Yamancali - Wikipedia
Yamancalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Əsası qoyulub | 1897[1] |
İndiki adı | Desxut |
Adının dəyişdirilmə tarixi | 25.05.1967 |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yamanclı kimi qeyd edilmişdir[3].
Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur[4].
Coğrafiyası və iqlimi
redaktəİrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər[5], 1918-ci ilin yanvarında 763 nəfər[6] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş[6], Türkiyədən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 66 nəfər azərbaycanlı[5] yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əhali 1918-1920-ci illər soyqırımı zamanı 4 dəfə azalmış, qalan hissəsi 1930-cu illərdə Azərbaycan SSR-ə köçürülmüşdü. 1830-cu ildə İrandan, 1920-ci ildə Qars və Sürməli vilayətlərindən köçürülmüş ermənilər bu kənddə məskunlaşdırılmışdı[7].
İstinadlar
redaktə- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ "İrəvan əyalətinin icmal dəftəri" s.111
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ 1 2 Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.48-49, 128-129 (erm.)
- ↑ 1 2 История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216
- ↑ [1][ölü keçid]