Efmeroid - Wikipedia
Efemeroidlər — illik vegetasiyanı qısa müddətə (payızdan yaza kimi) başa vuran və yerüstü hissəsi yayda quruyub məhv olan çoxillik ot bitkiləri qrupu.
Ümumi məlumat
redaktəYeraltı hissəsi (kök yumruları, soğanaq və kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır. Quraqlıq efemeroidləri səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin regionlarda otlaqların əsas yem bitkidir. Efemeroidlərə həm də kifayət qədər rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır. Bütün Efemeroidlər vegetativ çoxalır. Onların əksəriyyəti otlaq yemi kimi təsərrüfat əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də Efemeroidlərə aiddir.[1]
Xarici keçid
redaktə- Bitki örtüyü Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
Həmçinin bax
redaktəİstinad
redaktə- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008