Qoca Yasamalski - Wikipedia
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri[1]
Qoca Yasamalski | |
---|---|
Doğum yeri | |
Vəfat yeri | |
Dəfn yeri |
Həyatı
redaktəƏlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb[2]. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub.
Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb. Mərhum Yasamal qəbiristanlığında dəfn edilib[3].
Qoca Yasamalski Rusiya vətəndaşı idi.
İstinadlar
redaktə- ↑ ""Qanuni oğru"lar Moskvada həbs edildi". 2013-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
- ↑ Kriminal avtoritet "Qoca" dəfn edildi[ölü keçid]
- ↑ Dəfn mərasimində kriminal aləmin xeyli sayda tanınmış simaları da iştirak edirdi[ölü keçid]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |