Qapar Aytiyev - Wikipedia
Qapar Aytiyeviç Aytiyev (qırğ. Гапа́р Айти́ев) — qırğız rəssam və heykəltəraşı. Qırğızıstan SSR Dövlət mükafatı laureatı (1966). SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1973). SSRİ xalq rəssamı (1971). Sosialist Əməyi Qəhrəmanı (1982).
Qapar Aytiyev | |
---|---|
qırğ. Гапар Айтиев | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tuleyken, Qırğızıstan |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bişkek, Qırğızıstan SSR |
Dəfn yeri |
|
Milliyyəti | qırğız |
Vətəndaşlığı |
Qırğızıstan SSR SSRİ |
Fəaliyyəti | rəssam |
Təhsili | Moskva Rəssamlıq Tenikumu |
Janr | rəssamlıq |
Stil | sosialist realizmi |
Mükafatları |
|
Həyat və yaradıcılığı
redaktəQapar Aytiyev 15 sentyabr 1912-ci ildə Qırğızıstanın Tuleyken kəndində anadan olub. 1935—1938-ci illərdə Moskva Rəssamlıq Texnikumunda təhsil almışdır. Qırğızıstanın ilk peşəkar rəssamlarından biridir. Seyrçi-poetik, bədii-epik təsviri ilə seçilən portret, mənzərə və məişət janrlarında tablolar yaratmışdır. "Qırğızıstan torpağı" (1954—1960) sisilə rəsm əsərlərinin, Toktoqul Satılqanovun heykəlinin (1974, Frunze) müəllifidir. Qırğızıstan musiqili dram teatrı tamaşalarının rəssamı olmuşdur. 1971-ci ildə SSRİ xalq rəssamı adı ilə, 1982-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdur. Qapar Aytiyev 16 dekabr 1984-cü ildə Bişkek şəhərində vəfat etmişdir.
Mənbə
redaktəAME. 2-ci cild. Bakı, 2010. səh 439.