Qemerli Rayonu - Wikipedia
Qəmərli rayonu, Artaşat rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağrı vadisində, Gərnibasar mahalı ərazisində rayon. Mərkəzi Qəmərli şəhəridir.
Rayon | |
Artaşat rayonu | |
---|---|
İnzibati mərkəz | Qəmərli |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəQəmərli rayonu 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-nə qədər Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlanıb. Ərazisi 507 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qəmərli (dəyişdirilmiş adı Artaşat) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 29 km-dir.
Rayonun sərhədlərindən Zəngi və Araz çayları axır.
Qəmərli sözünün etimolji izahı /qam+ər+li/ bu sözün qədim türk mənşəyindən xəbər verir. Mütəxxəssislərin fikrincə qam sözü kiçik fonetik dəyişikliklərlə türk dillərində şəxs, tayfa və yer adlarında işlənir.
Ermənistan rəhbərliyi tərəfindən hələ SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalmışdır. Belə ki, 1932-ci ilin inzibati ərazi bölgüsünə görə rayon ərazisində olan 102 yaşayış məntəqəsindən 72-də sırf azərbaycanlılar yaşayırdılar. Azərbaycanlı kəndlərin bu birliyini parçalamaq üçün 1937-ci ilin dekabrında Zəngibasar rayonunun yaradılması ilə əlaqədar Qəmərli rayonu ərazisindən 18 kənd ayrılıb bu yeni rayona qatılır. Lakin 1948-1951-ci il köçürmələri ilə əlaqədar olaraq Zəngibasar rayonu ləğv edilir və Qəmərli rayonuna daxil olan kəndlər yenidən bu rayona qaytarılır. 1969-cu ildə Zəngibasar rayonunun yenidən yaradılması ilə əlaqədar olaraq Qəmərli rayonu yenidən ərazi dəyişikliyinə məruz qalır. Bundan əlavə 1964-cü ildə Vedi rayonu ləğv olunaraq artıq erməniləşdirilmiş Qəmərli rayonuna qatılır. Lakin tezliklə Vedi rayonu bərpa edilir və Qəmərlidən ayrılır.
Kəndləri
redaktə- Çatmadağ
- Cənnətli
- Çiləxanlı
- İmanşahlı
- Məsimli
- Qarahamzalı
- Yamancalı
- Yuxarı Ağbaş (Qəmərli)
- Sabunçu (Qəmərli)
- Torpaqqala (Qəmərli)
- Qaradağlı (Qəmərli)
- Qafarlı (Qəmərli)
- Qaraqoyunlu (Qəmərli)
- Qaradağlı (Qəmərli)
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Dəlilər | Dəllər | 03.01.1935 |
Aysoru düyünü | Verin Dvin | 03.01.1935 |
İmanşalı | Mxçyan | 03.01.1935 |
Ayaslı | Haygestan | ... |
Axund Buzovand | Bzovan | ... |
Bzovan | Bertik | 25.01.1935 |
Aşağı düyün | Erməni Dvini | ... |
Erməni Dvini | Dvin | 19.04.1950 |
Yuxarı kürdkənd | Noraşen | ... |
Qarahəmzəli | Tamamlı | ... |
Tamamlı | Burastan | 1920 |
Dördüncü kənd | Kaxtsraşen | ... |
Cənnətli | Zovaşen | 02.03.1940 |
Zovaşen | Lancazat | 21.10.1967 |
Aşağı Ağbaş | Arevşat | 20.08.1945 |
Artaşat | Verin Artaşat | 20.08.1945 |
Bəcəyəzli | Vostan | 20.08.1945 |
Bitlicə | Vartsraşen | 20.08.1945 |
Gödəkli | Mrqravan | 20.08.1945 |
Doqquz | Kanaçut | 20.08.1945 |
Zöhrablı | Mrqanuş | 20.08.1945 |
Qəmərli | Artaşat | 04.09.1945 |
Qəmərli rayonu | Artaşat rayonu | 04.09.1945 |
Yuxarı Quylasar | Bambakavan | |
Bambakavan | Byuravan | 25.01.1978 |
Quylasar | Aşağı Quylasar | ... |
Aşağı Quylasar | Dmitrov | 01.12.1949 |
Arpavar | Lusakert | 20.08.1945 |
Lusakert | Nşavan | 21.10.1967 |
Mehrablı | Vardaşen | 20.08.1945 |
Muğanlı | Muğan | 20.08.1945 |
Muğan | Hovtaşen | 25.01.1978 |
Oğurbəyli | Berkanuş | 20.08.1945 |
Toxanşalı | Masis | 20.08.1945 |
Qaradağlı | Tsaxkaşen | 20.08.1945 |
Tsaxkaşen | Mrqavet | 21.10.1967 |
Çigdəmli | Azatavan | 20.08.1945 |
Ağcaqışlaq | Getaşen | 21.06.1948 |
Getaşen | Getazat | 25.05.1967 |
Yuxarı Ağbaş (Qəmərli) | Abovyan | 01.12.1949 |
Darğalı | Anastasavan | 01.12.1949 |
Anastasavan | Haygezard | 30.12.1957 |
Başnalı | Baqramyan | 01.12.1949 |
Məsimli | Haygepart | 01.12.1949 |
Torpaqqala | Xnaberd | 01.12.1949 |
Yeni Craşen | Craşen | 01.12.1949 |
Yuva (Qəmərli) | Şaumyan | 19.04.1950 |
Yamancalı | Dextsut | 25.05.1967 |
Sabunçu | Araksavan | 25.01.1978 |
Təbiəti
redaktəƏhalisi
redaktəŞəkillər
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954
- Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]