Peter Pazman - Wikipedia
Peter Pazman (mac. panaszi Pázmány Péter; lat. Petrus Pazmanus; alm. Peter Pazman; slovak. Peter Pázmaň;[3] 4 oktyabr 1570[1][2][…], Oradea[d] – 19 mart 1637[1][2][…], Bratislava) — tanınmış filosof, ilahiyyatçı, kardinal, ədəbi təndiqçi və dövlət xadimi olan macar yezuit. O, Macarıstan Krallığında Kontrreformasiyanın ən nümayəndələrindən biri idi.
Peter Pazman | |
---|---|
Doğum tarixi | 4 oktyabr 1570[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 mart 1637[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | katolik keşişi[d], tərcüməçi, filosof, universitet müəllimi[d], yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Peter Pazmanın ən əhəmiyyətli irsi onun macar ədədi dilini yaratmasıdır. 1867-ci ildə Vyanada Pazmanitenqass küçəsi onun şərəfinə adlandırıldı.
Bioqrafiyası
redaktəErkən həyatı
redaktəPazman 1570-ci ildə Macarıstan Krallığının Transilvasiya əyalətinin Oradya bölgəsində anadan olmuşdur.[4] Təhsilini də orada almışdır. 1587-ci ildə Yezuitlər ordeninə qoşuldu.[5]
Yezuitlər ordeninə qoşulması ilə əlaqədar olaraq Vyana Universitetinin fəlsəfə və daha sonra isə Roma şəhərində Roman Kollecininin teologiya fakültəsini bitirdikdən sonra Krakov şəhərində öz noviçiat mərhələsini tamamladı. 1597-ci ildə teologiya doktoru elmi adını aldı.[4]
Təhsilini başa vurduqdan sonra Pazman Avstriyanın Qrats şəhərinə göndərildi. O, burada ilk öncə bir il ərzində yezuit kollecinin heyətində fəaliyyət göstərdi, daha sonra Qrats Universitetində teologiyadan mühazirə deməyə başladı. 1601-ci ildə Şalyada yerləşən (indiki Slovakiya) Cəmiyyətin müəssisəsinə göndərildi. Burada onun bəlağətli nitqi katolizmə əsil-nəcabətli ailələr də daxil olmaqla, yüzlərlə insan qazandırdı.
1608-ci ildə o, yezuitlərin Macarıstanda mülk əldə etməsini qadağan edən Vyana sülh sazişinin 8-ci maddəsini tənqid etməklə Macarıstan Qurultayının diqqətini çəkdi. Həmin dövrdə xüsusilə diqqət cəlb edən Pazmnaın 1613-cü ildə yazdığı "Həqiqətə dair təlimat" idi. Bu dərslik elmi dərinliyi, metodik təşkili və məşhur tərzin bütün üstünlüklərini birləşdirmişdi.
Arxiyepiskopun təşəbbüsü və Kral Matvey, V Pavelin tələbi ilə 5 mart 1616-cı il tarixli apostol brifi ilə Yezuitlər ordenindən çıxmaq və Somaskilərə daxil olmağa icazə verildi; o, heç vaxt Yezuitlər ordenini tərk etməmişdi, ona görə də yalnız üçüncü şəxslərin tələbi ilə tərk etməyinə icazə verilmişdi.[4]
Macarıstanın primatı
redaktə25 aprel 1616-cı ildə Pazman Turokun probstu, 28 sentyabrda isə Macarıstanın primatı təyin olundu. Pazman qanunların tam pozulmasını azaltmaq, XVI əsrdə baş qaldırmış protestantlığın qarşısını almaq və zəiflətmək üçün öz səlahiyyətlərindən hər vasitə ilə istifadə edirdi. O, 1619-cu ildə indiki Trnavada teologiya namizədləri üçün seminariya təşkil etdi. 1623-cü ildə isə Vyanada 200,000 florins xərc çəkərək oxşar institutun — indiki Pazmaneum Kollecinin əsasını qoydu. 1635-ci ildə o, indiki Trnavada universitetin əsasının qoyulmasına 100,000 florins yardım etmişdi. Teologiya fakültəsi sonralar Peter Pazman Katolik Universitetinə çevrildi. Universitetin qalan hissəsi indiki adı ilə Eötvöş Lorand Universiteti 1921–1950-ci illərdə Peter Pazman Universiteti olaraq bilinirdi. Onun teologiya fakültəsi 1992-ci ildə ayrıca Peter Pazman Katolik Universiteti kimi quruldu.[6] Pazman həmçinin Bratislavada yezuit kollecləri və məktəbləri, Nove Zamki və Kremnitsada Fransisken monastrları tikdirmişdi.
Ölümü
redaktəPazman 1637-ci ildə Bratislavada vəfat etmiş və Müqəddəs Martin kafedralının zirzəmisində dəfn edilmişdir.[4]
Pazmanın məzarı 12 sentyabr 1859-cu ildə Ferdinand Knauz və başqaları tərəfindən yenidənqurma zamanı aşkar edilmişdir. Cəsəd hələ də bütöv formada quru qalmışdı. Onun üzündə burun və dodaqları yox idi, lakin hələ də saqqallı idi və hələ də onun başında saçını örtən biretta vardı. Onun əynində qırmızı rəngdə geyim, ayağında sadə dəri ayaqqabı vardı.[7]
Əsərləri
redaktə- The Four Books of Thomas à Kempis on the imitation of Christ (Hungarian, 1603), of which there are many editions
- Diatribe theologica de visible Christi in terris ecclesia (Graz, 1615)
- Vindiciae ecclesiasticae (Vienna, 1620);
- Sermons for every Sunday in the Year (Hung., Pressburg, 1636)
- The Triumph of Truth (Hungarian, Pressburg, 1614)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Péter Pázmány // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "History and Mission - Universitas Tyrnaviensis · Trnava University in Trnava". www.truni.sk. 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
- ↑ 1 2 3 4 "Pázmány, S.J., Péter". Cardinals of the Holy Roman Church. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- ↑ Herbermann, Charles, redaktor // Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.
- ↑ "Archived copy". 1999-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-06-06.
- ↑ Jombík, Ondrej. "Impulz: Pázmaň v Dóme sv. Martina". www.impulzrevue.sk. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2018.
Mənbə
redaktə- Vilmos Fraknói, Péter Pázmány and his Times (Hung. Pest, 1868–1872); Correspondence of Pázmány (Hung. and Latin), published by the Hungarian Academy of Sciences (Pest, 1873). (R. N. B.)