün biliklərini birləşdirərək praktiki istifadə üçün yararlı olan bir qurğuda əks etdirə bilmişdi.
İlk təcrübələri
redaktəMarkoni İtaliyadakı evinin tavan arasında ilk təcrübələrinə başlayır. Onun əsas məqsədi radio teleqraf icad etmək idi. Bu yeni bir fikir deyildi və 50 ildən artıq müddət idi ki, bir çox ixtiraçı kabelsiz teleqraf icad etmək istəyirdi.
Ədəbiyyat
redaktə- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Guglielmo Marconi Biography. // Biography: Historical & Celebrity Profiles A&E Networks, 2014.
- ↑ 1 2 Guglielmo Marconi // Guglielmo Marconi (ing.). Pontifical Academy of Sciences.
- ↑ 1 2 Marconi, Vilhelm // VETENSKAPSAKADEMIENS ÅRSBOK. 1910 (швед.). Stockholm: KVA. S. 11.
- ↑ https://www.biography.com/people/guglielmo-marconi-9398611.