Pedro Kastilyo - Wikipedia
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969[1][2], Punya[d], Peru[4]) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi.[7] O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır.
Pedro Kastilyo | |
---|---|
isp. José Pedro Castillo Terrones | |
Şəxsi məlumatlar | |
Doğum adı | José Pedro Castillo Terrones |
Doğum tarixi | 19 oktyabr 1969[1][2] (55 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | sindikatçı[d], siyasətçi |
Uşağı | 2[3] |
Dini | katolisizm[5][6] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır.[8] 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır.
Erkən illəri
redaktəPedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur.[9] O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara.[10]
Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Sesar Valyexo Universitetində təhsil psixologiyası üzrə magistr dərəcəsi almışdır. 1995-ci ildən Punyada yerləşən 10465 saylı məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Müəllimlik fəaliyyəti ilə paralel olaraq Peruda Təhsil İşçiləri Birləşmiş Həmkarlar İttifaqının lideri olmaqla həmkarlar ittifaqı işində fəal iştirak etmişdir.[9][10][11]
Kastilyo 1980-ci illərdən "Sendero Luminoso" yaraqlılarından qorunmaq üçün Peru kəndliləri tərəfindən yaradılan yerli kənd patrul dəstəsində xidmət etmişdir.[12][13][14]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.andina.pe/agencia/noticia-elecciones-2021-conoce-perfil-pedro-castillo-candidato-del-partido-peru-libre-831311.aspx. 2021.
- ↑ 1 2 https://canaln.pe/actualidad/elecciones-2021-conoce-pedro-castillo-candidato-presidencia-peru-libre-n431189. 2021.
- ↑ https://libero.pe/ocio/2021/07/20/pedro-castillo-hija-mayor-esposa-conmovedora-historia-familia-presidente-peru-libre-noticia-10038.
- ↑ 1 2 https://rpp.pe/peru/cajamarca/padres-de-familia-y-ronderos-de-puna-muestran-apoyo-a-pedro-castillo-noticia-1072340?ref=rpp.
- ↑ https://ojo.pe/politica/pedro-castillo-no-comulgo-en-la-misa-te-deum-por-fiestas-patrias-rmmn-noticia/.
- ↑ https://sudaca.pe/noticia/informes/anthony-lastra-el-enlace-espiritual-de-pedro-castillo/.
- ↑ "Peru Libre: Ideario y Programa" (PDF) (ispan). 2021. 8. 2021-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-08.
- ↑ "Новый президент Перу принял зарубежных гостей перед вступлением в должность". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
- ↑ 1 2 Santaeulalia. "Perú se encamina a una lucha por la presidencia entre el radical Pedro Castillo y Keiko Fujimori". El País (ispan). 2021-04-12. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
- ↑ 1 2 "Students' struggles pushed Peru teacher to run for president". Associated Press (ingilis). 2021-04-18. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ PERÚ, Empresa Peruana de Servicios Editoriales S. A. EDITORA. "Elecciones 2021: Conoce el perfil de Pedro Castillo, candidato del partido Perú Libre". andina.pe (ispan). 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
- ↑ "Pedro Castillo: Habrá minería «donde la naturaleza y la población la permitan»". Energiminas (ispan). 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
- ↑ Acosta, Sebastián. "Pedro Castillo cerró su campaña con un mitin en la Plaza Dos de Mayo". RPP (ispan). 2021-04-08. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
- ↑ "Buenos Aires Times | Inequality fuels rural teacher's unlikely bid to upend Peru". Buenos Aires Times (ingilis). Bloomberg. 3 June 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
Xarici keçidlər
redaktə- Владислав Стародубцев. Выборы в Перу: Возможен ли левый поворот Arxiv surəti 9 iyul 2021 tarixindən Wayback Machine saytında // Спільне, 18.06.2021.