Qulamhuseyn Elibeyli - Wikipedia
Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008–2023).
Qulamhüseyn Əlibəyli | |
---|---|
20 noyabr 2009 – 17 aprel 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
1995 – 2008 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Həsən Kərimov |
24 noyabr 1995 – 30 noyabr 2005 | |
Seçki dairəsi | 1995, 2000 — Proporsional siyahı |
Əvvəlki | Vəzifə təsis edildi. (1995) Mirmahmud Mirəlioğlu (2000) |
Sonrakı | Asim Mollazadə (1995) Vəzifə ləğv edildi. (2000) |
Noyabr 1992 – 18 iyun 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
1992 – 1995 | |
Əvvəlki | Arif Hacılı |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQulamhüseyn Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir.
Qulamhüseyn Əlibəyli ailəlidir, dörd övladı var.
Siyasi fəaliyyəti
redaktəQulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmışdır.
Parlamentdə
redaktə1995-ci il parlament seçkilərində Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 3-cü sırada olmuşdur.[1] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[2] Beləliklə, Qulamhüseyn Əlibəyli deputat seçilmişdir.
1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[3][4]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 2-ci sırada olan Qulamhüseyn Əlibəyli II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[5][6]
Qulamhüseyn Əlibəyli 2008-ci ildə baş tutan Prezident seçkilərində mübarizə apardı. Nəticədə 81 120 səslə (2.20 %) 7 namizəd sırasında 5-ci pillədə qərarlaşdı.
Partiya fəaliyyəti
redaktəQulamhüseyn Əlibəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin, 1990-cı ildən isə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur.
Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin, 1995-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri olmuşdur.[7]
Qulamhüseyn Əlibəylinin 2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından qalmaqallı formada istefa verməsindən sonra o, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu bildirib. Keçmiş AXCP üzvləri tərəfindən qurulan Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 17 aprel 2023-cü ildə Aydınlar Partiyası növbədənkənar qurultay keçirmiş, qurultayda partiyanın fəaliyyətinə xitam verilmişdir.[8][9]
İstinadlar
redaktə- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" ( (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- ↑ Әлијев Гуламһүсејн Сурхај оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
- ↑ "Bu partiya da bağlandı: Qulamhüseyn Əlibəyli Ədliyyə Nazirliyinə müraciət etdi!". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
- ↑ "Aydınlar Partiyası fəaliyyətini dayandırdı". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.