Qizilqum - Wikipedia
Qızılqum (özb. Qizilqum, qaz. Қызылқұм) — qumlu səhra olaraq Amudərya və Sırdərya çayları arasında yerləşir. Səhra Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisinin bir hissəsini əhatə edir. Şimal-qərbdən Aral dənizi, şimal-şərqdən Sırdərya, şərq hissədən Tyan-Şan və Pamir-Altay dağları, cənub qərbdən isə Amudərya çayı ilə əhatələnir. Səhranın sahəsi 300 min km² təşkil edir.
Qızılqum səhrası | |
---|---|
özb. Qizilqum, qaz. Қызылқұм | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 300000 km² |
Yerləşməsi | |
42°50′00″ şm. e. 63°50′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəSəhranın səthinə nəzər saldıqda cənub-şərqdə hündürlük 300 m, şimal-qərbdə isə 53 m təşkil edir. Səhranın xüsusi ilə alçaq dağlıq ərazilərində hətta qranit suxurlarına rast gəlinir. Səhranın dağlıq hissələrində əsasən kəskin sıldırımlı ərazilərdən ibarətdir. Səhranın böyük hissəsi qumluqlardan ibarətdir. Səhranın qumluq hissələrində hündürlükləri 3-30 metr təşkil edən və cərgəlır şəklində uzanan qum təpələri vardır. Ən hündürləri isə 75 m təşkil edir. Səhranın şimal-qərb hissələrində takırlar üstünlük təşkil edir. İqlimi kəskin kontinentaldır. Yayı isti olur. Orta temperatur iyulda + 26°; +29°S, yanvarda isə 0°; -9° S təşkil edir. İllik yağıntının miqdarı 100–200 mm olur. Yağıntılar əsasən ilin qış və yaz mövsümlərində düşür. Ərazidə demək olar ki, qrunt sularına rast gəlinmir. Bircə Janadərya çayının hövzəsi istisnalıq təşkil edir. Yüksək təziqli artezian suları ilə isə zəngindir.
Səhranın cənub hissəsi subtropik quşaqda yerləşir. Boz-qonur və qumlu torpaqlardan ibarətdir. Bəzi yerlər isə şoran, şorakət torpaqlar yayılmışdır.
Flora və fauna
redaktəSəhranın bitki örtüyü efemerlər və efmeroidlərdən ibsrət olsa da, burada həmçinin zanbaq kimi bitkilərə də ẽrast gəlinir. Qumluq ərazilərdə ağ saksaul, çərkəz və gilli torpaqlarda isə kol bitkiləri aktualdır. Şimal-qərb ərazilərində şorangə, dərələrdə isə Zaysan saksaulu bitkisindən meşələri görmək olar.
Ərazidə yaşayan heyvanlar bir qayda olaraq susuzluğa davamlığı ilə seçilirlər. Heyvanlar (o yeyənlər bitkilərdən) suya olan təlabatını şikarları vastəsi ilə ödəyirlər. Suya tələbatı azaltmaq məqsədilə bir çox canlılar gecə həyatı sürür. Səhrada məməlilərdən[1] Ceyran, sarı sünbülqıran, ərəbdovşanı, Barxan pişiyi, Çöl pişiyi, Canavar, Çöl tülküsü, Tolay dovşanı və Yarasalara rast gəlinir. Quşlarda isə Sərçəkimilər, çöl qartalı, bayquş və digərləri yaşayır. Burada ilanlar (əfi ilanı, Gürzə, Yatağan ilanlar, Təlxələr), Kərtənkələlər, Varanlar və Tısbağalar[2] yayılmışdır
Əhali
redaktəƏrazidə yaşayam insanların əsa məşğuliyyət sahəsi əsasən ənkinçilik və maldarlığın bir qolu olan qoyunçuluqdur. Xüsusi ilə tez yetişək bitkilər əkilir. Qoyunçuluqda isə qaragül qoyunları xüsusi ilə seçilir. Səhranın mərkəz və qərb hissələrində artezianların sayəsində vahələr yaşıl vahələr yaranmışdır. Əhalinin böyük qismi belə ərazilərdə yaşayır. Səhradan qranit, qrafit çıxarılır. Ütləlik bir necə qızıl yataqları vardır (Murutau, Мурунтау, Dauqız, Amantay). Səhranın mərkəz hissələrində uran vı fosfor yataqları aşkarlanmışdır. Səhranın cənubunda hələ SSRİ dönəmindən zəngin qaz yatağı olan Qazlı istismar edilir. Səhradan magistral avtomobil yulu keçir. Qızılqum səhrasının mərkəzində Tamdıbulak qəsəbəsi vardır.
Maraqlı fakt
redaktə- Səhranın tən ortasında Üçkuduk şəhəri yerləşir (Üç quyu).
- Üçkuduk şəhəri yaxınlığında zəngin uran yatağı vardır. Uran karyer üsulu ilə çıxarılır.
- Bukantau dağ massivindən gözəl mənzərəli dağ qayalıqlarını görmək olar. Qızılqum səhrasına qar yağması belə məlumdur.
İstinadlar
redaktə- ↑ Averianov, Alexander O. (2000). "Mammals from the Mesozoic of Kirgizstan, Uzbekistan, Kazakhstan and Tadzhikistan". In Benton, Michael J.; Shishkin, Mikhail A.; Unwin, David M.; and Kurochkin, Evgenii N. (eds.). The Age of Dinosaurs in Russia and Mongolia. Cambridge: Cambridge University Press. pp. 627–652. ISBN 0-521-55476-4.
- ↑ Sukhanov, Vladimir B. (2000). "Mesozoic turtles of Middle and Central Asia". In Benton, Michael J.; Shishkin, Mikhail A.; Unwin, David M.; and Kurochkin, Evgenii N. (eds.). The Age of Dinosaurs in Russia and Mongolia. Cambridge: Cambridge University Press. pp. 309–367. ISBN 0-521-55476-4.
Ədəbiyyat
redaktə- Югай Р. Л. История развития географических и картографических представлений о пустыне Кызылкум (с древнейших времен до середины XIX в.): Автореферат дис. на соискание ученой степени кандидата географических наук / Ташк. гос. ун-т им. В. И. Ленина. — Daşkənd: [б. и.], 1964. — 21 с.
Mənbə
redaktə- Кызылкум в книге: Н. А. Гвоздецкий, Н. И. Михайлов. Физическая география СССР. М., 1978.
- Qızılqum səhrası Arxivləşdirilib 2013-01-18 at the Wayback Machine