Pyer Ferma - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pyer Ferma (fr. Pierre de Fermat; d. 1601 – ö. 1665) — Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı. O, XVII əsrin ən nəhəng riyaziyyatçılarından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsulları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rena Dekartla birlikdə analitik həndəsənin yaradıcılarında biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur[2]. Fransız riyaziyyatçısı Ferma Pyer, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi). Ondan yalnız dostlarına yazdığı məktublar qalmışdır, lakin bu məktublarda riyaziyyata aid faktlar Fermanı Fransanın ən böyük riyaziyyatçılarından birinə çevirir. P. Ferma və B. Paskalın bir-birinə, yazdıqları məktublardakı faktlar Ehtimal nəzəriyyəsinin inkişaf tarixinin başlanğıcıdır. Fermanın əyriyə toxunan düz xəttin qurulmasına, əyrixətli trapesiyanın sahəsinin tapılmasına, əyrinin uzunluğunun hesablanmasına tətbiq etdiyi, üsullar diferenesial və inteqral hesabının yaradılmasına yol açdı. Bunlara baxmayaraq, Fermanı məşhurlaşdıran onun ədədlər nəzəriyyəsinə aid işləri olmuşdur. Fermanı həlli olmayan məsələlər daha çox maraqlandırırdı. Onun ən məşhur "mümkünsüzlük" haqqında təklifi Fermanın böyük teoremidir .
Pyer Ferma | |
---|---|
fr. Pierre de Fermat | |
Doğum tarixi | |
Vəfat tarixi | (63 yaşında) |
Uşağı | 8, 5 |
Elm sahələri | ədədlər nəzəriyyəsi, qanun, riyaziyyat[1], ehtimal nəzəriyyəsi[1], riyazi analiz[1], Analitik həndəsə[1], optika[1], Ferma ədədləri[1], Böyük Ferma teoremi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Deyimləri
redaktə
"Ola bilər gələcək nəsil mənə ona görə minnətdar olacaq ki, mən qədimdəklilərin heç də hər şeyi bilmədiklərini sübut etdim və bu, məndən sonra gələnlərin şüuruna daxil olacaq ki, estafeti öz oğlanlarına ötürsünlər".
Fermanın teoremləri
redaktəFermanın kiçik teoremi
redaktəƏgər a ədədi p sadə ədədinə bölünmürsə, onda elə bir k ədədi var ki, ak – 1 ədədi p-yə bölünür, belə ki, k ədədi p-1 –in bölənidir. Xüsusi halda ap-1 – 1 ədədi həmişə p-yə bölünür. Bu teorem elementar ədədlər nəzəriyyəsinin əsasını təşkil edir. Leonard Eyler bu teoremin bir neçə isbat üsulunu tapmışdır. Bu düsturdan olimpiadalarda geniş istifadə olunur
Sirli təklif. Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratın, ümumiyyətlə dərcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. Onun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar.
Teoremin isbatı
redaktəFermanın özü yalnız n=4 halında teoremin isbatını saxlamışdır. Leonard Eyler teoremin n=3 halını isbat etməsindən 30 il keçdikdən sonra bu halı 1738-ci ildə yenidən isbat etdi. Bu teoremlərin hər birinin isbatının hər iki hal üçün olduqca mürəkkəb və uzun olduğunu nəzərə alaraq burada onun isbatlarını vermirik. Ümumiyyətlə, bu halların isbatı üçün tamamilə yeni bir ideya lazım idi ki, bunu da Ferma tapmışdır: bu sonsuz enmə metodudur. Ferma təsdiq etmişdir ki, özünün ədədlərə aid ən məşhur teoremlərini o məhz bu üsulla isbat etmişdir. Enmə üsulu bu gün də ədədlər nəzəriyyəsinə mühüm rol oynayır. Eyler n=3 qiymətində Ferma teoremini 1768-ci ildə isbat etmişdir. Bunun üçün tamamilə yeni bir ideya tələb olumurdu. O, burda çox cəsarətli bir addım atmışdır. Bu ideyanın mahiyyəti adi tam ədədlərə aid məsələlərin tədqiqində a+b , şəklində olan xəyali ifadələrin tətbiqindən ibarətdir. Eyler öz isbatında α = a+b şəklində ifadəyə baxmışdır, lakin bütün bunlarla və adları sadalanayan məsələlərlə əlaqədar olaraq Eyler öz mülahizəsini əsaslandırmadı və bu məsələlə yenə də Ferma teoreminin isbatı ilə bağlı yenidən XIX əsr riyaziyyatçıları qarşısında dayandı. 1 mart 1847-ci ildə fransız riyaziyyatçısı və fiziki Qabriel Lame Paris Elmlər Akademiyasının iclasında böyük teoremin yeni isbatını məruzə etmişdir. Digrə məşhur farnsız riyaziyyatçısı Liuvill bu barədə yazırdı: "edilən cəhdlər mənə göstərdi ki, əvvəlcə kompleks ədədlər üçün "hasil yalnız bir üsulla sadə vuruqlarına ayrıla bilər" elementar fərxiyyəsinə analoji teoremi müəyyən etmək lazımdır. Lamenin fikri məndə yalnız bu ikri təsdiqlədi, burda doldurulası boşluq yoxdur ki?" Bu qeydlər sayəsində riyaziyyatın bu bölməsi bir ilə yaxın müddətdə fransız riyaziyyatçılarının diqqət mərkəzində oldu. Bu sahə ilə Lamenin özü və digər alimlər intensiv şəkildə məşğul oldular. Onların tədqiqatları nəticəsində tam ədədlərin toplama, vurma və bölməyə nəzərən xassələrini ən ümumi şəklidə ifadə edən yeni bir riyazi obyekt – halqa anlayışı formalaşdı. Həmçinin sonralar alman riyaziyyatçısı Böyük teoremlə məşğul olarkən cəbrə yeni mühüm obyektlər – ideallar daxil etmişdir. Fermanın böyük teoremində sonuncu həmlə və axır ki o, isbat olundu!!!!
Son cəhdlər
redaktəXX əsrin sonu riyaziyyatçılar üçün həqiqi sensasiya ilə əlamətdar oldu. Fermanın böyük teoremini isbat etmək cəhdi, nəhayət ki, müvəffəqiyyətlə nəticələndi. 1995-ci ilin yayında aparıcı riyaziyyat jurnalllarının birində — "Riyaziyyat salnaməsi" jurnalında teoremin tamm isbatı dərc olundu. 100 səhifədən çox həcmə malik olan isbat iki məaqaləyə bölünərək bütün məqaləni tam tuturdu. İsbatın əsas hisəsi təxminən 10 il bu məşhur problem üzərində çalışan Prinston universitetinin professoru 42 yaşlı Endri Wilesə məxsus idi. Son mərhələdə isə Oksford universitetinin professoru Riçard Teylor qoşulmuşdur. O, Uaylsın ilkin isbatında olan boşluğu aradan qaldırmağa kömək etmişdir. Uayls bu ilkin isbatı 1993-cü il 23 iyulda Kembricdə İsaak Nyuton adına Riyaziyyat institutunda oxuduğu mühazirələrində şərh etmişdir. Bu iş gərgin yaradıcı əməyin məhsulu idi. Uaylsın etirafına görə arvadından başqa heç kəs onun bu sahədə işlədiyini bilmirdi. XX əsrdə böyük teoremlə sürətlə inkişaf edən riyazi nəzəriyyəylə cəbri həndəsənin əlaqəsi üzə çıxdı. Məhz bu nəzəriyyə çərçivəsində müvəffəqiyyət əldə olundu. Ferma teoreminin isbatında çoxlu riyaziyyatçıların əməyi olmuşdur. Uaylsın ideyası xn + yn = zn tənliyi və tənlyi ilə verilən elliptik əyrilər arsındakı çox yaxşı əlaqəyə əsaslanıb. İlk dəfə ona fransız riyaziyyatçısı İv Elleqarş diqqət yetirmişdir. Əvvəllər elliptik əyrilər çoxluğunun modulyarlıq adlanan bir xassəsi hipoteza şəklində yapon riyaziyyatçısı ifadə etmişdi. 1985-ci ildə alman alimi Herxard Fery, əyriləri üçün doğru olan hipotezdən Ferma teoremini almağın mümkünlüyünün ideyasını təklif etdi. Sonralar amerika alimləri onun fərziyyəsini təsdiq etdi. Beləliklə, Ferma teoremini isbat etmək üçün yalnız Yapon alminin hipotezinin isbatını tapmaq qalırdı. Məhz bu Uayls tərəfindən Kembric mühaizrlərində şərh edilmişdir. Belə hünəri heç kim kifayət qədər az tanınan riyaziyyatçıdan gözləmirdi. Mütəxəssilər Uaylsın verdiyi isbatı diqqətlə yoxlamağa başladılar. Bir neçə aydan sonra onlar Uaylsın işlərində boşluq tapdılar. Ümumilikdə isə onun ideyalarının müasirliyi, dərinliyi və gözəlliyi təsdiq olundu. Uayls isbatı düzəltmək qərarına gəldi. Bir ilə yaxın vaxt keçdikdən sonra onu Sürixdə keçirilən riyaziyyat üzrə növbəti Beynəlxalq Konqresə dəvət etdilər. Bütün riyaziyyat aləmi onun məruzəsini, əlbəttə ki, səbirsizliklə gözləyirdilər. Təbii ki, Uayls isbatı çıxış növbəsinə kimi tamamalamaq istəyirdi, amma o, buna müvəffəq olmadı. Həmkarları onu məruzədən əvvəl auditoriyanın yanındakı pilləkənlərdə oturub necə işlədiyinin şahidi oldular. Uayls kafedraya qalxarkən onu donmuş vəziyyətdə gözləyən zala isbatı tam yerinə yetirmədiyi xəbərini verdi. Zal onu dostcasına alqışladı. Artıq konqresdən bir ay sonra Uaylsın özünün sözlərinə görə əsas ideyası işıqlandı və yaranmış boşluğu nəhayət ki doldura bildi. Bu dəfə isabt son dərəcə dəqiq yoxlanmalara davam gətirdi və çap olundu. Bax beləcə 350 il tarixi olan böyük teoremin isbatı sona çatdı. Təbii olaraq belə bir sual meydana çıxır: Ola bilərmi ki, bizə gəlib çatmayan Fermanın isbatı(əgər bu olsaydı) Uaylsın variantına analoji olsun? Bu sualla bağlı Uaylsın fikri belə idi: "Ferma belə isbatı verə bilməzdi. Bu iyirminci əsrin isbatıdır". Fermanın böyük teoremi, elə bil ki, xüsusi xarakter daşıyır. Onu isbat etmək cəhdləri riyaziyyatı yeni ideyalar, nəzəriyyələr, üsullar ilə zənginləşdirdi. Bu teoremin danılmaz əhəmiyyəti məhz bundadır.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Fermat's Achievements
- Fermat's Fallibility at MathPages
- History of Fermat's Last Theorem (French) Arxivləşdirilib 2008-06-17 at the Wayback Machine
- The Mathematics of Fermat's Last Theorem Arxivləşdirilib 2004-08-03 at the Wayback Machine