Basnali - Wikipedia
Başnalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
Kənd | |
Başnalı | |
---|---|
39°58′36″ şm. e. 44°31′10″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1829 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur.
Əhalisi
redaktəKəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir[5].
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 85 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 70 nəfər, 1904 - cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 10 nəfər, 1931-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır[7].
1940-cı illərdə azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.99
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.578
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.47, 127