Barxan Pisiyi - Wikipedia
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü.
Barxan pişiyi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Barxan pişiyi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bədən quruluşu
redaktəQum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir.
Qidalanması
redaktəQum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir.
Yayılması və yarımnövləri
redaktəBarxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Rəng çalarlarına görə aşağıdakı yarımnövləri məlumdur:
- Felis margarita margarita — Saxarada,
- Felis margarita harrisoni — Ərəbistan yarımadasında,
- Felis margarita thinobia — Xəzər dənizi sahillərində (İran, Türkməniztan)
- Felis margarita scheffeli — Pakistanda.
Mənbə
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0