Portal Neqliyyat - Wikipedia
redaktə
Nəqliyyat portalına xoş gəlmisiniz!Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Mapsxidmətindən istifadə edirlər.
redaktə
Seçilmiş məqaləHeydər Əliyev Beynəlxalq Aeroportu və ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanı — Azərbaycana xidmət göstərən altı beynəlxalq hava limanından biridir. Əvvəllər Bakıda Binə Beynəlxalq Aeroportu olaraq adlandırılırdı. 2004-cü ilin mart ayının 10-da hava limanı, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Hava limanı Bakının 20 kilometr şimalında yerləşir. Hava limanı 2008-ci ildən bəri fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun filialı olan "AZALJET"-in bayraq daşıyıcısı, "Silk Way Airlines"-ın isə yük daşıyıcısıdır.
redaktə
Bilirdinizmi?
redaktə
Seçilmiş şəkil
redaktə
Seçilmiş bioqrafiyaNil Armstronq (d. 5 avqust 1930, Uapakoneta, Ohayo – ö. 25 avqust 2012) — ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. 1962-ci ildən ABŞ kosmonaftlar dəstəsindədir. "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur (16 mart 1966-cı il). Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisində tarixdə ilk dəfə Aya uçmuş və gəmiyə komandirlik etmişdir. Armstronq və Oldrin Ay kabinəsində Aydakı Sakitlik Dənizinə enmişlər (20 iyul 1969-cu il). Armstronq Ay səthinə ilk dəfə ayaq basmış insandır (21 iyul 1969-cu il). Ay kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, ümumiyyətlə Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur. Uzun müddət o aterosklerozdan əziyyət çəkirdi. Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat etmişdir.
redaktə
Kateqoriyalar
|