Qazax Xalcaciliq Mektebi - Wikipedia
Qazax xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.
Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qara-qoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir.
Borçalı xalça mərkəzini – Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.
Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir.
Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə – Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.
Tarixi
redaktəQazax şəhəri və onu əhatə edən kəndlər qədim dövrlərdən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olmuşdur.[1] XX əsrin I yarısına kimi burada yaşayan hər bir azərbaycanlı ailəsi il ərzində 5 m2-dən az olmamaqla ən azı 4–5 xovlu və ya xovsuz xalça toxuyurdu.[1] Gənc qızlar isə cehizlikləri üçün xalı, gəbə, xurcun, məfrəş və digər əşyaları özləri toxuyurdular.[1]
Qazax yaxınlığındakı Yuxarı Salahlı kəndində doğulmuş XVIII əsr Azərbaycan dövlət xadimi və şairi Molla Pənah Vaqif (1717–1797) müasiri və yaxın dostu olan Molla Vəli Vidadiyə (1709–1809) həsr etdiyi qoşmada doğma yurdunun xalça və xalçaçılıq məhsullarından bəhs edir.[1] Vaqif həmçinin xalça toxunması zamanı istifadə olunan əmək alətləri, toxuculuq dəzgahı və sair haqqında da danışır ki, bu da orta əsrlərdə Qazaxda xalçaçılığın yüksək inkişaf səviyyəsini sübut edir.[2]
Qazax xalçaları əsasən Gəncə bazarlarında, həmçinin, Bərdə, Bakı və Tbilisidə satılmışdır.[2] Quba-Şirvan tipli xalçalardan iki dəfə ucuz olan, lakin, möhkəmliyi və keyfiyyəti ilə seçilən Qazax xalçaları həm də xarici kolleksionerlərin diqqətini cəlb edirdi.[2] Buna görə də demək olar ki, bütün məşhur Avropa və ABŞ muzeylərinin xalçaçılıq fondlarında Qazax xalçalarına rast gəlmək mümkündür.[2]
Salahlı, Şıxlı, Kəmərli, Dəmirçilər, Qaymaqlı, Dağkəsəmən, Qıraqkəsəmən, Qarapapaq, Çaylı, Poylu, Tatlı, Öysüzlü, Qarahəsənli, Göyçəli, Fərəhli, Qızılhacılı, Ağköynək, Kosalar, Ağstafa, Xatınlı, Aşağı Quşçu, Muğanlı və sair yaşayış məntəqələri Qazax xalçaçılıq məktəbinin əsas toxuculuq mərkəzləri olmuşlar.[2] 1759-cu ildə yerli hakimlərin qərarı ilə Qazaxın bir neçə toxuculuq məntəqəsinin sakinləri Qarabağa, xüsusilə Bərdə və Ağdama köçməyə məcbur edilmişdir.[2] Əhalisi köçürülən kəndlər Qaracalı, Cinli, Salahlı, Dəmirçilər, Həsənli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Boyəhmədli, Kəngərli, Xələfli və Səfikürd olmuşdur. Baş verən bu köçürmə hadisəsi "El döndü" adlandırılmış və XVIII əsrin sonlarından Qarabağda da Qazax xalçalarının toxunmasına başlanmışdır.[2]
Qazax rayonundan şimalda, Gürcüstan ərazisində yerləşən Borçalı və Qarayazı ərazilərindəki Qaraçöp, Ləmbəli, Qaçağan kimi toxuculuq məntəqələri, həmçinin Qazaxdan qərbdə və cənub-qərbdə yerləşən, Ermənistan ərazisində yerləşən Şəmsəddin, Pəmbək, İcevan, Qaraqoyunlu və Göyçə xalçaçılıq məntəqələrində də bu sənət Qazax xalçaçılıq məktəbinin təsiri ilə inkişaf etmişdir.[2]
Şıxlı
redaktəŞıxlı kəndi Qazaxın yaxınlığında yerləşir. Onun təməli hələ qədim zamanlarda Qazaxdan bu kəndə köçmüş Şıxlı ailəsi tərəfindən qoyulub.
"Şıxlı xalçası"nın üç əsas variantı mövcuddur:
- 1. Xalçanın orta sahənin kompozisiyası "Bendirumi" şəklinin əsasında yaranıb. Simmetriyanın iki üçbucağına malik olan raportların 4 kəsişmə nöqtəsində səkkizguşəli ulduzlar yerləşdirilib. Bu ulduzlar biləşərək, kvadratlardan şəbəkə əmələ gətirir. Bu birləşmələri toxujular "mafraş" adlandırırlar. Kvadratlardan ibarət olan şəbəkənin mərkəzində səkkizguşəli medalyon yerləşir. qocaman ustadlar hesab edirlər ki, bu, "yurd"dur – ev, ailə. Medalyonların ətrafındakf sahəni "vəl" təsviri, yəni taxıldöyən lövhə doldurur. Orta sahədə yerləşən "mafraş", "yurd", "vəl" elə bil ki, o ərazidə yaşayan camaatın köçəri həyatdan oturaq həyata keçməsini təsvir edir.
- 2. Növbəti kompozisiyanı qocaman xalçatoxuyan ustalar "Bağça", həmçinin uzadılmış gəbə adlandırırlar. Orta sahənin qırmızı fonuda üfiqi və şaquli xətt boyunca dartılmış mədaxil, yəni ensiz haşiyə kətəbə və kvadrat naxışlarını yaradır.
- 3. "Şıxlı" adı altında ümumiləşən xalçanın digər növünü yerli xalça toxuyanlar tərəfindən "Ağaclı" (ağacla) və ya "Çinar" (çinar) adlandırılan xalçalar təşkil edir. Orta sahənin kompozisiyası, ümumiyyətlə bağın mənzərəsini təsvir edir. Orta sahədə yerləşdirilən uzunsov formalı böyük element sərvi xatırladır. Qeyd etmək lazımdar ki, Yaxın Şərqdə, həmçinin Azərbaycanda hələ qədim zamanlardan sərv müqəddəs ağac hesab olunurdu. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu "doqqaz" yəni, bağça qapısının təsviridir. Doqqazsız "Şıxlı" xalçalarına da rast gəlmək olar. Dədə-bablarımızın xatirələrinə istinad edərək, bu xalçanını orta sahəsinin kompozisiyası cənnəti, doqqaz isə cənnət qapılarını təsvir edir. Bu xalçanın orijinallığı onun qeyri-adi kompozisiyaya malik olması ilə əlaqədardır. "Şıxlı" xalçaları Azərbaycan xalq yaradıcılığının klassik nümumələrindən sayılır.
Borçalı
redaktəBu xalçanın adı Gürcüstan ərazisində yerləşən rayon mərkəzi Borçalının adı ilə bağlıdır. Bu rayonun böyük kəndləri: Qurdlar, Axurlu, Kaçaqan, Sadaxlı, Daştəpə, Ləmbəli məşhur xalça toxuma məntəqələri kimi tanınır. "Borçalı" adı ilə tanınan xalçalari bədii quruluşundan asılı olaraq, bir neçə variantda toxunur.
- - yerli xalçatoxuyanların "Çobankərə" adlandırdıqları "Borçalı" xalçası ara sahədə iki medalyonun mərkəzi simmetrik üçbucağın şaquli xətt boyunca yerləşdiyi, həmçinin mərkəzi medalyonun dörd tərəfində ağaclar təsvir olunub.
- - Qazax rayonunda "Fərəhli", Borçalıda isə "Qurbağaoğlu" və ya "Qurbağalı" – qurbağalı adı alan xalçalar kimi tanınır. Xalçanın ara hissəsinin kompozisiyası medalyonabənzər elementlərdən ibarətdir, bu medalyonların birləşməsi isə uzunsov formalı fiqur əmələ gətirir.
- - Xalçaçılar arasında "Zinətnişan" və ya "Zeyvanişan" kimi xalçalar tanınır. Onlar əsasən Qızılca kəndində istehsal olunurlar. Ara sahənin mərkəzində xaçşəkilli medalyon yerləşir. Bu xalçanın əsas əlamətlərindən biri olan medalyon əslində keçə yapınjılı və qoyun dərisindən tüklü papaqda olan qəhrəmanı təsvir edir. Şəkil yaxşı üslüblaşdırılıb.
Qaraçöp
redaktəBu xalçanın adı bir neçə kəndin Muğanlı, Ləmbəli, Tüllər kəndinin adı ilə bağlıdır. "Qaraçöp" xalçasının orta sahə kompozisiyası cəftələrlə haşiyələnmiş və yalnız bu xalça üçün xas olan bir sıra böyük elementlərdən ibarətdir. XIX–XX əsrdə hazırlanan xalçalar "Qaraçöp" incəsənət nöqteyi-nəzərindən sadə və orijinaldır, orta sahənin mərkəzindəki böyük medalyon isə onu tamamlayır. "Qaraçöp" xalçaları adətən çox da böyük ölçüdə olmur. Bu xalçaların ornamenti həndəsidir və şəklin kompozisiyası öz mürəkkəbliyi ilə seçilmir. Bu xalçalarda əsasən sxemləşdirilmiş həndəsi, bitki və hevan təsviri motivlərinə böyük yer verilir.
Salahlı
redaktəBu xalçalar öz adını Kür çayının yaxınlığında yerləşən Qazaxın şimalına doğru yerləşən Daş Salahlı, Qıraq Salahlı kəndindən götürmüşdür.
Bu kəndlər hələ qədim zamanlardan xovsuz xalça, zili və kilimlər, həmçinin popon, mafraş və əla növ yun corabları istehsal edən mərkəz kimi tanınmışdır.
Xalçanın əsas elementlərinə ara sahənin qırmızı fonunda tünd yaşıl medalyonlar və ara sahənin şaquli kətəbəsində yerləşən sol və sağ xalça toxuyanlar tərəfindən "qabırğa" adlanan elementlər aiddir. Orta sahənin özünəməxsus incəsənət bəzəkləri bu xalçaları digər xalça tiplərindən fərqləndirir. orijinallığı və fərqliyi ondadır ki, orta sahəni əhatə edən dörd nöqtədən mərkəzə yönlənən geniş haşiyə üçbucaqlı yaradır. Orta sahəyə çıxan üçbucaqlıların üstündən asılan qotazlar toy mərasimlərindən istifadə olunan "gərdəyi" xatırladır.
Göyçəli
redaktəQazax qrupunun Qazax tipinə daxil olan bu xalçalar Qazaxın cənub-şərqində yerləşən "Göyçəli" kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı xalçaçılıq məntəqələrində istehsal olunurlar, amma hər yerdə onu "Göyçəli" adlandırırlar. Orta sahənin mərkəzində uzunsov formalı medalyon var. Belə kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterikdir və bir neçə medalyondan ibarətdir. Yerli xalçatoxuyanlar ardıcıl yerləşən bu medalyonları adlandırırlar. Sırada buruqlarla – "quyrumlu medalyon". "Göyçəli" xalçanın orta sahə kompozisiyası xalça üçün nəzərdə tutalan cəftə ilə haşiyələnmiş bir sıra böyük elementlərdən ibarətdir. XIX–XX əsrdə hazırlanan xalçalar "" incəsənət nöqteyi-nəzərindən sadə və orijinaldır, orta sahənin mərkəzindəki böyük medalyon isə onu tamamlayır. "Qaraçöp" xalçaları adətən çox da böyük ölçüdə olmur.
Mənbə
redaktə- Kilim. The Complete Guide. Alastair Hull and Jose Luczyc-Wyhowska. – London: Thames & Hudson Ltd, 1993. – Page 240.</ref>